Icma.az
close
up
RU
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir Necə TANIMALI?

SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir Necə TANIMALI?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynadan Azərbaycana idxal olunan 4.9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red.) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Ümumiyyətlə, toyuq məhsulları ilə bağlı vaxtaşırı müxtəlif iddialar səslənir. Onların tərkibi, mənşəyi haqda qida ekspertləri də çağırışlar edirlər. Xüsusən broyler toyuqları haqda xəbərdarlıq olunur.

Bəs marketlərdən hansı toyuqları almalıyıq, nələrə diqqət yetirməliyik?

Moderator.az xəbər verir ki, qida mütəxəssisi Asim Vəli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Aidiyyəti üzrə AQTA-nın yaydığı bu xəbərdarlığı çox ciddi qəbul etməyimiz yaxşı olardı. Salmonella zarafat deyil. Qida zəncirində ən təhlükəli patogenlərdən biridir. Ukraynadan gətirilən dondurulmuş toyuqlarda salmonella bakteriyasının aşkarlanması birbaşa qida təhlükəsizliyi qaydalarının istehsal mərhələsində pozulduğunu göstərir. Bir istehlakçı olaraq marketdən toyuq alarkən yalnız brendə deyil, soyuq zəncirin qorunmasına, məhsulun rənginə, sertifikatlarına diqqət yetirməliyik.

Salmonella bağırsaq traktında yaşayan və fekal-oral yolla ötürülən bir bakteriyadır. Toyuq ətində bu bakteriyanın olması kəsim zamanı gigiyena qaydalarının pozulması və ya quşların saxlanma şəraitinin qeyri-sanitar olması ilə bağlıdır. Bəzi insanlar elə bilir ki, dondurma bakteriyanı öldürür. Elə deyil. Dondurma bakteriyanı öldürmür. Sadəcə, onun inkişafını dondurur. Məhsulun donu açılan kimi bakteriya sürətlə çoxalmağa başlayır”.

Ekspert onu da deyib ki, dondurulmuş toyuq alarkən paketdə buz kristallarının olub-olmadığına baxmalıyıq: “Əgər varsa, deməli bu məhsul əriyib və yenidən dondurulub. Riskli haldır. Vakuumu pozulmuş, sızıntısı olan paketləri almasaq yaxşı olar. Təzə toyuq əti çəhrayı-ağ rəngdə olmalıdır. Bozarmış, ya tünd sarı ləkələri olan toyuqlardan uzaq durmaq bizi riskdən uzaq tutar. Bütün məhsullarda olduğu kimi etiketdə İstehsal və son istifadə tarixinə diqqət etməliyik. Həm də partiya nömrələrinə baxmalıyıq.

Digər məsələ toyuğu mətbəxdə yumaq da bakteriyaların ətrafa yayılmasına səbəb ola bilir. Toyuq kəsdiyimiz taxtanı və bıçağı dərhal dezinfeksiya etməliyik. Həmin taxtada çiy tərəvəz doğramaq çarpaz çirklənməyə səbəb olar. Toyuğun donunu otaq temperaturunda deyil, soyuducunun alt rəfində yavaş-yavaş açmalıyıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Aprel 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri