Icma.az
close
up
RU
Şok a düşərək həyatını itirənlər Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

Şok a düşərək həyatını itirənlər Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir. Xəstə ciddi şəkildə araşdırılmalıdır.

Son vaxtlar mətbuatda "şok"a düşərək həyatını itirən xəstələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. "Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü", "4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü", "Qadın antibiotikdən şoka düşdü" kimi xəbərlər insanları narahat edir. Bəs, görəsən, son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir? Bu, həyat tərzi, xəstəliklərin artması, dərmanların keyfiyyətsizliyi, həkim səhlənkarlığı ilə bağlıdır, yoxsa sadəcə təsadüfdür?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Xəstə əməliyyatdan öncə ciddi şəkildə araşdırılmalıdır"

Professor Adil Qeybulla deyir ki, hər bir ölümün səbəbi dərindən araşdırılmalıdır. Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir: "Xəstə ciddi şəkildə araşdırılmalıdır. Xəstənin allergiyası, ailəvi hər hansı xəstəliyi varmı? Yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanılmalıdır. Ondan sonra xəstəyə cərrahi müdaxilə etmək lazımdır".

Keyfiyyətsiz dərmanlar, həkim məsuliyyətsizliyi...

Mütəxəssis bildirir ki, xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də: "Ümumiyyətlə, xəstəxana şəraitində xəstənin dünyasını dəyişməsi tibb işçilərinin səhvi ucbatından da ola bilər. İstər xəstəxanada, istərsə də ev şəraitində dünyasını dəyişən adam mütləq araşdırılmalı, ölüm səbəbi bilinməlidir. Ölüm səbəbini bilmədən həkimi günahlandırmaq düzgün deyil. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar".

Allergik reaksiyaların və xəstəliklərin artması

Sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, müasir dövrdə insanların immun sistemi müxtəlif səbəblərdən zəifləyib. Sürətli şəhər həyatı, stres, düzgün olmayan qidalanma və ekoloji çirklənmə allergiya hallarının artmasına gətirib çıxarır. Statistikaya görə, son illərdə qida və dərman allergiyalarına qarşı həssaslıq xeyli yüksəlib. Bəzi insanlarda müəyyən dərman maddələri, xüsusilə antibiotiklər və ağrıkəsicilər ağır anafilaktik şok yarada bilər: "Dərman preparatına qarşı allergiya iti sürətli ölümə gətirib çıxara bilər. Hətta bu, o qədər sürətli olur ki, xəstəni təcili tibbi yardıma çatdırmaq belə mümkünsüzləşir. Əvvəlki illərdə də anafilaktik şok nəticəsində həyatını itirənlər olurdu. Sadəcə, son vaxtlar mətbuatda tez-tez yazıldığı üçün bizə elə gəlir ki, belə hadisələrin sayı artıb".

Anafilaktik şok nədir?

Anafilaktik şok, çox güclü və həyati təhlükə yaradan allergik reaksiyadır. Bədən müəyyən bir allergenlə (məsələn, qida, dərman, böcək sancması və ya lateks) təmasda olduqda immun sisteminin həddindən artıq reaksiya göstərməsi nəticəsində yaranır. Bu, qida qəbulu, dərmanlar, həşərat dişləmələri, inyeksiya, tənəffüs yolları və ya dəri təması ilə bədənə daxil ola bilər. Allergik vasitə bədənə daxil olduqdan sonra reaksiya saniyələr ərzində və ya ən geci iki saatdan sonra başlaya bilər. Bədənə daxil olan bu vasitəni məhv etmək üçün orqanizmin bütün müdafiə hüceyrələri birdən-birə həddindən artıq aktivləşir və qana çoxlu miqdarda kimyəvi maddələr ifraz olunur. Hər bir orqan bu vəziyyətdən təsirlənir. İfraz edilən kimyəvi maddələrin miqdarından və immun sisteminin reaksiya dərəcəsindən asılı olaraq, müxtəlif simptomlar baş verə bilər. Üzün qızarması, tərləmə və ürək döyüntüsü, tənəffüs çətinliyi, aşağı qan təzyiqi, başgicəllənmə, qulaqlarda cingilti, ürək döyüntüsü, gözlərdə sulanma, asqırma, öskürək, qarın ağrısı və qusma kimi yalnız çox yüngül simptomlar əlavə edilə bilər. Bu simptomların bir çoxu eyni anda şiddətli olarsa, allergik şok adlanan ən ağır vəziyyət yaranır.

Antibiotiklər ən riskli dərman qrupudur

İ.Hüseynli deyir ki, xroniki xəstəliklərin çoxalması insan orqanizmini daha da həssas edir. Qan dövranı problemləri, şəkərli diabet, autoimmun xəstəliklər və ürək-damar sistemi pozğunluqları olan insanlarda orqanizmin stresə və dərmanlara reaksiyası daha kəskin olur: "Ötən həftə uşağın ölümü ilə bağlı Xırdalanda baş verən hadisədə məlum olub ki, evdə uşağa antibiotik tətbiq olunub. Antibiotiklər insan orqanizmində allergik reaksiyalara səbəb ola biləcək ən riskli dərman qrupudur. Dərman tətbiq olunmazdan əvvəl mütləq "prob" qoyulur, xəstənin dərmana reaksiyası, allergiyası olub-olmaması yoxlanılır. Bəzən həkim ev şəraitində müəyyən müalicə tətbiq edir. O zaman müxtəlif preparatlar - antibiotiklər təyin olunur, tibb bacısı heç bir "prob" qoymadan dərhal inyeksiya edir. Bu, artıq həkim və tibb bacısının səhlənkarlığı nəticəsində baş verən ölüm hadisəsidir".

İnsanlar maarifləndirilməlidirlər

Dərmanların keyfiyyətsizliyi səbəbindən yaranan problemlərə gəldikdə isə, İ.Hüseynli deyir ki, standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar: "Tərkibində təsiredici maddələr qeyri-adekvat olan və ya standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar. Dərmanlara nəzarət gücləndirilməlidir. İnsanlar allergik reaksiyaların təhlükəsi barədə məlumatlandırılmalı, təcili yardım prosedurları öyrədilməlidir. Bəzi hallarda həkimlər və tibb işçiləri pasiyentin allergik tarixçəsini tam araşdırmadan ona müəyyən preparatlar təyin edirlər. Xüsusilə, təcili tibbi müdaxilə zamanı pasiyentin dərmanlara qarşı həssaslığının araşdırılmaması faciəvi nəticələrə gətirib çıxara bilər. Kompleks yanaşanda ölümə səbəb olan faktor anafilaktik şok və buna qarşı dərhal tibbi yardım göstərilməməsi səbəbindən baş verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri