Icma.az
close
up
RU
“Son zəng” öz mahiyyətini itirir

“Son zəng” öz mahiyyətini itirir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tədbirlər təhsil ruhuna uyğun keçməlidir


İlqar Oruclu: ““Son zəng” şagirdlərin deyil, məktəb rəhbərlərinin mənfəətinə çevrilib”

“Son zəng” — məktəblilərin təhsil həyatında mühüm mərhələdir. Bu tədbir həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün yaddaqalan anları ehtiva edir. Lakin son illər Azərbaycanda keçirilən “Son zəng” mərasimləri öz mahiyyətini itirməkdədir. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Oruclu da bu məsələyə toxunaraq, tədbirlərin məktəb və təhsil adına uyğun təşkil olunmasının vacibliyini vurğulayıb.


“Son zəng” uşaqların həyatında bir dəfə olur və onlar istəyirlər ki, bu an öz arzularına uyğun, sərbəst keçirilsin. Yəni  “Uşaqların həyatında bir dəfə olan tədbirdir, niyə istədikləri kimi qeyd etməyə imkan vermirlər" kimi narazılıqlara mən də rast gəlirəm. Amma bu, düzgün yanaşma deyil. Hamımız məktəb illərini, o anları xatırlayırıq və övladlarımız da eyni mərhələdən keçir. Məhz buna görə də “Son zəng” tədbirləri məktəbə və təhsilin ruhuna uyğun, tərbiyəvi və hörmətli formada keçirilməlidir:


“Son zəng” tədbirlərində ifrat bayağılığa yol verildiyini vurğulayan İlqar Oruclu qeyd edib ki, dünyada müxtəlif ölkələrdə “Son zəng” mərasimləri keçirilir, amma bizim ölkədəki kimi ifrat dərəcədə bayağı, şit, hətta biabırçı səviyyədə deyil: 

“Bizim məktəblərin böyük əksəriyyətində bu tədbirlər həddindən artıq dəbdəbəli, təhsil ruhundan uzaq formada təşkil olunur. Bəziləri müxtəlif mədəniyyətlərin musiqilərini ifa edir, rəqslər olur, geyimlər isə çox vaxt sadə şagird geyimindən çox fərqlənir və çoxlu xərclər tələb edir. Halbuki “Son zəng”in məqsədi şagirdlərin keçdikləri yolun dəyərləndirilməsi, onların gələcək uğurlarına dair yolun göstərilməsidir. Amma hazırda əksər məktəblərdə bu məqsəd unudulur, yalnız görünüş və əyləncə ön plana çıxır. Fikrimcə, tədbirin məktəb həyətində sadə və mənalı keçirilməsi daha yaxşıdır. “Son zəng” mərasimi məktəb həyətində, müəllim və şagirdlərin bir araya gəldiyi, səmimi və xatirəvi söhbətlərin olduğu, şagirdlərin öz hazırladığı səhnəciklərin və musiqi nömrələrinin təqdim olunduğu şəkildə keçirilməlidir. Bu, həm şagirdlərdə, həm valideynlərdə, həm də müəllimlərdə əsl təhsil bayramı hissi oyadacaqdır”.


“Son zəng” tədbirləri üçün bəzi məktəblərdə pul yığılması kimi neqativ halların ortaya çıxmasına toxunan İ.Oruclu qeyd edib ki, “Son zəng” mərasimləri bəzi məktəb rəhbərləri üçün şəxsi mənfəət mənbəyinə çevrilib: 

“Direktorlar valideynlərdən tədbirin keçirilməsi üçün məcburi şəkildə pul yığırlar və toplanan vəsait barədə şəffaflıq yoxdur. Məktəblərə dədə-babalarının mülkü kimi yanaşırlar. Məhz belə davranışlar nəticəsində bir neçə direktor vəzifəsindən azad edilib, lakin yenə də problem tam həll olunmayıb. Bu vəzifə səlahiyyətindən sui-istifadə hallarına yalnız pul yığımı deyil, həm də tədbirin bütün mərhələlərinə, o cümlədən foto və video çəkilişlərin, təşkil olunacaq yerlərin seçilməsinə kimi tam nəzarət daxildir.

Şəhər məktəblərinin böyük əksəriyyətində bu məsələlərdə vəziyyət həddindən artıq pisdir və məktəb rəhbərliyi bu məsələlərdən şəxsi maraqları üçün istifadə edir”.

Ekspert heab edir ki, “Son zəng” tədbirlərinin mahiyyətinin qorunması, təhsil dəyərlərinə uyğun keçirilməsi, həm təhsil sisteminin nüfuzunu, həm də gənclərin düzgün tərbiyəsini təmin edir. Bu tədbirlərdə əsas məqsəd şagirdlərin təhsil yolunun qeyd olunması, gələcəyə hazırlıq olmalıdır — dəbdəbə və pul yığımı kimi biabırçı məsələlər yox.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 06:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri