Icma.az
close
up
RU
SOS! Və ya Azərbaycan kinosunun ağrıları

SOS! Və ya Azərbaycan kinosunun ağrıları

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təcili tədbir görülməsə faciə qaçılmazdır!..

Söhbət sıxılıb "to be, o not to be?" arasında qalan "Azərbaycanfilm" kinostudiyasından gedir... O kinostudiyan ki, xalqımıza saysız-hesabsız sevilən filmlər və dəyərli sənətkarlar bəxş edib. O kinostudiyan ki, neçə onilliklərdir milli-mənəvi və əxlaqi dəyərlərin flaqmanı kimi şərəfli missiya daşıyıb.

Və nəhayət, o kinostudiyadan ki, bu gün az qala aqoniya vəziyyətində - son günlərini yaşayır...

Ancaq bu barədə bir qədər sonra. Yəni kinomuzun bugünkü durumuna ötəri də olsa nəzər salmadan, təhlükənin haradan qaynaqlandığını görmək, anlamaq mümkün deyil.

Azərbaycan kinosu, yaxud milli Azərbaycan kino sənəti dedikdə, bizlər bəzən hissə qapılırıq. Çünki  bu gün, əslində, kinomuzda nə millilikdən əsər-əlamət var, nə də ki, sənətdən...

On doqquzuncu yüzilliyin ən sonunda Lümer qardaşları adicə foto şəkilləri hərəkətə gətirdilər və adını "sinematoqrafiya" qoydular ("hərəkət edən şəkillər"). Üstündən 15-20 il keçmiş, dahi Çarli Çaplin (Devid Qriffit, Sergey Eyzenşteyin və digərləri), o şəkillərə can verdilər, ruh verdilər... Bu minvalla, belə demək mümkünsə, Lümerlər şəkillərə hərəkət, Çaplin isə bərəkət bəxş elədi. Budur, düz 131 ildir ki, sirli-sehrli bu möcüzə, rəssamlıq, heykəltaraşlıq, teatr və digər otruşmuş incəsənət növləri kimi, özünə məxsus sənət pasportu ilə yaşamaqdadır.

Qəribə də olsa, Azərbaycanda kino istehsalı tarixi əksər Avropa ölkələrindən əvvələ təsadüf edir. Düzdür, bu, özgə söhbətin mövzusudur, ancaq fakt budur ki, hələ də bir çox ölkələrin öz kinostudiyaları yoxdur, onlar kinoya olan tələbatlarını idxal etdikləri xarici filmlərinin hesabına ödəyirlər.

Bizim ölkənin isə kinosu olub, var və bu kinonun tarixi 1898-ci ildən başlayır. Əlbəttə, bu, qürurverici bir faktdır.

Bunları deməkdə məqsədim budur ki, biz öz milli kinomuzu qorumalıyıq, onun büdrəməsinə, yox olmasına və Allah eləməmiş, məhv olmasına imkan verməməliyik!

Ancaq nə yazıq, təəssüf və səd heyif ki, bu gün milli kino sənətimizi hifz etməkdən daha çox, ONU sıxıb-sıxcalayır, son işartılarını da söndürmək istəyənlər var. Yəni - çevir tatı, vur tatı,-  kino sənayesinin inkişafından danışa-danışa, unuduruq ki, bu gün inkişafadan yox, BƏRPADAN söhbət getməlidir. Quru çərhovuza su buraxmadan ora baş vurub çimmək absurd deyilmi?.. Artıq cin şüşədən çıxıb, yəni nə mümkündürsə əzilib-sınıb-çiliklənib...

Kino industriyası əsasən iki ayağı üstündə bərqərar olmalıdır - kino istehsalı və kinoprakatı (satışı). Diqqət yetirin, keçən əsrin 90-cı ilərində, siyasi formasiyaların dəyişdiyi zaman kəsiyində bu  "ayaqların" hər ikisini zədələdilər, qırdılar. Qəsdən. Kino istehsalı obyektiv və daha çox subyektiv səbəblərdən donduruldu, kino prakat və onun balansında olan kino-teatrlar, əmlaklar isə satıldı, dağıdıldı,- kimlərinsə nəfsinə qurban getdi... Yəqin çoxlarının yadındadır, o vaxt ölkənin bütün kino-teatrları şəhərlərin mərkəzində yerləşirdi. Bakıda və böyük rayonlarda ən prestijli və ən qələbəlik yerlərdə idi. Hazırda həmin kino-teatrları ticarət mərkəzlərinə, iri marketlərə, iaşə obyektlərinə - yeməkxanalara, çayxanalara və digər "xanalara" cevriblər...

Buna bənzər vəziyyət, eynilə milli kino camiəsində də baş verməkdədir. Sanki gözəgörünməz bir əlin (ya barmağın) işarəsiylə, kinematoqrafiya adlandırdığımız görüntü sənətinin   "yüyəni"... peşəkarlardan alınıb həvəskarlara - daha çox, çax-çux həvəskarlarına - peşkəş edilib. Yoxsa zaman-zaman təmtəraqlı və qlamur "premyaraları" keçirilən səviyyəsiz kinofilmlərin: "super!", "molodes!", "şedevr!" və s. bu kimi epitetlərlə möhürlənməsini necə izah etmək olar?!

Nə sirdisə, "milli" kino və Tv serialları məhsullarında mövzu bəsitliyi, obrazların, süjet xətti, konfliktlərin primitiv təqdimatı və açılışı, kino (eləcə də televiziya) estetikasına tamamən yad nümunələr, ideyasızlıq, o cümlədən bəsit traktovkadan doğan antisanitar kino epizodları, kobud montaj qüsurları, bayağı musiqi seçimləri, süni aktyor oyunu, işıq və rənglərin harmoniyasından anlayışı olmayan səriştəsiz operator, xaotik rejissor işi və s. və i .a. aşkar pintiliklər ört-basdır edilərək  "kadr arxasında" qalır. Qalır, ancaq öz "işini" də görür - zövqümüzü korlayır, ruhumuzu incidir, tamaşaçını düz yoldan sapdırır...

Görünür, kinomuzun mövcud vəziyyəti görüntü sənəti industriyasına cavabdeh olan şəxsləri, qurumları (başda Mədəniyyət  nazirliyi olmaqla) qane edir. Belə hiss yaranır ki, Mədəniyyət Nazirliyi mədəniyyətin, ələlxüsus, kino sənətinin mənasız bir şey olduğu qənaətindədir. Nəhayyət və ən başlıcası: görünür, bu hakimiyyətə zövqü korlanmış, inellektsiz, etik və estetik baxışlardan məhrum və dünyaduyumu bulanlıq, daha çox kütlə instinktiylə mövcud olan tamaşaçı lazımdır...

Fikirimcə, bu, çox təhlükəli məsələ olmaqla yanaşı, toplumun genetik koduna, qan nizamına yönəli zərərli (hətta zəhərli) müdaxilə kimi qiymətləndirilməlidir.

Amma, deyirəm, yaxşı ki, bütün bunlara rəğmən, kinonu həyatının mənası sayan istedadlı, bacarıqlı gənclərimiz də az deyillər. Onlar, sözün əsl mənasında kinonun fədailəridir.  Şəxsən mən ümid edirəm ki, bədii, sənədli kino sahəsini işğal altında saxlayan qeyri-peşəkarlıq müvəqqəti bir haldır və nə vaxtsa keçib gedəcək. Çünki heç bir nəhəng qaranlıq və hər hansı qatı zülmət bapbalaca bir şam işığını boğub öldürmək gücündə deyil!..

İndi isə qayıdaq "Azərbaycanfilm" kinostudiyasına... Bu kinostudiya, istəsək də, istəməsək də, artıq bir sənət məbədinə çevrilib.. Neçə-neçə yaradıcı nəsillər üçün milli kino sənətinin abidəsi, beşiyi, müqəddəs ocağı sayılır...

30-35 il əvvəl olduğu kimi, bu gün yenə də kimlərsə doğma studiyamızı kimlərəsə satmaq istəyirlər. Bu dəfə ortaya "Sinema-park" adlı bir biznes layihəsi atıblar və bunun guya, kino sənayesinin inkişafına xidmət edəcəyini bildirirlər. Əvvəla,  deyim ki, bu layihə plagiatdır, yəni illər öncə belə bir proyekt vardı, müəllifi də rəhmətlik Rüstəm İbrahimbəyov idi. Məqsədi də Azərbaycan kino sənayesinin müstəqillik əldə etməsi, inkişafı, maliyyə baxımından özünü təmin etməsi, "Azərbaycanfilm" kinostudiyasını, eləcə də yerli filmlərin prokat sistemini bərpa edib qorumaq idi. Rüstəm müəllim bu projeni həyata keçirmək üçün şəhər kənarında boş torpaq sahəsi də almışdı. Hazırda təqdim olunan "Sinema-park" layihəsi isə "Azərbaycanfilm" kinostudiyasının binasını və əmlakını bölüb-parçalamaq, əcnəbi investorlara icarəyə vermək və orada gəlir gətirən müxalifət obyektlər və s. açmağı ehtiva edir. Aydındır ki, bu plan, özündə rejissorluqla maklerliyin simbiozunu yaratmış  bir qrup işbazların komformist maraqlarına xidmət məqsədi güdür. Belə çıxır ki, istənilən tarixi abidəni, misal üçün, Qız qalasını, ya Şirvanşahlar sarayını hissə-hissə bölüb içərisində "Abidə-park"dan- zaddan cürbəcür "şeylər" yaratmaq olar, - təki gəlir gətirsin, təki mənfəət olsun.(???)

Müxtəsəri, Rüstəm İbrahimbəyovun ovaxtki layihəsi kinomuzu diriltmək üçün idi, indiki plagiat "Sinema-park" isə kinomuzu məhv etmək üçündür.

Buna imkan vermək olarmı? Əlbəttə ki, yox! Bizlər "Azərbaycanfilm"imizi qorumalıyıq, hər daşında, hər dəhlizində, hər otağında və hər pavilyonunda şirin sənət xatirələri yaşadan doğma studiyamızı ölümdən xilas etməliyik! Bu bizim vəzifəmiz, borcumuz və ALIN YAZImızdır!

Bəli, yeganə istehsalat bazası sayılan kinostudiyanın uğrunda mübarizə aparılmalıdır. "Azərbaycanfilm"-in yox olması Azərbaycan kino sənətinin, müvafiq olaraq, görüntü kimliyimizin məhvinə aparan yoldur. Yox-yox, əlbəttə ki, kino sağ qalacaq, yaşayacaq, müxtəlif filmlər də çəkiləcək, amma... nə olsun?- əgər dişin "nervisi" çıxarılıbsa,  çeynəmək də, qida qəbul etmək də olur, yəni diş öz yerində durur... amma eyni zamanda o diş həm də yoxdur - canı, ruhu yoxdur!..

Nə etməli?  Məncə, bu gün ilk növbədə, Pespublika kinoprakat sisteminin yenidən qurulması təmin edilməlidir, "keçi qiymətinə" satılmış kino-teatrların əsarətdən xilas yolları aranmalıdır. Kino sənayesinin doktrinası yazılmalı, dəqiq fəaliyyət planı müəyyənləşdirilməli və bütün bunların normativ-hüququ bazası yaradılmalıdır. Bunları etmədən, hər hansı inkişafdan-filandan danışmaq yersizdir... Üçgündən bir ağızdolusu, özü də ciddi-ciddi, ağıllı-ağılı kino sənəyesinin inkişafı mövzusunda "quş qoymaq" tədbirləri düzənləmək, yumşaq desək, patetikadan başqa bir şey deyil... Qaşlarını çatıb özünü ağıllı və müdrik göstərmək, heç də adamın ağıllı və müdrik olduğuna dəlalət etmir...

P.S. Məşhur Baron Münhanzenin sözü olmasın: "Gülümsəyin cənablar, gülümsəyin! Dünyanın bütün səfehlikləri həmişə ağıllı üz ifadəsiylə həyata keçirilir!.."

Eldəniz QULİYEV

Kinodramaturq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see372

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see354

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see332

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see331

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see296

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see293

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see282

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see228

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see214

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see212

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see208

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see206

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see200

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see200

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see189

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see189

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see184

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri