Icma.az
close
up
RU
Bank cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır AYDINLIQ GƏTİRİLDİ

Bank cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır AYDINLIQ GƏTİRİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bankların əsas məqsədlərini ümumiləşdirmək mümkündür. İlk növbədə, onların fəaliyyətinin mərkəzində təsisçilərin maraqlarını təmin etmək dayanır. Bankın sahibi olan təsisçilər yüksək mənfəət əldə etməyi hədəfləyir və bank da öz fəaliyyətini məhz bu istiqamətdə qurur. Mənfəətlilik prinsipi həm onların davamlı inkişafını, həm də bazarda mövqelərinin möhkəmlənməsini təmin edir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi resursların öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, digər mühüm məqsəd depozit sahiblərinə xidmət göstərməkdir: "Banka vəsait qoyan fərdi şəxslər və müəssisələr əmanətlərindən gəlir əldə etməyi gözləyirlər. Eyni zamanda, bank onların vəsaitlərini vaxtında qaytarmalı, etibarlı və şəffaf xidmət göstərməlidir. Bu, müştəri etimadının qorunması və bank sisteminə inamın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

Bankların fəaliyyətinin ayrılmaz hissəsi kredit müştəriləri ilə işləməkdir. Buraya həm biznes sektoru, həm də fiziki şəxslər daxildir. Bank vəsaitləri elə istiqamətləndirməlidir ki, kredit alan müştərinin ödəmə qabiliyyəti yüksək olsun. Verilən kreditlərin vaxtında geri qaytarılması, faiz gəlirlərinin artırılması və gecikmiş kreditlərin minimuma endirilməsi bankların əsas strateji vəzifələrindən biridir. Bu, həm də maliyyə sabitliyinin qorunmasına xidmət edir.

Eyni zamanda, banklar dövlət qarşısında öhdəliklərini də yerinə yetirməlidirlər. Əldə etdikləri gəlirlərdən vergilərin və digər sosial ödənişlərin vaxtında həyata keçirilməsi dövlət büdcəsinin sabitliyinə töhfə verir. Bununla yanaşı, müxtəlif dövlət qurumlarına fəaliyyətlə bağlı hesabatların təqdim olunması da bankların vəzifələrindəndir. Bu, onların şəffaf fəaliyyətini və qanunvericiliyə uyğun işləməsini təmin edir.

Banklar üçün likvidliyin qorunması da mühüm əhəmiyyət daşıyır. Onlar fəaliyyətlərini elə aparmalıdırlar ki, hər hansı maliyyə çətinliyi yaranmasın və ümumi maliyyə sisteminə mənfi təsir göstərməsin. Bu, həm müştərilərin etibarını qorumaq, həm də iqtisadi sabitliyi saxlamaq üçün zəruridir. Bankların yalnız mənfəət əldə etməsi kifayət etmir, onlar həm də sosial məsuliyyət daşıyır. Müştərilərin maraqlarını nəzərə almaq, cəmiyyətə fayda verən layihələrdə iştirak etmək və sosial yönümlü təşəbbüslərə dəstək göstərmək bank fəaliyyətinin mühüm tərkib hissəsidir. Bu, onların reputasiyasını gücləndirir və uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır.

Ümumilikdə, kommersiya banklarının əsas fəaliyyəti yüksək mənfəət əldə etməyə yönəlsə də, onlar həm də maliyyə sabitliyinin qorunmasına, dövlət qarşısında öhdəliklərin yerinə yetirilməsinə, müştəri etimadının qazanılmasına və cəmiyyət qarşısında sosial məsuliyyətin təmin olunmasına xidmət edirlər. Beləliklə, bankların fəaliyyəti yalnız iqtisadi maraqlar deyil, həm də sosial və ictimai dəyərlər əsasında formalaşır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri