Icma.az
close
up
RU
“İmişli” “Neftçi”ni üstələdi, “Kəpəz” sonuncu pilləni tərk etdi Tura baxış

“İmişli” “Neftçi”ni üstələdi, “Kəpəz” sonuncu pilləni tərk etdi Tura baxış

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli komandaların oyunları ilə əlaqədar verilmiş fasilə başa çatdı, Misli Premyer Liqasında ikinci dövrə start götürdü. XII tur bir çox maraqlı nəticələrlə yadda qaldı. 

"Karvan-Yevlax" – "Kəpəz" 1:2 
Qollar:
Araz Abdullayev, 31 - Luis Paçu, 14. Rauf Hüseynli, 76-pen. 
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 38. Cefferson Bentu. 
Baş məşqçi: Azər Bağırov.

“Karvan-Yevlax” nəhayət ki, öz doğma meydanına qayıtdı. Amma doğma meydanda, yerli azarkeşlər qarşısında keçirilən oyun “Karvan-Yevlax” üçün heç də arzulanan ssenari ilə keçmədi. Meydan sahibləri 14-cü dəqiqədə Paçunun qoluyla geri düşdü. Araz Abdullayev fasiləyə qədər hesabı bərabərləşdirsə də, bundan artığını etmək mümkün olmadı. Buna qədərsə “Karvan-Yevlax” düşərgəsində daha böyük biabırçılıq yaşandı. İlk hissənin gedişində baş məşqçi Azər Həşimov Vüsal Məsimovu əvəzləmək istəsə də, futbolçu meydandan çıxmaq istəmədi və əvəzləmə baş tutmadı. Onun meydanda qalması belə “Karvan-Yevlax”ı məğlubiyyətdən xilas etmədi. Rauf Hüseynlinin penaltidən vurduğu qol “Kəpəz”ə qələbə qazandırdı.
3 xal qazana “Kəpəz” sonuncu pilləni elə “Karvan-Yevlax”a təhvil verdi. 10-cu pilləyə yüksələn “Kəpəz”in aktivində 6 xal var. Sonuncu pilləyə yuvarlanan Yevlax təmsilçisi isə 5 xal toplamağı bacarıb.

"Sumqayıt" – "Qarabağ" 2:4 
Qollar:
Höccət Haqverdi, 32 Nsana Simon, 83 -  Leandro Andrade, 6. Toral Bayramov, 42. Abdullah Zubir, 63. Oleksiy Kaşuk, 90+5.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 23. Ronaldo Vaskez, 95. Nsana Simon
Baş məşqçi: Saşa İliç
“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” ilk dövrədə aldığı məğlubiyyətin əvəzini çıxdı. Özü də artıqlamasıyla. “Napoli” ilə oyuna hazırlaşan “Qarabağ” Sumqayıtda yerli komandanın qapısına 4 qol vurdu. Meydan sahibləri bu qollardan ikisinin əvəzini çıxsa da, xal qazanmaq üçün bu qollar yetərli olmadı. Qurban Qurbanovun komandası İtaliya səfəri öncəsi vacib 3 xal qazandılar.
Bu 3 xal “Qarabağ”a liderliyini davam etdirmək üçün yetərli oldu. Bir oyunu ehtiyatda olan Ağdam təmsilçisi 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan “Sumqayıt” isə 5-ci pillədə qərarlaşıb.

"Araz-Naxçıvan" – "Turan Tovuz" 1:1
Qollar:
Ba-Muaka Simakala, 21 - Ayxan Hüseynov, 78.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
"Turan Tovuz": 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdiyev.

“Qarabağ”ın ən yaxın izləyicisi olan “Turan Tovuz” bu tur xal itirdi. Kurban Berdıyevin komandası Sumqayıtda “Araz Naxçıvan”a qarşı keçirdiyi oyunda 1 xalla kifayətləndi. Amma nominal qonaqların fasiləyə məğlub durumda yollandığını nəzərə alsaq, bu bir xal da qənimət hesab oluna bilər. Ayxan Hüseynov 78-ci dəqiqədə “Turan Tovuz”u məğlubiyyətdən xilas etməyi bacardı.
Xal itirən “Turan  Tovuz” artıq “Zirə”nin də nəfəsini hiss edir. Hələlik ikinci pilləni qorumaq mümkün olub. 23 xallı iki komandadan biri olan “Turan Tovuz” “Qarabağ”ın ən yaxın izləyicisidir. 6-cı pilləni 20 xalla tutan “Araz Naxçıvan” isə avrokuboklara qatılmaq şansını qoruyur.

"Zirə" – "Qəbələ" 1:0 
Qol:
Ruan Renato, 45+3-pen.
İbrahim Sanqare (Qəbələ) 29-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı)
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Aka, 4. Ruan Renato, 28. Leroy Mikels, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrila, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Qəbələ”nin də işləri xeyli qəlizləşib. “Kəpəz”in qələbə qazandığı turda uduzan əyalət təmsilçisi sonuncu pilləyə düşməkdən elə də uzaqda deyil. Faktiki olaraq “Qəbələ”nin xalları sonuncu pillədəki “Karvan-Yevlax”la eynidir. Daha yaxşı top fərqi “Qəbələ”ni dibə yuvarlanmaqdan xilas edir. “Zirə” ilə oyunda qaçırılan penalti Tsxadadzenin komandasına baha başa gəldi. Əvəzində “Zirə” əlinə düşən imkanı dəyərləndirdi və penaltidən vurulan qol hesabına qalib gəldi.
Renatonun penalti qoluyla qələbə qazanan “Zirə” 23 xalla turnir cədvəlinin üçüncüsüdür. 5 xallı iki komandadan biri olan “Qəbələ” 11-ci pilləni tutur.

“Sabah” – “Şamaxı” 0:0 
“Sabah”:
92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 89. Cəfər Muxtarov, 11. Kahim Parris, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

“Sabah” yenə hər kəsi təəccübləndirdi. Medallara iddia edən komanda doğma meydanda “Şamaxı”ya bata bilmədi. Qolsuz nəticələnən oyunda “Şamaxı”nın qazandığı bir xalı qənimət saymaq olar. Onu da nəzərə alaq ki, fasilə zamanı milli komanda ilə birlikdə olan, daha sonra U-21 yığmasının oyununa baxmaq üçün səfərə yollanan Ayxan Abbasovu “Şamaxı” ilə birlikdə ola bilməmişdi.
22 xallı “Sabah” “Zirə”ni özündən irəli buraxdı və 4-cü pilləyə gerilədi. 14 xal toplayan “Şamaxı” isə 9-cu pilləylə kifayətlənib.

“Neftçi” – “İmişli” 2:3 
Qollar:
Vensan Abubakar, 11-pen. Emin Mahmudov, 60. – Ezekiel Morqan, 13. Dioqo Rollo, 64. Edvin Banquera, 85
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis Məşqçi: Mübariz Orucov.
Məşqçi: Mübariz Orucov.
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli.
Baş məşqçi: Jorje Kaşkilya.

Cəzalı Samir Abasovun tribunadan izlədiyi qarşılaşmada “Neftçi” “İmişli”yə məğlub oldu. Özü də sözün əsl mənasında. Bu yerdə onu da xatırladaq ki, “ağ-qaralar” ilk dövrədə də “İmişli”yə qalib gələ bilməmişdi. Doğma meydanda iki dəfə hesabda önə keçən “Neftçi” sonda məğlubiyyətlə barışdı. Rəqibin ikinci qolu isə xüsusiylə baxımlı və düşündürücü alındı.
Lider “Qarabağ”dan 11 xal geri qalan “Neftçi” 15 xalla 8-ci yeri tutur. “İmişli” isə eyni xalla yeddincidir.

Amal Abuşov

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 Noyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see261

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see221

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see141

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see139

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see138

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see134

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see125

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri