Icma.az
close
up
RU
SOS: yanğınlar ekosistemi məhv edir!

SOS: yanğınlar ekosistemi məhv edir!

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Dünyanın quru ərazisinin üçdə birini əhatə edən və canlı aləmin yarıdan çoxuna ev olan meşələr dünya ekosisteminin ən vacib qollarından biri hesab olunur. Quruda yaşayan canlıların 80%-nin sağ qalması meşələrdən asılıdır. Meşələrin məhvinə görə sayı azalan heyvanların ölümü ekosistemdə böyük bir boşluq yaratmaq deməkdir. Növünə, yaşına və iqliminə görə bəzi istisnalar olsa da, orta hesabla bir ağac bir gündə 10-12 insanın ehtiyacı olan qədər oksigeni istehsal edir. Yəni sadəcə bir ağac kəsilsə, 10-12 adam 1 günlük oksigen ehtiyatını itirir. Başqa sözlə,1 ağac insan ömrünün bir günü deməkdir. Üstəlik, meşələr təxminən 1,6 milyard insan üçün qazanc mənbəyidir.

Yanğınlar meşələrin mövcudluğu üçün ən böyük təhlükədir. Xüsusilə yay aylarında təbii və ya insan faktorları nəticəsində baş verən yanğınlar yüz illər boyu böyüyən ağacların qəfil məhvinə, təbii tarazlığın pozulmasına, meşədə canlı növlərinin və təbii yaşayış yerlərinin nəsli kəsilməsinə, torpaqda üzvi maddələrin itirilməsinə səbəb olur. Meşə yanğınları adətən hiss olunmadan başlayır, sürətlə yayılır, bütün meşəni məhv edir. Yanğınlar ildırım çaxması, vulkan püskürməsi və yüksək temperatur kimi səbəblərdən, həmçinin səhlənkarlıq, ehtiyatsızlıq və qəsdən baş verir.

Son bir neçə ildir ki, Türkiyədə meşə yanğınları tez-tez təkrarlanır. Son yanğın isə 5 gün öncə baş verdi. İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində ciddi meşə yanğınları qeydə alındı. Ölkənin bütün qurumlarının aidiyyəti orqanları hadisə bölgələrinə təxliyyə edildi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərildi.

Təkcə Aydındakı yanğın vilayətin cənub və şimal hissələrində təxminən doqquz kilometrlik xətt üzrə yanğın baş verdi, buradakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, çox sayda texnika və təxminən 370-ə yaxın canlı qüvvə cəlb edildi. İzmirdəki yanğınların söndürülməsində isə 3 təyyarə, 15 helikopter, çox sayda texnika və canlı qüvvə iştirak edirdi. Ölkənin Manisa vilayətində 7 helikopter fəaliyyət göstərirdi. Bolu vilayətində də vəziyyət eynidir. Sıx meşəlik ərazidə başlayan yanğının söndürülməsinə Bolu ilə yanaşı, ətraf vilayətlərdən də hava vasitələri cəlb olunub. Bölgədə 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvənin iştirakı ilə alovla mübarizə fasiləsiz davam edirdi. Çankırının Ilgaz rayonunda meşə yanğını qurudan və havadan gələn qrupların müdaxiləsi ilə nəzarətə götürülüb. Yanğın zamanı 44 hektar əraziyə ziyan dəydiyi bildirilib.

Meşə yanğınları ilə bağlı son vəziyyəti şərh edən Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı İzmir Menderesdəki yanğının qismən nəzarət altına alındığını açıqlayıb. Rəyasət Heyətinin Rabitə Müdirliyi son 4 gündə meşə və kənd yerlərində baş verən 306 yanğına müdaxilə edildiyini, 304 yanğının söndürüldüyünü bildirir. Prezidentin sosial media hesabından edilən açıqlamada, "Son 4 gündə meşələrdə və çöllərdə baş verən 306 yanğına meşə qəhrəmanları müdaxilə etdi. Meşə yanğınlarına nəzarət etmək üçün qruplar havadan və qurudan müdaxilə edərək 304 yanğını söndürdü." Deyə qeyd edilir.

Fövqəladə Hallar və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) sədri Okay Memiş, ilkin müşahidələrə görə, avqustun 15-də başlayan meşə yanğınlarında İzmir, Manisa və Aydında ümumilikdə 142 binanın zərər çəkdiyini bildirib. Bunlardan 11-i dağılıb, 92-si ağır, 32-si isə yüngül zədələnib. Okay Memiş meşə yanğınlarından zərər çəkmiş vətəndaşlara ən böyük təsəllinin yanğınlarda can itkisinin olmaması olduğunu bildirib. Ölkə üzrə ümumilikdə 4700 vətəndaş meşə yanğınlarından zərər çəkmiş yaşayış məntəqələrindən təhlükəsiz ərazilərə təxliyə edilib.

İzmir valisi Süleyman Elban avqustun 17-də Menderes mahalının Şaşal rayonundakı meşəlik ərazidə başlayan yanğının elektrik naqilinin qırılması nəticəsində yaranan qığılcım və qısaqapanmadan qaynaqlandığını bildirib. Bayındır rayonunda, Ödəmişdə baş verən yanğının səbəbinin təmir işləri ilə əlaqələndirirlər, Tiredə isə öz həyətlərində piknik edərkən diqqətsizlikdən yanğına səbəb olanlar barədə məlumatlar var. Ölkə üzrə yanğınlarla bağlı yeddi nəfər saxlanılıb, onlardan ikisi həbs edilib. Məhkəməyə həbs olunanlar var, hələ də prokurorluqda olan və məhkəməni gözləyənlər var.

Meşələr dünyanın ağciyərləridir, çünki canlıların yaşaması üçün lazım olan oksigenin böyük hissəsini təmin edir. Meşələr bitki və heyvanlar üçün təbii su mənbəyidir. Həmçinin meşələr bitki örtüyündə və torpaqda böyük miqdarda karbon saxlayır ki, bu proses də iqlimə müsbət təsir edərək qlobal istiləşmənin qarşısını alır. Su buxarını kondensasiya edərək yağışın yağmasına səbəb olur. Meşələr vəhşi təbiəti qoruyur və heyvanların sağ qalmasını təmin edir. Bundan əlavə, meşələr daşqınların, sürüşmələrin, uçqun təhlükələrinin, həmçinin səhralaşmanın və havanın çirklənməsinin qarşısını alır.

Ümumiyyətlə, tək Türkiyədə deyil, son illər dünyanın müxtəlif ərazilərindəki meşələrdə böyük yanğınlar baş verir. Bu yanğınlar səmanın hislə örtülməsinə və Günəşin önünün bağlanmasına səbəb olur. Yanğınlar zamanı milyonlarla canlı məhv olur, dünyanın canlı orqanizm balansı pozulur. Yanğınlar həmçinin kənd təsərrüfatı ərazilərində məhsuldarlığa təsir edir, bunun da nəticəsində dünya miqyasında qıtlıq baş verə bilər.

Meşədə təhlükəsizlik tədbirləri görülmədən yandırılan və söndürülməmiş ocaq, meşəyə atılan kibrit və ya söndürülməmiş siqaret kötüyü, günəş şüasının qızdıraraq otları yandıracaq qədər istitdiyi şüşələr böyük yanğınlara səbəb ola bilər. Bir meşənin yanması orada yaşayan minlərlə canlının tələf olması, atmosferin cirklənməsi, dolayısı ilə insanlara təhlükədir.

Türkiyədə bir neçə il öncə də böyük yanğın baş vermişdi. Antalyanın Manavqat bölgəsində 2021-ci ildə başlayan meşə yanğınları Türkiyənin bir çox şəhərlərinə yayıldı. Əksəriyyəti Aralıq dənizi, Egey, Mərmərə, Qara dəniz və Anadolu bölgələrində- ümumilikdə 53 vilayətdə baş verən 299 meşə yanğınında 8 nəfər həyatını itirdi, 150 min hektardan çox meşə sahəsi yandı, minlərlə heyvan tələf oldu.

Son günlər gündəmdə olan Amerika yanğınları da ekologiyaya ciddi zərər verdi və hələ də verməkdədir. ABŞ Los-Anceles şəhəri tarixində ən böyük meşə yanğınları ilə mübarizə aparır. Ən azı 24 nəfər həyatını itirib, 12 mindən çox ev və iş yeri külə dönüb. 153 min insan təxliyə edilib, 166 min insan təxliyə əmrlərinə hazır olmaq barədə xəbərdarlıq edilib. Yanğınların maliyyə yükü 150 milyard dollar civarındadır. Yanvarın 7-də axşam saatlarında Los-Ancelesin müxtəlif yerlərində başlayan və güclü külək səbəbindən sürətlə yayılan yanğınlar indiyədək 37 min hektardan çox ərazini yandırıb. Fəlakətin eko-zərərləri barədə hələ dəqiq hesablamalar aparılmasa da, yanğınların təbiətə böyük ölçüdə zərər verməsi istisna edilmir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əməkdar artisti sancan ilan öldü

25 İyul 2026 01:34see232

Rusiya Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb

25 İyul 2026 01:12see223

Küçə itlərinin zəhərləyən otelin işçiləridir” iddiası: Rəhbərlik izahat verdi

24 İyul 2026 14:30see219

Ən çox biznes krediti verən 5 bank (II rüb 2026)

24 İyul 2026 16:01see193

Yayda arılardan qurtulmağın ən sadə yolu

24 İyul 2026 18:10see188

AAYDA ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)

24 İyul 2026 15:38see183

Xalq artistinin Dream Fest obrazı maraq doğurdu Şeir, rəsm və moda…

25 İyul 2026 12:01see178

ATB nin əməkdaşı VI “Yüksəliş” müsabiqəsinin qalibi oldu

24 İyul 2026 16:43see169

Bu havada çölə çıxmaq təhlükəli ola bilər Professor xəbərdarlıq ETDİ

24 İyul 2026 20:03see166

Conni Depp böyük ekrana qayıdır...

24 İyul 2026 21:50see164

Zakir Həsənov qardaş ölkəyə BAŞSAĞLIĞI VERDİ

24 İyul 2026 20:59see163

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

25 İyul 2026 03:43see163

Neftçi nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq

25 İyul 2026 13:12see163

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see162

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see160

“Aslanlar” Avstriyada uduzdu

25 İyul 2026 00:06see160

Səudiyyə qüvvələri husi hədəflərinə zərbə endirdi

25 İyul 2026 01:50see159

Dünyanın ən qocaman balinasının yaşı AÇIQLANDI

25 İyul 2026 01:19see157

Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşır Zelenski açıqladı

25 İyul 2026 00:11see157

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri