Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Azərbaycan üçün SOS siqnalı verildi

Azərbaycan üçün SOS siqnalı verildi

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, 2024-cü ildə 102 min 310 nəfər uşaq doğulub ki, həmin körpələrin 54 min 221-i oğlan, 48 min 89-u isə qız uşaqlarıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatına görə, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq əvvəlki illərə nisbətən azalaraq 6 min 132 nəfər təşkil edib. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.

Qeyd edək ki, 2023-cü il üzrə 112 min 620 nəfər doğulan körpələrin 59 min 814-ü oğlan, 52 min 806-sı isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 7008 nəfər olub. Doğulanda cins nisbəti də həmin il hər 100 qıza 113 oğlan təşkil edib.

2024-cü ildə ölkə üzrə 78 min 245 abort qeydə alınıb. 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 29,4 olub.Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə doğuşların sayı 111 min 800, abortların sayı isə 73 min 800 olub. 

Statistikaya əsasən abortların sayı çoxalıb və qız uşaqlarının sayı azalıb. Doğulan körpələrin ümumi sayının azalması nə ilə əlaqədardır? Cins nisbətindəki tarazsızlıq gələcəkdə cəmiyyətə hansı sosial və demoqrafik təsirləri göstərə bilər?

Doğum və abort saylarındakı dəyişikliklər əhalinin uzunmüddətli artım tempini dəyişə bilər?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ümumiyyətlə, uşaqların sayının azalması dünyada baş verən proseslərlə bağlıdır. 

Onun sözlərinə görə, doğumların sayının azalması qeyri-müəyyənlik, sosial problemlər, psixoloji gərginlik və iqtisadi çətinliklərlə bağlı ola bilər:

“Hazırkı iqtisadi vəziyyət, dünyada qiymət artımları və uşaq böyütməyin çətinləşməsi doğum səviyyəsinə təsir göstərir. Evsizlik, sosial-iqtisadi problemlər və ailə münasibətlərindəki gərginliklər də doğum sayının azalmasına səbəb olur.

Bu isə gələcəkdə demoqrafik tarazlığın pozulmasına gətirib çıxara bilər. Xüsusilə də qız uşaqlarının sayının azalması bu qeyri-tarazlığı daha da dərinləşdirə və demoqrafik gərginlik yarada bilər. Bu baxımdan, məsələ hökumətin diqqətindədir. Lakin məsələni yalnız diqqətdə saxlamaq kifayət deyil, problemi aradan qaldırmaq üçün tədbirləri gücləndirmək lazımdır”. 

Mehriban Zeynalova qeyd edib ki, əhalinin sayı azalmağa doğru gedir və bu, həyəcan təbili üçün əsasdır:

“Doğum və abort göstəricilərindəki dəyişikliklər artıq öz təsirini göstərir. Əhalinin sayı azalmağa doğru gedir. Bu, ciddi siqnaldır. Doğumlar azalır, yaşlıların sayı artır, gənc əhali isə azalır. Bu vəziyyət bir çox ölkələrdə problemlərə səbəb olub və dövlət büdcəsinə də mənfi təsir göstərir. 

Ümumilikdə, bu proses ölkənin gələcəyi üçün təhlükə yaradır. Elə ölkələr var ki, orada yaşlıların sayı çoxdur və onların pensiya təminatı üçün büdcədən daha çox vəsait ayrılır. Gənc əhali azaldıqda isə bu, ölkənin inkişafına mənfi təsir göstərir. Əhalinin sayının azalması kifayət qədər ciddi problemlər yarada bilir”. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri vurğulayıb ki, mədəni faktorlar aşağı düşdükcə, qız və qadınların təhlükəsizliyi ilə bağlı məsələlər narahatlıq doğurur:

“Qız uşaqlarının sayının azalmasından danışırıqsa, Sabirabadda baş vermiş son hadisə bunun bariz nümunədir. Qızların təhlükəsizliyi, mövcud stereotiplər kifayət qədər narahatlıq doğurur. Mədəni dəyərlər azaldıqca, qız və qadınların təhlükəsizliyi də zəifləyir, stereotiplər isə daha da güclənir.

Hazırda ölkədə ən vacib məsələlərdən biri qızlara və qadınlara qarşı olan stereotiplərlə mübarizədir. Bu stereotiplərin aradan qaldırılması üçün mədəni tədbirlərin artırılması vacibdir. Eyni zamanda, qızların doğulması və təhsili ilə bağlı stimullaşdırıcı proqramlara ehtiyac var. 

Mədəniyyət bu məsələdə mühüm rol oynayır. Zorakılıq halları cəzalandırılmalıdır. Təbii ki, bu kimi hadisələrdə günahkarlar cəzalandırılacaq, lakin daha ciddi və sistemli tədbirlərə ehtiyac var”.

Sosioloq Lalə Mehralı isə bildirib ki, ümumi olaraq abort, həm də selektiv abort dünyanın bütün ölkələrində  həmişə müzakirə edilən və heç vaxt öz həllini tapmayan bir mövzudur:

“Azərbaycan təəssüf ki, dünya statistikasında aborta görə liderdir.  Bu nataraz vəziyyət yaxın gələcəkdə təhlükənin olacağını deyir. Doğulan uşaqların sayı hər il azalır, abort edilən uşaqların sayı isə artır. Doğumda bu qədər azalma, abortdakı bu qədər yüksək göstərici, üstəlik selektiv abort dəhşəti heç bir dövlət üçün normal deyil. Doğulan uşaqların sayının azalması böyük faciədir, Azərbaycan demoqrafik artımda stabilliyi təmin etmək məcburiyyətindədir. 

Yaxın gələcəkdə nə orduya aparmağa əsgər, nə də o əsgərləri dünyaya gətirməyə qadınlar tapılacaq. Bu azalma ictimai-sosial işlərin, habelə peşə icraçılarının da kəskin azalması deməkdir. Təminat təlabatı ödəməyəcək. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Yəni, indi selektiv abortla bağlı bizə faicəvi görünən rəqəmlər yaxın gələcəkdə maksimal dərəcəyə çatacaq”.

Sosioloq qeyd edib ki, nikahların sayının azalması doğulan uşaqların sayına da təsir göstərir:

“Statistikada nikahdakı azalmanı müşahidə edəndə, doğulan uşaqların sayının az olmasının haradan qaynaqlandığını anlayırsan. Boşanmaların gündən-günə artması da başqa bir problemdir. Boşanmağı planlaşdıran bir ailə nəsil artırmaqda niyə maraqlı olsun ki? 

Bundan əlavə, bəzi hallarda qadınlar karyera, iş sahəsində yüksəlmək, təhsilinə qoyduğu kapitalı geri qaytarmaq üçün ana olmağı təxirə salır. Bəzi hallarda sosial-iqtisadi problemlər ailənin uşaqla bağlı planlarını geri atır. İnsanlar ailə planlamasına etinasız yanaşdığı üçün abort bu qədər çox qeydə alınır”. 

Lalə Mehralı vurğulayıb ki, abortların sayının artmasına indi nikahlı insanlardan daha çox vətəndaş nikahında yaşayanlar, bir gecəlik münasibət quranlar böyük təsir göstərir:

“Əgər başqa uşaq istəmirlərsə, tədbi görməlidirlər, tibb bunun üçün olduqca çox alternativ təklif edir. Mən hətta kontraseptivlərin icbari tibbi sığorta daxilində təmin edilməsini təklif etmişəm. Qadınlar hamiləlikdən qorunmurlar, əhəmiyyətsiz hesab edirlər, amma abort etdirməyi normal sayırlar. Həmçinin, qeyri-rəsmi münasibətlərdən olan hamiləliklər bu statistikaya çox böyük təsir edir. 

İndi nikahlı insanlardan çox vətəndaş nikahında yaşayanlar, bir gecəlik münasibət quranlar aborta gedir. Məktəbli qızların günü-gündən artan abortundan xəbərdarsınızmı? Mən bu barədə danışmağa xəcalət çəkirəm, 14-16 yaşlı qızların hamilə qalmasını, başıpozuq münasibət yaşamasını, aborta getməsini, yoluxucu xəstəliklərə tutulması faktlarını dana bilmərik”. 

O qeyd edib ki, ildə bir neçə dəfə aborta gedən qadınların gələcəkdə sağlam uşaq dünyaya gətirmək şansı hər müdaxilədə azalır:

“Çox abort qadın orqanizminə zərərdir. Bu gələcəkdə nəsilartırma problemlərinə, sosnsuzluğa səbəb olacaq. Əgər nəsilartırmada maraqlı deyilsə, sadəcə hamiləlikdən qorunma vasitələrindən birini tətbiq edə bilər, hər büdcəyə uyğun kontraseptiv mövcuddur. Üstəlik, ildə bir neçə dəfə aborta gedən qadın üçün maddi səbəblər bəhanə ola bilməz, bir mini abortun puluna 3 il hamiləlikdən qoruyacaq uşaqlıqdaxili spiral tətbiq etdirə bilər. Deməli aborta məcburiyyətdən getmir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: uşaq doğum oğlanqız Mehriban Zeynalova Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri