Icma.az
close
up
RU
“Sorğuda media nümayəndələrinin dəstəyi geniş ictimaiyyətə çatmaq üçün vacibdir”

“Sorğuda media nümayəndələrinin dəstəyi geniş ictimaiyyətə çatmaq üçün vacibdir”

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun təqdimat mərasimində media nümayəndələrini maraqlandıran suallara cavab verib. SİA xəbər verir ki, o bildirib ki, sorğunun nəticələrinin daha geniş kütləyə çatdırılması üçün media nümayəndələrinin dəstəyi vacibdir: “Sorğunun nəticələri həm mətbuat vasitəsilə, həm sosial şəbəkələrdə, həm də Mərkəzi Bankın rəsmi saytında və digər elektron platformalarda yayımlanacaq. Bu, məlumatların əhalinin maksimum hissəsinə çatdırılması üçün əsas yoldur”.

Samir Nəsirov qeyd edib ki, sorğu həm banklar vasitəsilə məlumat toplanmasını, həm də fərdi istifadəçilərin elektron platformalarda iştirakını əhatə edir: “Biz sorğuda yalnız müəyyən kateqoriyaları deyil, bütün ev təsərrüfatlarını nəzərə alırıq. Beləliklə, həm maliyyə fəaliyyəti ilə aktiv məşğul olanlar, həm də daha az aktiv istifadəçilər haqqında məlumatlar toplanacaq. Bu yanaşma sorğunun proqnostik dəyərini artıracaq və makroiqtisadi təhlillərdə daha dəqiq nəticələr əldə etməyə imkan verəcək”.

O əlavə edib ki, sorğunun metodologiyası beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və məlumatların toplanması anonim və etibarlı şəkildə aparılacaq: “Sorğu müxtəlif kanallar – banklar, elektron platformalar, outsourcing şirkətləri vasitəsilə həyata keçiriləcək. Biz ən effektiv və geniş əhalini əhatə edən üsulu seçmişik ki, nəticələr həm də proqnozlaşdırmada istifadə oluna bilsin”, – deyə Samir Nəsirov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri