Icma.az
close
up
RU
Sona qədər mübarizə aparacam... Qəzada ölən alimin xanımı məhkəmədə ifadə VERDİ

Sona qədər mübarizə aparacam... Qəzada ölən alimin xanımı məhkəmədə ifadə VERDİ

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində növbəti iclas keçirilib.

İclasda bildirilib ki, cinayət işi hakim Anar Rzayevin icraatında idi. Anar Rzayev Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunduğu üçün iş hakim Teymur Həsənovun icraatına verilib. Məhkəmə istintaqının olduğu yerdən davam etdirilməsinə etiraz olmayıb. Proses olduğu yerdən davam etdirilib.

Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisi Sevda Acaloğlu (Arif Acaloğlunun həyat yoldaşı- red.) ifadə verib.

O bildirib ki, məhkəmədən ədalətli qərar çıxaracağını gözləyir: “Mən hadisə baş verən anı göstərən 9 müxtəlif videoya dəfələrlə, ürək ağrısı ilə baxmışam. Yoldaşım yolu keçəndə l və ll zolaqda hərəkət edən sürücülər idarə etdiyi avtomobilləri tam şəkildə saxlayır, lll zolaqda hərəkət edən sürücü sürətini azaldır. Lakin həmin avtomobilin arxasında hərəkət edən avtomobil manevr edərək lV zolağa keçir və yoldaşımı vurur. Yolu xəstə, qoca, əqli qüsurlu şəxs keçə bilər. Bunu düşünmək lazımdır. Bu hadisə bizə ailəlikcə psixoloji zərbə vurub. Biz maddi cəhətdən cəhətdən psixoloji yardım ala bilmədik. Oğlum xaricdə təhsil alır. O, təhsil ala-ala işləməyə məcburdur. Qızım imkansızlıqdan magistr təhsilini yarıda qoydu. Bu, bizə zərbədir. Mən sona qədər mübarizə aparacam. Ədalət gözləyirəm. Maddi və mənəvi tələb irəli sürürəm”.

Təqsirləndirilən şəxsin vəkili ekspertizanın yenidən aparılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmənin qərarına əsasən, vəsatət açıq saxlanılıb.

Proses dekabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkən tərəf 200 yüz min manat təzminat tələbi irəli sürüb.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Azər Maqsudov ötən il noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş (APA). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri