Icma.az
close
up
RU
SOS: Azərbaycanın bu göstəricisi ŞOK etdi

SOS: Azərbaycanın bu göstəricisi ŞOK etdi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ailə quranların sayının kəskin azalması narahatlıq doğurub. Politoloq Turab Rzayev bu ilin yanvar-fevral aylarındakı statistikaya – ailə quranların sayının əhalinin hər 1000 nəfərinə nisbətdə 3,2-yə düşməsinə diqqət çəkərək, bunu “demoqrafik fəlakət” adlandırıb.

Politoloq bildirib ki, 1000 nəfərə düşən nikah sayı Türkiyədə 6,6, Gürcüstanda 5,9, Ermənistanda 5,1, Macarıstanda 4,9, Almaniyada 4,2, Polşada 3,7, Yunanıstanda isə 3,5-dir. Avropa ölkələri uzun illərdir ki, nikah sayının aşağı düşməsi, əhali azalmasından əziyyət çəkir. Azərbaycan hətta Avropanın bəzi ölkələrində nikah sayında geri qalır.

Daha əvvəl Azərbaycanda bu səviyyədə nikah azalması qeydə alınmayıb. Ən aşağı göstərici 1942-ci ildə 2-ci Dünya müharibəsinin davam etdiyi və 2020 ildə koronavirus pandemiyasının yayıldığı zaman qeydə alınıb. 1942-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, 2020-ci ildə isə 3,5 olub.

Doğrudanmı Azərbaycanda demoqrafik vəziyyətə bu dərəcədə təhlükə var?

Mövzu ilə bağlı sosioloq Mail Yaqub Musavat.com-a danışıb. Sosioloq da qeyd edib ki, ölkədə artıq demoqrafik problem yaranmağa başlayıb: “Çünki əhali artımının tempi xeyli zəifləyib və bu tendensiya davam edərsə, təəssüf ki, bəzi beynəlxalq təşkilatların proqnozlarında qeyd olunduğu kimi, 2100-cü ilə qədər Azərbaycanın əhalisi 8 milyona qədər enə bilər. Bu isə o deməkdir ki, əgər vaxtında ciddi tədbirlər görülməzsə, proses daha da dərinləşəcək. Əslində, proses artıq başlayıb və biz onun ilkin əlamətlərini aydın şəkildə müşahidə edirik.

Birincisi, nikahların sayı azalır. Gənclər arasında ailə qurmağa maraq əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. İkincisi, ailələrdə doğulan uşaqların sayı sürətlə aşağı düşür. Əgər ötən əsrin 60-cı illərində bir ailədə orta hesabla 6-7 uşaq doğulurdusa, bu gün həmin göstərici təxminən 1,6-ya düşüb, yəni hətta iki uşağa belə çatmır. Bu isə artıq sadəcə, azalma deyil, ciddi demoqrafik tənəzzül siqnalıdır.

Üçüncü mühüm faktor isə boşanmaların sayının artmasıdır. Bu üç əsas fenomen, yəni, nikahların azalması, doğum səviyyəsinin düşməsi və boşanmaların artması birgə şəkildə demoqrafik böhranın formalaşmasına səbəb olur. Demoqrafik problem dedikdə məhz ölkə əhalisinin sayının azalması və cəmiyyətin strukturunun zəifləməsi nəzərdə tutulur”.

Sosioloqa görə, hazırda Azərbaycanda bu prosesin başlanğıc mərhələsini yaşanır: “Bu vəziyyəti yaradan səbəblər ayrıca və geniş müzakirə mövzusudur. Lakin əsas sual bundan ibarətdir: bu prosesin qarşısını almaq mümkündürmü və ümumiyyətlə, almalıyıqmı? Bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, kim müəyyən edə bilər bu hal pisdir, yoxsa yaxşı? Hansı meyarlarla bunu qiymətləndirmək olar?

Əslində, sualın cavabı kifayət qədər aydındır. Əhalinin azalması istənilən ölkə üçün həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan mənfi nəticələr doğurur. Bu, mübahisə doğurmayan faktdır. Heç kim bunu ciddi şəkildə inkar edə bilməz. Digər tərəfdən, fərdi azadlıqlar məsələsi də var. Kiminsə evlənməmək, ömrünün sonuna qədər subay qalmaq hüququ var və heç bir qanun onu buna məcbur etmir. Eyni şəkildə, ailə qurub sonradan boşanmaq və ya yalnız bir uşaqla kifayətlənmək də şəxsi seçimdir. İnsan bu qərarlarından məmnun ola bilər və bu, onun hüququdur. Amma məsələni ümumi, dövlət səviyyəsində qiymətləndirdikdə, fərdi məmnunluq ümumi nəticəni dəyişmir”.

Mail Yaqub qeyd edib ki, ayrı-ayrı vətəndaşlar öz seçimlərindən razı ola bilərlər, lakin bu tendensiya kütləviləşdikdə artıq dövlət üçün ciddi problemə çevrilir: “Heç kim konkret bir şəxsə “sən səhv edirsən” deyə bilməz, amma ümumi mənzərə göstərir ki, bu istiqamət ölkənin gələcəyi üçün risklidir. Məhz buna görə də dövlət bu sahədə passiv müşahidəçi olmamalıdır. Əksinə, vətəndaşlara düzgün istiqamət verməli, onları maarifləndirməli və real dəstək mexanizmləri formalaşdırmalıdır. Dövlət həm gənclərin evlənməsi üçün, həm ailələrin daha çox uşaq sahibi olması üçün, həm də boşanmaların azalması üçün kompleks və sistemli tədbirlər həyata keçirməlidir”.

Sosioloq həmçinin vurğulayıb ki, gənclərin ailə qurmasını təşviq edən addımlar xüsusilə vacibdir: “Bu istiqamətdə güzəştli mənzil proqramlarının genişləndirilməsi, toy mərasimlərinin daha sadə və əlçatan formada təşviq olunması, dəbdəbəli toy stereotiplərinin aradan qaldırılması üçün ictimai təbliğatın aparılması mühüm rol oynaya bilər. Bu, təkcə iqtisadi yox, həm də mədəni məsələdir. Filmlər, seriallar və digər kütləvi informasiya vasitələri vasitəsilə sadə, səmimi və israfçılıqdan uzaq ailə modellərinin təqdim olunması cəmiyyətə ciddi təsir göstərə bilər. Çünki bu gün bir çox gənc məhz maddi və sosial təzyiqlər səbəbindən evlənməyi təxirə salır.

İkinci mühüm istiqamət boşanmaların sayının azaldılmasıdır. Bu sahədə də konkret və effektiv addımlar atılmalıdır. Ailə institutunun möhkəmləndirilməsi üçün psixoloji dəstək xidmətləri, ailə məsləhət mərkəzləri, hüquqi maarifləndirmə proqramları genişləndirilməlidir. Boşanma təkcə iki insanın ayrılması deyil, həm də cəmiyyətin strukturuna təsir edən sosial hadisədir.

Üçüncü istiqamət isə çoxuşaqlı ailələrin təşviqidir. Hazırda Azərbaycanda 5 uşaqlı ailələr çoxuşaqlı hesab olunur, lakin artıq 3 uşaqlı ailələrin də bu kateqoriyaya daxil edilməsi ilə bağlı müzakirələr aparılır. Bu, olduqca vacib və müsbət addım olar. Eyni zamanda, çoxuşaqlı ailələrə verilən dəstək real və motivasiyaedici olmalıdır. Sadəcə, simvolik məbləğlərlə bu sahədə dönüş yaratmaq mümkün deyil. 3 və daha çox uşaq dünyaya gətirən ailələr üçün ciddi sosial paketlər, vergi güzəştləri, mənzil təminatı, təhsil və səhiyyə sahəsində xüsusi imtiyazlar tətbiq edilməlidir ki, insanlar bu addımı atmağa həvəslə yanaşsınlar. Əks halda, 100-200 manatlıq yardımlarla bu problemi həll etmək mümkün olmayacaq. Demoqrafik məsələ uzunmüddətli, strateji yanaşma tələb edir və burada həm dövlətin, həm də cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 May 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri