Icma.az
close
up
RU
Sosial dəstək sınıq könüllərin məlhəmidir

Sosial dəstək sınıq könüllərin məlhəmidir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gerçəkləşdirilən layihələr qollara güc, dizlərə taqət, köməksiz ailələrə rifah gətirir

Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə diqqət və qayğısı əlilliyi olan şəxslərin sosial təminatı, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verir. Ölkəmizdə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sından irəli gələn öhdəliklərin icrası sahəsində müvafiq işlər aparılır. Bu kateqoriyadan olan şəxslər dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər aylıq pensiya və ya sosial müavinət alırlar. Nazirlik yanında İctimai şuranın üzvü Rey Qasımov XQ-yə bildirdi ki, ölkəmizdə orta aylıq pensiya hazırda 593 manat, əlilliyə görə aylıq müavinət dərəcələr üzrə müvafiq olaraq 300, 250 və 180 manatdır. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər aylıq pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü (I dərəcə üzrə 600 manat, II dərəcə üzrə 500 manat, III dərəcə üzrə 400 manat) ilə də təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə əlillik dərəcələrinə uyğun olaraq sığorta ödənişi (I dərəcə 8800 manat, II dərəcə 6600 manat, III dərəcə 4400 manat) də verilir.

Eyni zamanda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər aylıq pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü (250 manat, onlardan I dərəcə gözdən əlilliyi olanlar 30 manat) ilə də təmin edilirlər. Belə əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqlara qulluq edənlərə də Prezidentin aylıq təqaüdü (120 manat) verilir. Son 7 ildə icra olunan 5 sosial islahat paketi nəticəsində minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım olub. Şəhid ailələri ilə yanaşı, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də dövlət tərəfindən mənzillə təmin edilirlər.

Ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min avtomobil verilib.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu sahədə mühüm rola malikdir. 2021-ci ildə açılmış mərkəzdə və sonralar İsmayıllı və Bərdədə yaradılan filiallarında ötən dövrdə həssas qruplara aid 920 nəfərdən çox şəxsə xidmət göstərilib.

Bu müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Mərkəz və filiallarında həssas qruplara aid şəxslərin təlimlər vasitəsilə yaradıcı potensialı, bacarıqları inkişaf etdirilir, həmçinin onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. Hazırda mərkəz və filiallarında 274 benefisiar 14 müxtəlif fəaliyyət istiqaməti üzrə təlimlərdə iştirak edərək bacarıqlarını inkişaf etdirir.

Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə Naxçıvan, Gəncə və Yevlaxda əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün regional informasiya mərkəzləri də yaradılıb. Əlilliyi olan şəxslərin və uşaqların yaradıcılıq nümunələrindən ibarət satış-sərgi tədbirləri də mütəmadi təşkil olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi də fəaliyyət göstərir ki, burada əlilliyi olan gənclər müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnirlər. Həmçinin mərkəzdə sosial reabilitasiya xidmətlərinə, müxtəlif təlimlərə, boccia və digər idman növləri üzrə məşqlərə cəlb edilirlər. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.

Son illər ölkəmizdə müasir reabilitasiya mərkəzləri istifadəyə verilib, həmçinin bu sahədə qabaqcıl dünya təcrübəsinə uyğun yeni xidmətlər tətbiq olunur. 2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə çatıb. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı da son illərdə 4 dəfəyə yaxın artırılaraq 130-a çatdırılıb. Dövlət büdcəsi hesabına bu kateqoriyaya aid şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2018-ci ilə nisbətən 6 dəfə artaraq ötən il 212 minə çatıb.

Ölkəmizdə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı da həyata keçirilir. Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Heydər Əliyev Fondunun layihəsi çərçivəsində qısa zaman ərzində Almaniya, İslandiya, İngiltərənin müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 500-dən çox hərbçimizin 621 yüksək texnologiyalı protezlə təminatı həyata keçirilib.

Rey Qasımov daha sonra qeyd etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində son illər geniş elektronlaşma proqramı icra olunub. O cümlədən əlilliyin qiymətləndirilməsi mexanizmi də son illər elektron texnologiyalar əsasında qurulub. Yəni şəxsin əlilliyini qiymətləndirilməsi onunla bağlı “Əlillik” altsisteminə daxil edilmiş göndərişdəki məlumatlar əsasında aparılır.

Ötən il bu altsistemdə tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan yaradıb. Bu texnoloji həll həmçinin sui-istifadə hallarına səbəb ola bilən həssas və riskli məlumatların avtomatik aşkarlanmasını təmin edərək nəzarət mexanizmlərini gücləndirib. Nəticədə, subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində mühüm addım atılıb.

Hazırda isə əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqi çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Nəticədə, qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, süni intellekt alətlərinin tətbiqi bu prosesdə vahid standartları formalaşdıracaq və məlumatların sistemli şəkildə analizinə, mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan verəcək.

Onu da qeyd edək ki, 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində qabaqcıl dünya təcrübəsinə uyğun fundamental islahat olan yeni “Əlilliyin müəyyən olunması meyarları” tətbiq olunur. Həmin vaxtdan əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma faizlərinin müəyyən olunması əsasında həyata keçirilir.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların məşğulluğunun təminatı istiqamətində də işlər aparılır. Bu işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə əlilliyi olan daha 5800 şəxsi işlə təmin edib. Özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir.

2025-ci ildə agentlik tərəfindən əlilliyi olan 1300-ə yaxın şəxs üçün proqram çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur. Ötən il bu kateqoriyadan olan 500-dək şəxs peşə kurslarına cəlb olunub. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see327

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see300

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see280

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see279

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see234

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see208

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see202

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see201

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see201

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see199

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see196

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see194

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see193

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see192

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see192

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see178

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see172

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see170

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see170

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri