Icma.az
close
up
RU
SOS: yanğınlar ekosistemi məhv edir!

SOS: yanğınlar ekosistemi məhv edir!

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Dünyanın quru ərazisinin üçdə birini əhatə edən və canlı aləmin yarıdan çoxuna ev olan meşələr dünya ekosisteminin ən vacib qollarından biri hesab olunur. Quruda yaşayan canlıların 80%-nin sağ qalması meşələrdən asılıdır. Meşələrin məhvinə görə sayı azalan heyvanların ölümü ekosistemdə böyük bir boşluq yaratmaq deməkdir. Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağac kəsilsə, 10-12 adam 1 günlük oksigen ehtiyatını itirir. Başqa sözlə,1 ağac insan ömrünün bir günü deməkdir. Üstəlik, meşələr təxminən 1,6 milyard insan üçün qazanc mənbəyidir.

Yanğınlar meşələrin mövcudluğu üçün ən böyük təhlükədir. Xüsusilə yay aylarında təbii və ya insan faktorları nəticəsində baş verən yanğınlar yüz illər boyu böyüyən ağacların qəfil məhvinə, təbii tarazlığın pozulmasına, meşədə canlı növlərinin və təbii yaşayış yerlərinin nəsli kəsilməsinə, torpaqda üzvi maddələrin itirilməsinə səbəb olur. Meşə yanğınları adətən hiss olunmadan başlayır, sürətlə yayılır, bütün meşəni məhv edir. Yanğınlar ildırım çaxması, vulkan püskürməsi və yüksək temperatur kimi səbəblərdən, həmçinin səhlənkarlıq, ehtiyatsızlıq və qəsdən baş verir.

Son bir neçə ildir ki, Türkiyədə meşə yanğınları tez-tez təkrarlanır. Son yanğın isə 5 gün öncə baş verdi. İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində ciddi meşə yanğınları qeydə alındı. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə təxliyə edildi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərildi.

Təkcə Aydındakı yanğın vilayətin cənub və şimal hissələrində təxminən doqquz kilometrlik xətt üzrə yanğın baş verdi, buradakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb edildi. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edirdi. Ölkənin Manisa vilayətində 7 helikopter fəaliyyət göstərirdi. Bolu vilayətində də vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf vilayətlərdən də hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edirdi. Çankırının Ilgaz rayonunda meşə yanğını qurudan və havadan gələn qrupların müdaxiləsi ilə nəzarətə götürülüb. Yanğın zamanı 44 hektar əraziyə ziyan dəydiyi bildirilib.

Meşə yanğınları ilə bağlı son vəziyyəti şərh edən Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı İzmir Menderesdəki yanğının qismən nəzarət altına alındığını açıqlayıb. Rəyasət Heyətinin Rabitə Müdirliyi son 4 gündə meşə və kənd yerlərində baş verən 306 yanğına müdaxilə edildiyini, 304 yanğının söndürüldüyünü bildirir. Prezidentin sosial media hesabından edilən açıqlamada, "Son 4 gündə meşələrdə və çöllərdə baş verən 306 yanğına meşə qəhrəmanları müdaxilə etdi. Meşə yanğınlarına nəzarət etmək üçün qruplar havadan və qurudan müdaxilə edərək 304 yanğını söndürdü", - deyə qeyd edilir.

Fövqəladə Hallar və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) sədri Okay Memiş, ilkin müşahidələrə görə, avqustun 15-də başlayan meşə yanğınlarında İzmir, Manisa və Aydında ümumilikdə 142 binanın zərər çəkdiyini bildirib. Bunlardan 11-i dağılıb, 92-si ağır, 32-si isə yüngül zədələnib. Okay Memiş meşə yanğınlarından zərər çəkmiş vətəndaşlara ən böyük təsəllinin yanğınlarda can itkisinin olmaması olduğunu bildirib. Ölkə üzrə ümumilikdə 4700 vətəndaş meşə yanğınlarından zərər çəkmiş yaşayış məntəqələrindən təhlükəsiz ərazilərə təxliyə edilib.

İzmir valisi Süleyman Elban avqustun 17-də Menderes mahalının Şaşal rayonundakı meşəlik ərazidə başlayan yanğının elektrik naqilinin qırılması nəticəsində yaranan qığılcım və qısaqapanmadan qaynaqlandığını bildirib. Bayındır rayonunda, Ödəmişdə baş verən yanğının səbəbinin təmir işləri ilə əlaqələndirirlər, Tiredə isə öz həyətlərində piknik edərkən diqqətsizlikdən yanğına səbəb olanlar barədə məlumatlar var. Ölkə üzrə yanğınlarla bağlı yeddi nəfər saxlanılıb, onlardan ikisi həbs edilib. Məhkəməyə həbs olunanlar var, hələ də prokurorluqda olan və məhkəməni gözləyənlər var.

Meşələr dünyanın ağciyərləridir, çünki canlıların yaşaması üçün lazım olan oksigenin böyük hissəsini təmin edir. Meşələr bitki və heyvanlar üçün təbii su mənbəyidir. Həmçinin meşələr bitki örtüyündə və torpaqda böyük miqdarda karbon saxlayır ki, bu proses də iqlimə müsbət təsir edərək qlobal istiləşmənin qarşısını alır. Su buxarını kondensasiya edərək yağışın yağmasına səbəb olur. Meşələr vəhşi təbiəti qoruyur və heyvanların sağ qalmasını təmin edir. Bundan əlavə, meşələr daşqınların, sürüşmələrin, uçqun təhlükələrinin, həmçinin səhralaşmanın və havanın çirklənməsinin qarşısını alır.

Ümumiyyətlə, tək Türkiyədə deyil, son illər dünyanın müxtəlif ərazilərindəki meşələrdə böyük yanğınlar baş verir. Bu yanğınlar səmanın hislə örtülməsinə və Günəşin önünün bağlanmasına səbəb olur. Yanğınlar zamanı milyonlarla canlı məhv olur, dünyanın canlı orqanizm balansı pozulur. Yanğınlar həmçinin kənd təsərrüfatı ərazilərində məhsuldarlığa təsir edir, bunun da nəticəsində dünya miqyasında qıtlıq baş verə bilər.

Meşədə təhlükəsizlik tədbirləri görülmədən yandırılan və söndürülməmiş ocaq, meşəyə atılan kibrit və ya söndürülməmiş siqaret kötüyü, günəş şüasının qızdıraraq otları yandıracaq qədər istitdiyi şüşələr böyük yanğınlara səbəb ola bilər. Bir meşənin yanması orada yaşayan minlərlə canlının tələf olması, atmosferin cirklənməsi, dolayısı ilə insanlara təhlükədir.

Türkiyədə bir neçə il öncə də böyük yanğın baş vermişdi. Antalyanın Manavqat bölgəsində 2021-ci ildə başlayan meşə yanğınları Türkiyənin bir çox şəhərlərinə yayıldı. Əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qara dəniz və Anadolu bölgələrində- ümumilikdə 53 vilayətdə baş verən 299 meşə yanğınında 8 nəfər həyatını itirdi, 150 min hektardan çox meşə sahəsi yandı, minlərlə heyvan tələf oldu.

Bu ilin əvvəllərində Amerika yanğınları da ekologiyaya ciddi zərər verdi və hələ də verməkdədir. ABŞ Los-Anceles şəhəri tarixində ən böyük meşə yanğınları ilə mübarizə aparır. Ən azı 24 nəfər həyatını itirib, 12 mindən çox ev və iş yeri külə dönüb. 153 min insan təxliyə edilib, 166 min insan təxliyə əmrlərinə hazır olmaq barədə xəbərdarlıq edilib. Yanğınların maliyyə yükü 150 milyard dollar civarındadır. Yanvarın 7-də axşam saatlarında Los-Ancelesin müxtəlif yerlərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınlar indiyədək 37 min hektardan çox ərazini yandırıb. Fəlakətin eko-zərərləri barədə hələ dəqiq hesablamalar aparılmasa da, yanğınların təbiətə böyük ölçüdə zərər verməsi istisna edilmir.

Bu ilin iyun ayının sonlarında Türkiyənin İzmir vilayətində də çox sayda yanğın başladı. Nəticədə 50 000-dən çox insan evakuasiya olunub. 4 iyul tarixində Hatay — Dörtyol bölgəsində yeni bir orman yanğını başlayıb, güclü külək səbəbindən alov tezliklə yayılıb, təxminən 2 000 nəfər evakuasiya edilib, 1 000-dən çox fövqəladə hallar əməkdaşı söndürmə əməliyyatında iştirak edib. Ümumiyyətlə, 2025-ci ilin əvvəlindən etibarən Türkiyədə ümumilikdə 3 015 yanğın qeydə alınıb. Bunların 1 295-i meşəlik, 1 720-si isə qeyri-meşə sahələrdə olub. Ümumilikdə ən azı 17 nəfər yanğınlar nəticəsində həlak olub, bu şəxslərin arasında könüllü yanğınsöndürənlər və meşə işçiləri də var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see416

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see394

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see367

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see321

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see276

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see263

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see261

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see241

Nərimanov, Yasamal və Suraxanıda elektrik enerjisi məhdudlaşdırılacaq KONKRET

24 İyul 2026 09:18see218

“Ölkədəki ağır sosial iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla danışmaq xalqın problemlərinə biganəliyin göstəricisidir...“ Meybodi

24 İyul 2026 08:01see217

Ərəblər 30 dedi, “Mançester Siti” 50 istədi

24 İyul 2026 01:09see192

Neft cüzi ucuzlaşsa da 100 dollardan yuxarı ticarət olunub

24 İyul 2026 08:40see191

Məmmədov oynamadı, komandası Hayduk a uduzdu VİDEO

24 İyul 2026 09:27see191

Naxçıvanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

24 İyul 2026 09:21see188

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see186

“Məhkəmədə qalib gələ bilməyəcəyik” KONKRET

24 İyul 2026 09:18see185

Evini sığortalamayanların diqqətinə: cərimələnəcəksiniz!

24 İyul 2026 08:17see176

Mərkəzi Bank yeni məzənnələri açıqladı

24 İyul 2026 09:19see175

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see170

Yelo Bank sanksiya siyahısından çıxarıldı QƏRAR

24 İyul 2026 01:21see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri