Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Sosial cəmiyyət quruculuğu naminə

Sosial cəmiyyət quruculuğu naminə

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beşinci sosial paketin icrası əhalinin sosial rifahının təminatında mühüm rol oynayacaq

Azərbaycanda əhalinin sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə mühüm sosial ənənəyə çevrilmiş sosial islahatlar strategiyası davam etdirilir və icra edilən sosial paketlər layiqli sosial cəmiyyət quruculuğu fəlsəfəsinə əsaslanır.

Ötən 6 il ərzində həyata keçirilən 4 sosial islahat paketi çərçivəsində 3 milyondan çox insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Dövlətin sosial sahəyə xüsusi diqqəti ilk növbədə, maliyyə potensialının artması sayəsində daha da yaxşılaşır. Son 6 ildə ölkə iqtisadiyyatı davamlı olaraq yüksəlib, büdcə xərcləri 2018-ci ildəki 23 milyard manatdan 2025-ci ildə 41,4 milyard manata yüksəlib. Bu fiskal güc və yığım dinamikası müntəzəm şəkildə büdcənin sosial strukturunu da möhkəmləndirib. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun son 6 ildə yığımları 2 dəfədən çox artıb.

Minimum əməkhaqqı artımlarının dövlət və özəl sahədə çalışanlara töhfəsi

Bütün bu maliyyə potensialları sayəsində sosial artımlar üçün əhəmiyyətli maliyyə bazası formalaşıb. Büdcənin birbaşa artan imkanları sayəsində sosialyönümlü xərclərin payı isə son illərdə əhəmiyyətli həcmlərdə artıb. 2021-ci ildə büdcədə sosialyönümlü xərclərin məbləği 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir.

2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqlarının artımının təmin edilməsi icra olunacaq. Minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılması sayəsində dövlət və özəl sektorda çalışan insanların maaşlarının ən aşağı məbləği 400 manat təşkil edəcək.

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq.

Pensiyaçıların sosial müdafiəsinin yaxşılaşdırılması

Sosial sahədə prioritet təminat sektoru kimi pensiya ödənişləri də mühüm yer tutur. Hökumət ardıcıl olaraq bu sahəyə böyük həcmdə maliyyə ayırmaları həyata keçirir. Həm minimum pensiyaların, həm də əmək pensiyalarının artımları davamlı xarakter daşıyır. 2025-ci ildən start verilən beşinci sosial islahat paketi çərçivəsində minimum pensiyanın məbləği 280 manatdan 320 manata çatdırılıb, yaxın günlərdə isə əmək pensiyalarının artımı təmin olunacaq.

2023-cü ildən tətbiq edilən vahid indeksasiya metoduna əsasən, bütün kateqoriyalardan olan pensiyaçıların pensiyaları indeksləşdirilərək artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü üzrə - yaşa, əlilliyə və ailə başçısını itirməyə görə, ümumilikdə 1,1 milyon nəfərin pensiyasının məbləğləri ehtimal olunan proqnoza əsasən, təxminən 10 faiz artırılacaq. Nəticədə təkcə, pensiya artımları ilə əlaqədar olaraq 2025-ci ildə də büdcədən və Dövlət Sosial Müdafiə Fondundan pensiyalarının ödənilməsi xərclərində əhəmiyyətli xərc dinamikası davam etdiriləcək. Belə ki, cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur. Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artırılıb.

Sosial artım strategiyasının digər bölməsi ünvanlı dövlət sosial yardımı ilə bağlıdır. Bu artımlar isə ölkə üzrə ehtiyac meyarına əsasən müəyyənləşir. Ehtiyac meyarının məbləği 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılıb və ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də bu əmsala uyğun artırılacaq.

Büdcə təşkilatlarına sosial dəstək, müavinət və təqaüdlərin artımı

Prezidentin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən,  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Sosial strategiyanın digər mühüm istiqaməti kimi müavinət və təqaüdlərin, digər sosial ödənişlərin məbləğlərinin artırılması istiqamətində praktiki işlər davam etdirilir. Bütün bu əhatəli və çoxvektorlu sosial siyasət tədbirləri əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini bir daha təsdiq edir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri