Icma.az
close
up
RU
Oliqarxın “siyasi manifest”i

Oliqarxın “siyasi manifest”i

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Karapetyanın ismarışının pərdəarxası məqamları

Ermənistan daxilində siyasi sabitliyi pozmağa, müxtəlif radikal qruplarla birləşərək hazırkı iqtidarı devirməyə çalışan əsas fiqurlardan biri, “Taşir” şirkətlər qrupunun yaradıcısı və prezidenti Samvel Karapetyan saxlanıldığı milli təhlükəsizlik xidmətinin istintaq təcridxanasından erməni xalqına ünvanlanmış ismarış yollayıb.

O, son günlər həmvətənlərindən böyük dəstək aldığını iddia edib və buna görə onlara təşəkkürünü bildirib: “Harada olursunuzsa – olun – mitinqlərdə, küçələrdə, məhkəmə binasının qarşısında birlik nümayiş etdirərkən və ya evdə, ekranda hadisələri izləyib ədalət gözləyərkən, dəstəyiniz görünür və bu, olduqca dəyərlidir və mənim üzərimə öhdəlik qoyur. Bu günlərdə baş verən utancverici qanunsuzluqlar və həyasız məhkəmə proseslərindən sizin nə qədər narahat və məyus olduğunuzu təsəvvür edə bilirəm. Bu gün sizə sadə bir mesajla müraciət edirəm: ümidsizliyə qapılmayın”.

Karapetyan deyib ki, “müqəddəs yerləri tapdalamaqla, həbsxanaları doldurmaqla, əmlakı müsadirə etməklə və qorxu atmosferi yaratmağa çalışmaqla (?) hakimiyyəti maksimum daha 6 ay saxlamaq mümkündür, lakin ölkəni saxlamaq mümkün deyil: “Bu şəkildə ölkənin ləyaqətini bərpa etmək, vətəndaşlarının həyatını yaxşılaşdırmaq və dövlətin məqsədlərinə çatmaqdan danışmaq da mümkünsüzdür. Qətiyyət, məqsədyönlülük tarixi çox çətin dövrlər görmüş xalqımıza xas olan bir xüsusiyyətdir. Düşmənlərimizin bütün səylərinə baxmayaraq, həmişə çətinliklərin öhdəsindən gəlmişik və yolumuza davam etmişik. Əmin olun ki, bu, bu gün də davam edəcək. Cəmi bir neçə aydan sonra bir-birimizi ədalətin qələbəsi, ləyaqətin bərpası, şər üzərində qələbə və Ermənistan üçün yeni bir dövrün – rifah və sülh dövrünün başlanğıcı münasibətilə təbrik edəcəyik. Beləliklə, mübarizəni davam etdiririk və qeyd-şərtsiz qələbəyə – öz yolumuza doğru irəliləyirik”.

Ermənistanın iqtisadi-siyasi elitasında uzun illər mühüm çəkiyə malik olmuş S.Karapetyan oliqarxik sistemin formalaşdığı mərhələlərin klassik təmsilçilərindən biridir. Onun sərvətinin formalaşması Ermənistan iqtisadiyyatının təbii rəqabətdən uzaq, klanlararası razılaşmalar üzərində qurulduğu dövrlərə təsadüf edir. Enerji, tikinti, istehsal və xidmət sahələrinin iri seqmentlərinə nəzarətin tədricən Karapetyanın “Taşir” strukturunun əlinə keçməsi təkcə biznes uğuru deyildi.

Onun Rusiya bazarındakı geniş biznes şəbəkəsinin isə erməni iqtisadiyyatının kritik sahələrdə Moskvadan asılılığını bir qədər də artırması uzun illər ekspert müzakirələrinin mövzusu olub. Karapetyanın varlanma mexanizmləri Ermənistanın keçmiş hakimiyyətlərinin iqtisadi modelinə uyğun şəkildə formalaşıb. Karapetyan Ermənistanda sosial ədalətsizliyin, iqtisadi asimmetriyanın və biznesdə qeyri-bərabər rəqabətin simvoluna çevrilmiş fiqurlardandır. Paşinyan hakimiyyətinin antioliqarx çağırışları da məhz Karapetyan kimi fiqurların təsir gücünü məhdudlaşdırmaq iddiasına söykənirdi. Lakin bu gün onun siyasi meydanoxuma ilə müşayiət olunan narazılığı Ermənistanın daxilində yeni qarşıdurma xətti formalaşdırır.

***

Saxlanıldığı təcridxanadan xalqına ünvanladığı ismarış Karapetyanın yalnız biznes mənfəətlərini deyil, siyasi iddialarını da açıq şəkildə göstərir. O, özünü dəstəyin ünvanı kimi təqdim etməklə ictimai emosiyaya təsir göstərməyə çalışır. Mətni diqqətlə oxuduqda iki əsas xətt görünür. Birinci xətt: özünü haqsızlığa məruz qalmış sima kimi təqdim etmək. İkinci xətt: Paşinyan hakimiyyətinin artıq sonunun çatdığı, son mərhələdə olduğu mesajı ilə müxalif kütlənin motivasiyasını gücləndirmək. Karapetyan tərəfdarlarına təşəkkürünü bildirərkən onların məhkəmə, aksiya və küçə etirazları fonunda göstərdiyi dəstəyin görünən olduğunu vurğulayıb. Bu, faktiki olaraq, özünü siyasi lider kimi mövqe tutma cəhdidir. Onun kütləyə ümidsizliyə qapılmama çağırışı, yaxın aylarda vəziyyətin tam dəyişəcəyinə dair inam ifadəsi yalnız emosional motivasiya deyil, həm də proseslərin koordinasiya olunduğu təsəvvürü yaratmağa hesablanmış addımdır. O, hakimiyyətin ölkəni maksimum yarımil idarə edə biləcəyini iddia etməklə həm siyasi narazıların gözləntisini artırır, həm də dövlət idarəçiliyində böhran obrazını gücləndirməyə çalışır.

Mesajın digər hissəsi də diqqəti cəlb edir. Karapetyan dövlətin ləyaqəti, vətəndaşların rifahı, ölkənin məqsədləri kimi anlayışlara istinad edir, özü isə illərlə iqtisadi tıxac yaradan oliqarx sistemin aparıcı elementlərindən biri kimi siyasi mövzuda danışır. Bu ziddiyyət əslində Ermənistandakı hazırkı paraleli göstərir: keçmiş hakimiyyət strukturlarının nüfuzlu fiqurları indi xalqın müdafiəçisi kimi təqdim olunmağa cəhd göstərirlər.

Karapetyanın ismarışı həm də müxalifətin son aylarda yaratmağa çalışdığı paralel legitimlik cəhdlərinin tərkib hissəsi kimi oxunmalıdır. Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Artur Vanetsyan, “Daşnaksütyun” qanadı və digər radikal qruplarla birlikdə hərəkət etməsi barədə iddialar təsadüfi deyil. Bu, siyasi gediş olaraq kütlənin psixoloji hazırlığını artırmaq məqsədi güdür.

İsmarışın ən kritik hissəsi yaxın aylarda ədalətin bərpa olunacağı ilə bağlı iddiadır. Bu, ya seçkidənkənar hakimiyyət dəyişikliyinə işarədir, ya da Ermənistan daxilində müəyyən güc mərkəzlərinin öz planlarını aktiv fazaya keçirdiyini göstərir. Məhz bu arqument Ermənistanın təhlükəsizlik mühitində gərginlik yaradan amillərdən biri kimi qiymətləndirilir. Xarici təsirlərin güclü olduğu ölkədə oliqarxların siyasi ambisiyaları həmişə geosiyasi tarazlığı pozan faktorlardan sayılıb. Karapetyanın Rusiya iqtisadi sisteminə bağlılığı nəzərə alınanda bu bəyanatların fonunda Moskvanın maraqları ayrıca dəyərləndirilir.

Hazırkı hakimiyyət isə Karapetyanı iqtisadi sahədə uzun illər toxunulmaz qalmış və dövlət nəzarətindən kənarda işləyən strukturlardan biri kimi təqdim edir. Ona qarşı irəli sürülmüş ittihamların yalnız məhkəmə çərçivəsində yox, həm də siyasi müstəvidə rezonans doğurması ölkədə oliqarx sisteminin hələ də tamamilə parçalanmadığını göstərir. Bu mənzərə Ermənistanın transformasiya modelinin yarımçıq olduğunu nümayiş etdirir. Karapetyanın müraciəti həm daxili müxalif qüvvələrin koordinasiyasında, həm də hakimiyyətin daxili dayaqlarını sarsıtmaq cəhdində əsas komponentə çevrilə bilər. Onun çağırışı yalnız emosional deyil, həm də siyasi dinamikanı dəyişdirmək niyyəti daşıyır. Bu proses fonunda ölkədə yeni qarşıdurma dalğası ehtimalı artır.

Politoloq İlqar Vəlizadə XQ-yə açıqlamasında bildirdi ki, S.Karapetyanın müraciəti sıradan bir emosional çıxış deyil. Onun sözlərinə görə, bu, Ermənistanın siyasi sistemində oliqarx gücünün yenidən formalaşması cəhdi kimi qəbul edilir: “Onun tonunda hiss olunan özünəinam və hakimiyyətin ömrünə konkret zaman qoyması göstərir ki, proseslər əvvəlcədən planlaşdırılmış xətt üzrə gedir. Karapetyanın iqtisadi resurslara, media kanallarına və xarici əlaqələrə çıxışı onu müxalifət daxilində mühüm aktora çevirir. Zənnimcə, Karapetyanın Rusiya ilə sıx iqtisadi bağları nəzərə alınanda onun ismarışının təkcə daxili auditoriyaya ünvanlanmadığı ehtimalı güclənir. Bu çağırış həm də regional güclərə, xüsusən Moskvanın siyasi dairələrinə yönəlmiş ola bilər. Ermənistan daxilində radikal qrupların aktivləşməsi, kütləvi aksiyaların planlaşdırılması və məhkəmə proseslərinin siyasi çalara bürünməsi ölkədə sabitliyin yenidən pozula biləcəyini göstərir. Hakimiyyətlə oliqarx strukturlarının qarşıdurması dərinləşərsə, bu, həm siyasi, həm də iqtisadi riskləri artıracaq”.

Ekspert hesab edir ki, Karapetyanın müraciətində ədalətin bərpası, ləyaqətin qələbəsi kimi ifadələr siyasi texnologiya elementləridir və cəmiyyətin emosional reaksiyasını gücləndirməyə hesablanıb: “Bu ismarışın arxasında real siyasi proqram və ya islahat konsepsiyası görünmür. Məqsəd mövcud hakimiyyətə təzyiqi artırmaq və özünü müxalif düşərgənin əsas simasına çevirməkdir. Hazırkı durumda Ermənistan qarşıdakı aylarda güclü siyasi çalxantılar mərhələsinə qədəm qoya bilər. Həm iqtidarın, həm də müxalifət cinahının addımları gərginliyin səviyyəsini müəyyən edəcək. Karapetyanın ismarışı isə bu prosesdə katalizator rolunu oynaya biləcək amillərdən biridir”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri