Icma.az
close
up
RU
“Sonsuz Qardaşlıq IV” təlimləri geosiyasi siqnaldır

“Sonsuz Qardaşlıq IV” təlimləri geosiyasi siqnaldır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda “Sonsuz Qardaşlıq – IV” adlı çoxmillətli hərbi təlimlərə Azərbaycanla yanaşı, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri qatılıb. Müasir döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər çərçivəsində zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatları geniş şəkildə tətbiq olunub. Bu isə hərbi qüvvələrin çevikliyini, koordinasiyasını və effektivliyini artırmağa xidmət edir. Çoxmillətli formatda keçirilən bu təlimlər iştirakçı ölkələr arasında koordinasiyalı fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından da əhəmiyyət daşıyır.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib ki, “Sonsuz Qardaşlıq–IV” təlimləri artıq dördüncü dəfədir təşkil olunur və ənənəvi xarakter daşıyan birgə əməkdaşlıq formatına çevrilib. Təlimlər dost və qardaş ölkələr arasında hərbi əməkdaşlıqla yanaşı, səmimi tərəfdaşlıq münasibətlərinin də təzahürüdür. Eyni zamanda əməkdaşlıq regional təhlükəsizliyin təminində və ölkələrin müdafiə potensialının gücləndirilməsində strateji rol oynayır.

Nazirin sözlərinə görə, təlimlər yalnız hərbi sahədə deyil, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülhün qorunması baxımından da vacibdir: “Qardaş və dost ölkələrin xüsusi təyinatlı qüvvələrinin birgə fəaliyyətləri qarşıya qoyulan tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsini təmin edir və bu, həmrəylik ruhunun göstəricisi kimi çıxış edir”.

Müasir döyüş şəraitində xüsusi təyinatlı qüvvələrin rolunun getdikcə daha da artdığını vurğulayan nazir birgə təlimin hər bir iştirakçı üçün faydalı olacağını, şəxsi heyətin peşəkarlığının daha da yüksələcəyini və təcrübə mübadiləsi vasitəsilə hər bir ölkənin hərbi qüvvələri üçün yeni imkanların açılacağını əminliklə vurğulayıb.

Bu gün “Sonsuz Qardaşlıq – IV” təlimlərinin keçirilməsi böyük əhəmiyyət daşıyır. O yalnız hərbçilərin əməliyyat hazırlığını artırmır, həm də siyasi, diplomatik və strateji əhəmiyyət daşıyır. İştirakçı dövlətlər ortaq maraqlar və təhlükəsizlik hədəfləri əsasında bir araya gələrək vahid mövqe nümayiş etdirir. Bu isə strateji əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Xüsusilə beynəlxalq münasibətlərin qeyri-müəyyən və ziddiyyətli olduğu indiki dövrdə böyük əhəmiyyət daşıyır. Bundan başqa, qlobal güc mərkəzləri arasında rəqabətin artdığı, regional güclərin isə daha aktiv mövqe tutduğu bir vaxtda belə təlimlər strateji baxımdan önəm daşmaqla həm də mühüm geosiyasi siqnaldır.

Qeyd edək ki, “Sonsuz Qardaşlıq – IV” təlimlərinin keçirildiyi indiki dövr də onun əhəmiyyətini artırır. O, ABŞ–Ermənistan hərbi təlimlərinin intensivləşdiyi bir vaxtda region dövlətlərinin öz maraqları ətrafında sıx koordinasiya imkanlarını nümayiş etdirir. Yada salaq ki, 2025-ci ilin avqustun 12-dən 20-dək Ermənistanda ABŞ–Ermənistan birgə “EAGLE PARTNER-2025” adlı hərbi təlimlər keçirilib.

Bu təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübələrin mübadiləsi, eləcə də Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi idi. Lakin müşahidəçilər və analitiklər bu cür təlimlərin arxasında daha geniş geosiyasi məqsədlərin dayandığını bildirirlər. ABŞ-ın regionda hərbi iştirakının gücləndirilməsi Cənubi Qafqazdakı maraqlarını möhkəmləndirməyə yönəlmiş addımlar kimi dəyərləndirirlər.

Qeyd olunmalıdır ki, ABŞ hərbi-siyasi baxımdan dünyanın aparıcı güclərindən biri olaraq, müxtəlif regionlarda geosiyasi təsir imkanlarını genişləndirməyə çalışır. Ermənistanla həyata keçirilən hərbi təlimlər də bu strategiyanın tərkib hissəsi kimi qəbul edilir. ABŞ-da bir çox siyasi dairələrin ermənipərəst mövqedə olması da bu cür əməkdaşlıqların səbəbləri sırasındadır. Bu proseslər regionda geosiyasi balansı dəyişə və bəzi hallarda sabitliyə təhdid yarada bilər.

Bəzi ekspertlərin fikrincə, regiondakı məsələlərin region dövlətləri tərəfindən və birbaşa dialoq yolu ilə həll olunması daha səmərəlidir. Xarici aktorların fəal iştirakı isə bölgədə gərginlik riskini artırır. “EAGLE PARTNER-2025” təlimləri kontekstində səsləndirilən ehtimallardan biri də gələcəkdə Ermənistanda xarici hərbi kontingentin yaradılması məsələsidir. Bu da Cənubi Qafqazda yeni təhlükə mənbəyi kimi qiymətləndirilir.

Qeyd edək ki, belə bir geosiyasi vəziyyətdə “Sonsuz Qardaşlıq – IV” təlimləri həm cavab xarakterli tədbir, həm də region daxilində təhlükəsizlik mexanizmlərinin möhkəmləndirilməsinə yönəlmiş strateji addımdır. Bu təlimlər iştirakçı dövlətlər arasında hərbi əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə, eyni zamanda, regional təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir. Cənubi Qafqaz ölkələrinin öz daxili resurslarına əsaslanaraq təhlükəsizlik məsələlərini həll etməyə çalışması, üçüncü tərəflərin təsirinin azaldılması baxımından da əhəmiyyətlidir.

Beləliklə, belə çoxmillətli əməkdaşlıq formatı regional təhlükəsizlik baxışlarının yaxınlaşdırılması, vahid yanaşmaların formalaşdırılması və institusional mexanizmlərin inkişaf etdirilməsi üçün mühüm platforma yaradır. Eyni zamanda, bu təlimlər BMT Nizamnaməsinə və digər beynəlxalq hüquqi sənədlərə sadiqliyin praktik göstəricisidir. Bu, həm də beynəlxalq ictimaiyyətə sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan aydın mesajdır. Həm iştirakçı ölkələrin milli təhlükəsizliklərini möhkəmləndirir, həm də regional və qlobal səviyyədə sabitliyin təmin olunmasına xidmət edir.

Bununla bağlı politoloq və araşdırmaçı İlqar Hüseynli bildirdi ki, Azərbaycana dost ölkələrlə qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq formatları həm regional sabitliyin qorunmasına, həm də milli müdafiə qabiliyyətlərinin gücləndirilməsinə xidmət edir: “Bu kontekstdə keçirilən “Sonsuz Qardaşlıq-IV” birgə hərbi təlimi, Azərbaycan ilə dost və qardaş dövlətlər arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tip təlimlər, hər şeydən əvvəl, tərəfdaş ölkələrin orduları arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyət imkanlarının artırılması və döyüş birləşmələrinin real hərbi şəraitdə koordinasiyalı fəaliyyət göstərmək bacarığının təkmilləşdirilməsi məqsədi daşıyır

“Sonsuz Qardaşlıq-IV” təlimi, eyni zamanda, hərbi-strateji səviyyədə tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə keçməsi, mövcud əməkdaşlıq çərçivəsində ortaq layihələrin reallaşdırılması və qarşılıqlı etimadın dərinləşdirilməsi baxımından da əhəmiyyətlidir. Həmçinin regional və qlobal təhlükəsizlik çağırışlarına qarşı birgə cavabvermə mexanizmləri sınaqdan keçirilir, bu da gələcəkdə baş verə biləcək potensial təhdidlərə qarşı çevik və səmərəli reaksiya verilməsinə şərait yaradır.

Ümumiyyətlə, bu kimi təlimlər Azərbaycanın milli təhlükəsizlik və müdafiə strategiyasının əsas prioritetlərindən olan beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi məqsədinə tam uyğun gəlir. Bu əməkdaşlıq formatı təkcə bu günün deyil, həm də gələcəyin çağırışlarına cavab verə biləcək peşəkar, çevik və yüksək hazırlıqlı silahlı qüvvələrin formalaşdırılması üçün əhəmiyyətlidir”.

Sonda onu da qeyd edək ki,“Sonsuz Qardaşlıq – IV” təlimləri, sadəcə, hərbi hazırlıq tədbiri deyil, həm də strateji əməkdaşlığın, diplomatik həmrəyliyin və regional təhlükəsizlik sisteminin möhkəmləndirilməsinin simvoludur. Gələcəkdə bu təlimlərin daha geniş formatda və daha çox ölkənin iştirakı ilə keçirilməsi region və dünya üçün mühüm təhlükəsizlik təminatına çevrilə bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see296

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see271

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see226

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see224

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see186

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see180

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see170

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see165

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see162

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see158

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see154

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see152

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see152

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see146

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see146

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri