Son zamanların dəbi: “Manifest” yazıb həyatımızı dəyişə bilərik?
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Yeni il günü bir çox insan üçün sadəcə bayram deyil, həm də gələcək üçün niyyətlərin formalaşdığı xüsusi bir başlanğıcdır.
Son illər geniş yayılan “manifest” anlayışı bu gün xüsusi rol oynayır. İnsanlar yeni ilin ilk günündə arzularını səsləndirir, hədəflərini kağıza köçürür və qarşıdakı ili necə görmək istədiklərini özləri üçün aydınlaşdırırlar. Kimi səyahət etməyi, yeni təcrübələr qazanmağı manifest edir, kimi daha yaxşı iş, maddi bolluq arzulayır, kimisi isə sağlamlıq, xoşbəxtlik diləyir. Bu manifestlər əslində insanların yeni ilə olan ümidlərini, gözləntilərini əks etdirir.
Gələcək arzularını "manifest etmək" real həyatda davranış və qərarlara necə təsir göstərə bilər?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında psixoloq Gülnar Rəsulova bildirib ki, əksər insanlar Yeni il ərəfəsində gələcək üçün manifest hazırlamağa üstünlük verirlər:
"Bu dövr “yeni başlanğıc” simvolu kimi qəbul olunur. Yeni il insanlara keçmişi yekunlaşdırmaq, gələcəyə fokuslanmaq və həyatlarını yenidən təşkil etmək fürsəti verir. Bundan əlavə, manifest hazırlamaq bir növ rituallara bənzəyir və insanların həyatına daha çox məna qatmaq, məqsəd və arzularını konkretləşdirmək istəyi ilə əlaqədardır. Gələcək arzularını yazmaq və vizuallaşdırmaq, motivasiyanı artırır və diqqəti hədəflərə yönəldir".
O qeyd edib ki, niyyətlərin real həyatda davranış və qərarlara təsiri də əhəmiyyətlidir:
"Arzularını konkret şəkildə ifadə edən insanlar onları reallaşdırmaq üçün kiçik və ardıcıl addımlar atmağa daha çox meylli olurlar. Yazılmış və ya vizuallaşdırılmış arzular insanın diqqətini pozitiv və konstruktiv hədəflərə yönəldir, təsadüfi seçimlərdə belə daha məqsədyönlü davranışa səbəb olur. Həmçinin, bu proses insanın motivasiyasını və məsuliyyət hissini artırır, stresin azalmasına və ümid hissinin yüksəlməsinə kömək edir".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 31 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















