Icma.az
close
up
RU
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün

Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Axşam yeməklərinin əvəzolunmaz hissəsi olan şorba müxtəlif növləri və fərqli təqdimat formaları ilə mədəniyyətimizin mühüm bir elementidir. Lakin şorbanın əsl dadını və keyfiyyətini ortaya çıxarmaq üçün bəzi mətbəx sirlərini bilmək lazımdır. Qaynayan şorbaya bu məhsuldan cəmi 1 qaşıq əlavə etdikdə, o, sanki bütün resepti xilas edir.

Evdə hazırladığınız şorbanın nə üçün restoranlardakı kimi hamar və ləzzətli olmadığını düşünürsünüzsə, cavab çox sadədir. Peşəkar aşpazların hər şorba bişirərkən istifadə etdiyi, lakin çox az adamın bildiyi bu praktiki üsul sayəsində şorbalarınız tamamilə yeni bir səviyyəyə yüksələcək.

Milli.Az xəbər verir ki, şorba hazırlayarkən ən çox qarşılaşılan problemlər qatılığın (konsistensiyanın) istənilən səviyyədə olmaması, rəngin tündləşməsi, şorbanın çürüməsi və ya yeyildikdən sonra mədədə köp yaratmasıdır. Təcrübəli aşpazların gizli üsulu ilə bütün bu problemləri asanlıqla həll edə bilərsiniz.

Bişirdiyiniz şorbanın həm qatılığının tam qaydasında olması, dadının qaçmaması, çürüməməsi və hətta mədəni yormaması üçün tək lazım olan şey içərisinə az miqdarda çay sodası əlavə etməkdir. Qaynayan şorbaya cəmi bir çay qaşığının ucu ilə soda atmaq bişmə prosesində yarana biləcək bütün qüsurları aradan qaldırır.

Sodanın şorbaya verdiyi əsas faydalar bunlardır:

Köpün qarşısını alır
Şorba bişirərkən xüsusilə qırmızı mərci, yaşıl mərci, nohud və ya lobyadan istifadə edirsinizsə, yeməkdən sonra mədədə şişkinlik və narahatlıq hiss edə bilərsiniz. Soda paxlalıların tərkibindəki köpə səbəb olan qaz birləşmələrini parçalayaraq bu problemin qarşısını alır.

Qatılıq verir və bişməni sürətləndirir
Çay sodası suyun pH dərəcəsini yüksəldərək qələvi mühit yaradır. Bu isə şorbanın içindəki ərzaqların hüceyrə divarlarını yumşaldır. Nəticədə, şorbanız blenderdən keçmiş kimi hamar bir konsistensiya alır və daha tez bişirir.

Rəngini parlaq saxlayır
Evdə hazırlanan mərci şorbaları qaldıqca bozarmağa və qaralmağa başlaya bilər. Soda tərəvəzlərin və paxlalıların təbii rəng piqmentlərini qoruyur, şorbanın hər zaman iştahaçan və parlaq görünməsini təmin edir.

Restoranlarda tez-tez tətbiq olunan bu üsuldan istifadə edərkən dozaya ciddi riayət etməlisiniz. Əgər çox böyük bir qazanda bişirmirsinizsə, sodanı çox az tökmək lazımdır:

3-4 nəfərlik şorba üçün: Bıçağın və ya qaşığın ucu ilə (çox az) əlavə etmək kifayətdir.

Daha böyük porsiyalar üçün: Miqdarı bir az artırmaq olar, lakin bu ölçü ən çox 1 çay qaşığı olmalıdır. Sodanın normadan artıq tökülməsi şorbanın dadını korlaya bilər.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 İyun 2026 03:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri