Icma.az
close
up
RU
Sosial iqtisadi inkişaf və Böyük Qayıdış Əldə olunan nəticələr və hədəflər nədir?

Sosial iqtisadi inkişaf və Böyük Qayıdış Əldə olunan nəticələr və hədəflər nədir?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi regional və qlobal müstəvidə baş verən siyasi proseslər, ölkəmizin maraqlarının təmin edilməsi istiqamətində atılan addımlarla yanaşı, Azərbaycanın sosial-iqtisadi inkişafı və hədəflərini də aydınlaşdırdı. Dövlət başçısı ölkə iqtisadiyyatında həyata keçirilən işlərdən, regional inkişafdan, sosial layihələrdən detallı olaraq bəhs etdi və prioritet istiqamət olan “Böyük Qayıdış” proqramının icrası ilə bağlı mövcud vəziyyət haqqında ictimaiyyəti məlumatlandırdı.
Demokrat.az Prezidentin səsləndirdiyi fikirlərə istinadən sosial-iqtisadi inkişaf, eləcə də azad olunmuş ərazilərdə görülən işləri, həyata keçirilən layihələri araşdırıb.
Statistik məlumatlar, eləcə də ölkədəki real vəziyyət təsdiq edir ki, 2025-ci ildə makroiqtisadi sabitlik möhkəmlənib. Xarici dövlət borcu 4,9 milyard ABŞ dollarına (ÜDM-in 6,4 faizi) enib, valyuta ehtiyatları 83,6 milyard ABŞ dollarına çataraq, borcu 17 dəfə üstələyib. 
Qeyri-neft-qaz ÜDM-i 3,2 faiz, ixracı 7,3 faiz artıb, orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini investisiya dərəcəsinə qaldırıb. Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 10 milyard ABŞ dollarından çox layihə üzrə sənədlər imzalanıb.
Bu, uğurlar Prezident İlham Əliyev tərəfindən son 22 ildə həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticəsidir. 
Son 22 ildə - 2003-2025-ci illərdə ölkə üzrə təhsil, səhiyyə, su, qaz, nəqliyyat, mədəniyyət və idman infrastrukturu kütləvi şəkildə yenilənərək sosial-iqtisadi inkişafın dayanıqlı bazası yaradılıb. 3600 məktəb, 3500 səhiyyə, yüzlərlə mədəniyyət və idman obyekti tikilib və ya yenilənib, 10 ali təhsil müəssisəsi yaradılıb. Yaşayış məntəqələrinin 73,5 faizi qazlaşdırılıb, fasiləsiz su təminatı 77,8 faizə çatdırılıb, su itkiləri 38,8 faizə endirilib.
2003–2025-ci illərdə regionlara 656 dəfə səfər edən Prezident İlham Əliyev 2918 tədbirdə iştirak edib. Səfərlərin 158-i işğaldan azad edilmiş, 498-i digər şəhər və rayonları əhatə edib. 2025-ci ildə regionlara 46 səfər həyata keçirilib, bunların 31-i azad edilmiş ərazilərə olub və il ərzində 207 tədbir keçirilib. Prezidentin regionlara intensiv səfərləri və çoxsaylı tədbirdə iştirakı göstərir ki, regional inkişafın əsas prioritet istiqamətlərdəndir.
Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, regional inkişafa daha çox vəsait ayrılacaq: 

“Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik. Artıq qeyd etdiyim kimi, mən düşünürdüm ki, dəniz limanları və dəmir yolları ilə bağlı gördüyümüz işlər bir çox illər üçün kifayət edəcək. İndi isə görürəm ki, artan yükdaşımaların həcminə görə bunlar kifayət etməyəcək. Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq”.
Bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha sübut edir. Ötən il həyata keçirilən sosial siyasətin nəticələri də buna əminlik yaradır. 
Maaşlar, pensiyalar və müavinətlər müntəzəm artırılıb, son yeddi il ərzində 5 sosial islahat paketi həyata keçirilib və 4 milyon insan bu tədbirlərdən faydalanıb. Özünüməşğulluq proqramı 100 mindən çox şəxsi əhatə edib, işsizlik azaldılıb, şəhid ailələri və müharibə əlillərinə mənzil və protez təminatı göstərilib. Sosial sahəyə ayrılan vəsait iqtisadi inkişafla paralel artırılır və geniş sosial infrastruktur layihələri icra olunur.
Statistik məlumatlar bunu təsdiq edir. 2003–2025-ci illərdə minimum əməkhaqqı 44 dəfə, minimum pensiya 16 dəfə, orta əməkhaqqı 14 dəfə, orta pensiya 23 dəfə artıb. 2018–2025-ci illərdə 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib, illik 7,6 milyard manat vəsait yönəldilib; 2025-ci ildə isə 5-ci paket üzrə 3 milyon vətəndaşa 1,4 milyard manat ayrılıb, əməkhaqqı, pensiya, müavinətlər və tələbə təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. Özünüməşğulluq proqramı 110 mindən çox ailəni əhatə edib, məşğulluq layihələri davam edir. Şəhid ailələri və müharibə əlillərinə 16 min mənzil, 7,7 min avtomobil və 500-dək yüksək texnologiyalı protez verilib, sosial-psixoloji və məşğulluq dəstəyi genişmiqyasda təmin edilib.
Prezident də bəyan etdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: 

“Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür”. Dövlət başçısı onu da bildirdi ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq.
Hazırda azad olunmuş ərazilərdə görülən işlərə, insanların doğma yurduna qayıdışının təmin etmək üçün atılan addımlara baxdıqda, vətəndaşın rifahı və gələcəyinin dövlətin prioritet siyasəti olduğuna bir daha əminlik yaranır. Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə azad olunmuş ərazilərin bərpası və ölkənin iqtisadi zəncirinə inteqrasiyası üçün enerji, su təchizatı, yollar və tunellər kimi əsas infrastruktur layihələri icra olunub, mobillik artırılır və əhali rahat yerləşdirilir. Hazırda azad olunmuş ərazilərdə 70 min insan yaşayır. Bu il ərzində daha çox köçkün və sakinin doğma yurduna qayıtması təmin olunacaq.  
2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. 2020–2025-ci illərdə bərpa işlərinə 22,3 milyard manat, o cümlədən 18,5 milyard manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 milyard manat, 2026-cı ildə isə 3,5 milyard manat nəzərdə tutulub ki, bu da 2026-cı il də daxil olmaqla ümumilikdə 30,5 milyard manatdır. 
- Qarabağ və Şərqi Zəngəzurda 247 min hektardan çox ərazi təmizlənib.
- Füzuli, Zəngilan və Laçında 3 beynəlxalq hava limanı istifadəyə verilib. 3714,8 km-lik 65 avtomobil yolu layihəsi icra olunur, 441,5 km tamamlanıb. Bərdə–Ağdam dəmir yolu (47,1 km) istifadəyə verilib, Horadiz–Ağbənd xətti 69%, Ağdam–Xankəndi xətti 28,3% icra olunub.
- 1000 km-dən çox yüksək gərginlikli elektrik verilişi xətləri və 6 magistral qaz xətti çəkilib, 31 yaşayış məntəqəsi qazlaşdırılıb.
- 31 yaşayış məntəqəsi bərpa olunub, 24 mindən çox keçmiş məcburi köçkün qayıdıb. Hazırda ərazilərdə 70 minə yaxın insan yaşayır və fəaliyyət göstərir. 2027-ci ilədək 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır.
- Zabuxçay su anbarı (26,8 mln m³) tikilib, 51,6 km uzunluğu olan Zabuxçay magistral boru kəməri çəkilib. Şuşada 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzi istifadəyə verilib, azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və bir sıra mədəniyyət obyektləri tikilib və bərpa olunub.
Beləliklə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.
Vaqif Hüseynli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Yanvar 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri