Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nərmin Əliyeva bildirib ki, bu gün bacısı son mənzilə yola salınıb. O, paylaşımında Məryəmin ölümündən sonra da insanlara həyat bəxş etdiyini vurğulayıb.
“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”, – deyə bloqer qeyd edib.
O bildirib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:
“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

Baxış sayı:121
Bu xəbər 17 İyun 2026 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















