Icma.az
close
up
RU
Sonsuz qardaşlıq IV : Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimə başlayıb

Sonsuz qardaşlıq IV : Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimə başlayıb

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi keçirilir. 

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin təntənəli açılış mərasimində iştirak edib. 

Əvvəlcə Xüsusi Təyinatlı Qüvvələr komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edib.

Tədbirdə qeyd olunub ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi "Sonsuz qardaşlıq- IV" çoxmillətli birgə təlimində 6 ölkənin xüsusi təyinatlı hərbi qulluqçuları iştirak edirlər. 

Birgə təlimin əsas məqsədinin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsi, eləcə də zərurət yarandıqda birgə əməliyyatları aparma imkan və bacarıqlarının inkişaf etdirilməsi olduğu diqqətə çatdırılıb.

General-polkovnik Z.Həsənov açılış mərasimində çıxış edərək təlim iştirakçılarını Azərbaycanda görməkdən məmnun olduğunu bildirib və onları salamlayıb. Nazir qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən və ənənəvi xarakter almış "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığın, dostluq və qardaşlıq münasibətlərinin canlı nümunəsidir. 

Müdafiə naziri bildirib ki, bu kimi təlimlər yalnız hərbi təcrübə mübadiləsi və praktiki bacarıqların artırılması baxımından deyil, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması üçün strateji əhəmiyyətə malikdir. Qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri, qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi həmrəylik və əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə vurğulayıb.

İştirakçılara uğurlar arzulayan general-polkovnik Z.Həsənov təlimin yüksək səviyyədə təşkili və keçirilməsi, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi barədə müvafiq göstəriş və tövsiyələr verib.

Sonda müdafiə naziri təlim iştirakçıları üçün yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimində xüsusi təyinatlı bölmələr döyüş taktikaları üzrə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri