Icma.az
close
up
RU
Sosial ədalətin möhkəmləndirilməsi

Sosial ədalətin möhkəmləndirilməsi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın mövcud daxili siyasi, sosial və təhlükəsizlik mühitinə dair dolğun və aydın mənzərə ortaya qoymuşdur. Dövlət başçısı müsahibəsində qəti şəkildə vurğulamışdır ki, bu gün Azərbaycan daxilində potensial risklər mövcud deyil və ictimai-siyasi vəziyyət tam nəzarət altındadır. Prezident İlham Əliyevin fikrincə, ölkədə mövcud olan sabitlik təsadüfi xarakter daşımır, uzun illər ərzində həyata keçirilən ardıcıl, düşünülmüş və milli maraqlara əsaslanan dövlət siyasətinin məntiqi nəticəsidir. Güclü dövlət institutlarının formalaşdırılması, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, idarəetmədə çevikliyin və məsuliyyətin artırılması daxili sabitliyin əsas dayaqları kimi təqdim olunmuşdur. Dövlət başçısı cəmiyyətlə hakimiyyət arasında mövcud olan yüksək etimad mühitinin ölkə daxilində hər hansı gərginlik üçün zəmin yaratmadığını xüsusi qeyd etmişdir. Müsahibədə sosial siyasət məsələlərinə toxunan Prezident İlham Əliyev bildirmişdir ki, əhalinin rifahının yüksəldilməsi daxili sabitliyin qorunmasında həlledici rol oynayır və məhz bu məqsədlə sosial proqramlar ardıcıl şəkildə genişləndirilir, əməkhaqları və sosial ödənişlər artırılır, regionların balanslı inkişafı təmin olunur. Dövlət başçısının sözlərinə görə, sosial ədalətin möhkəmləndirilməsi cəmiyyətdə həmrəyliyi gücləndirir və risklərin formalaşmasına imkan vermir.

Təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanın təhlükəsizlik strukturları müasir çağırışlara tam hazırdır, fəaliyyətlərini yüksək peşəkarlıqla həyata keçirir və daxili təhlükəsizlik məsələlərinə kompleks, qabaqlayıcı yanaşma tətbiq olunur. Xarici təsirlərin ölkədaxili proseslərə nüfuz etməsi üçün heç bir real imkanın olmadığını bildirən dövlət başçısı milli maraqların qətiyyətlə qorunduğunu xüsusi qeyd etmişdir. Prezident İlham Əliyev eyni zamanda iqtisadi sabitliyin daxili təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırmış, güclü və dayanıqlı iqtisadiyyatın siyasi və sosial sabitliyi möhkəmləndirdiyini vurğulamışdır. Azərbaycanın iqtisadi modelinin özünü doğrultduğunu bildirən dövlət başçısı maliyyə dayanıqlığının və investisiya cəlbediciliyinin ölkənin gələcək inkişafı üçün etibarlı zəmin yaratdığını qeyd etmişdir. Beynəlxalq mühitdə baş verən mürəkkəb proseslərə baxmayaraq Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasət yürütmək qabiliyyətinə malik olduğunu bildirən Prezident İlham Əliyev bu siyasətin ölkəni regional sabitlik mərkəzinə çevirdiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdiyini vurğulamışdır. Davosda “Euronews” televiziyasına verilən bu müsahibə bir daha nümayiş etdirmişdir ki, Azərbaycan güclü dövlət idarəçiliyinə, möhkəm ictimai həmrəyliyə və aydın strateji baxışa malik ölkədir və qarşıdakı dövrdə də sabit, inamlı və davamlı inkişaf yolunu qətiyyətlə davam etdirəcək.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri