“Sony” və “Honda” daxili “PlayStation 5” ilə işləyən elektrik avtomobilini təqdim etdi
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sony” və “Honda”nın birgə müəssisəsi “Sony Honda Mobility” ilk elektrik avtomobili olan “Afeela” üçün ilkin sifarişləri qəbul etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.
Bildirilib ki, hazırlanması beş il çəkmiş avtomobili ilkin mərhələdə yalnız Kaliforniya sakinləri əldə edə biləcəklər.
Mətbuat konfransında şirkət qiymət və ilkin sifariş detallarını açıqlayıb. Belə ki, “Afeela 1” iki növdə təqdim olunacaq: 89,900 dollara “Origin” və 102,900 dollara “Signature”.
Öncədən sifariş yanvarın 7-də başlayıb. “Afeela”nın digər ştatlarda və ölkələrdə mövcudluğu barədə hələ məlumat yoxdur.
“Sony Honda Mobility”nin baş direktoru Yasuhide Mizunonun sözlərinə görə, “Afeela” prototipi son versiyaya yaxındır. Dizayn “Tesla” və “Lucid Air” birləşməsini xatırladır. Avtomobil idarə panelində geniş ekranlar, 40 sensor və yarımavtonom idarəetmə və tam ötürmə üçün kameralarla təchiz edilib. İnteryerdə “PlayStation 5”in inteqrasiyası üçün hazırlıqlar var.
Bu mövzuda digər xəbərlər:Sony PlayStation ilə işləyən avtomobil buraxacaq...
23 Dekabr 2025 22:06
Sony PlayStation xidmətləri çökdü
09 Fevral 2025 02:33
“Sony” “PlayStation 4”ü dəstəkləməyəcək
03 Oktyabr 2025 20:49
Honda və Sony nin birgə elektrik avtomobili istehsala başlayır...
16 Avqust 2025 00:56
Sony PlayStation üçün ən yaxşı oyunları müəyyənləşdirdi
17 Dekabr 2025 12:50
Baxış sayı:93
Bu xəbər 08 Yanvar 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















