Icma.az
close
up
RU
Sonuncu pilləni tutan klubun elitanı tərk etməsi... Kəpəz rəsmisi klubun mövqeyini açıqladı

Sonuncu pilləni tutan klubun elitanı tərk etməsi... Kəpəz rəsmisi klubun mövqeyini açıqladı

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında bir sıra məsələlərə aydınlıq gəldi. Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 kollektiv elitaya birbaşa vəsiqə qazanacaq. Bəs görəsən Premyer Liqada sonuncu ola biləcək "Kəpəz"in qəbul edilən qərara münasibəti necədir? Məsələyə aydınlıq gətirmək üçün hazırda 19 xalla 9-cu pillədə qərarlaşan, son sıradakı "Səbail"i 2 xal qabaqlayan Gəncə klubunun mövqeyini öyrəndik. 

"Sarı-göylər"in sözçüsü Azad Mustafayev Fanat.Az-ın suallarını belə cavablandırdı:

- İcraiyyə Komitəsinin qərarını necə qiymətləndirirsiniz? 

- İdman prinsiplərinin qorunması doğru seçim, müsbət haldı. Bununla bağlı klubumuzun mövqeyi budu. Bu məqam çempionatda mübarizəni artırır, yarış üçün xüsusi rəqabət mühiti yaradır. Sonuncu pilləni tutan klubun elitanı tərk etməsi azarkeşlərin də Misli Premyer Liqasına marağını artırmış olur. Turnir cədvəlində yuxarı pillələrdə yer alan komandalar avroturnirlərə vəsiqə qazanmaq üçün çalışırsa, əks qütbdə yerləşən kollektivlərin nə üçün yarışdığı bilinməlidir. Ona görə də aşağı yerlərdə qərarlaşan klubların elitada yerini qorumaq üçün mübarizə aparması qanunauyğundur. 

- Klubunuzun şansını necə görürsünüz? 

- Turnir cədvəlindəki mövqe baxımından hamının şansları demək olar ki, eynidir. Hər hansı bir klubu fərqləndirmək olmaz. Hazırda 9-cu pillədə yer almağımıza baxmayaraq, bizdən öndə klublarla xal fərqimiz elə də çox deyil. Eləcə də sonuncu pillədə olan “Səbail” ilə aramızda cəmi 2 xal var. Çempionatda klub sayının artırılması, sonuncunun elitanı tərk etməsi barədə verilən qərarlar “Kəpəz”ə sponsor gəlməsi ilə demək olar ki, üst-üstə düşdü. Bu gun həm klub rəhbərliyi, həm də sponsorların komandaya böyük diqqəti var. Sponsor tərəfindən məşqçilər korpusuna, şəxsən baş məşqçi Azər Bağırova, futbolçulara inam hiss olunur. Hər addımda dəstək verilir. Hamı komandanın bu çətin vəzifənin öhdəsindən gələcəyinə ümidlə yanaşır.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://fanat.az
archiveBu xəbər 20 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri