Icma.az
close
up
RU
Böyük qayıdış : gözləntilər, nəticələr, perspektivlər

Böyük qayıdış : gözləntilər, nəticələr, perspektivlər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Britaniyalı şair, esseist Violet Feyn bizə belə bir unudulmaz misra qoyub gedib: "All things come to those who wait”. Yəni səbr eləyən hər şeyə nail olur. Bunun başqa və məncə, daha yaxşı variantı öz folklorumuzda var: "Səbr ilə halva bişər ey qora, səndən..." Başqa sözlə, "yaxşı işlər yavaş-yavaş görülür".

Yox, elə anlaşılmasın ki, Ədəbiyyat bizə tələsməməyi, işləri zamana buraxmağı təlqin edir. Tam əksinə, biz bu bədii-fəlsəfi passajdan belə bir təbii-həyati dərs çıxarırıq: hər iş öz vaxtında görüləndə yaxşıdır.

Azərbaycanın real təcrübəsindən belə görünür: yaxşı işləri ləngitmək də olmaz; yeri gələndə vaxtı tələsdirmık də lazımdır.

Bəlkə də artıq anladınız: söhbət "Böyük qayıdış"dan gedir. Azərbaycan torpaqları işğaldan azad olunandan dərhal sonra dövlət "təmkinlə tələsmək" formulunu seçdi. Çox iş var, bu işlər maksimum tez, ancaq mütləq yaxşı görülməlidir.

Baxın, 44 günlük Vətən Müharibəsi 2020-ci il noyabrın 10-da dayanıb, artıq həmin il noyabrın 24-də, cəmi iki həftə sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayır. Bundan sonra 2021-2025-ci illər "Böyük Qayıdış" planının birinci mərhələsi kimi müəyyənləşir və qarşıya konkret hədəflər qoyulur.

Bir maraqlı nüansı da xüsusi vurğulamaq istərdim: ölkə Prezidenti yaratdığı Əlaqələndirmə Mərkəzinə sədrliyi Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə həvalə edib. Bu, əvvəla, o deməkdir ki, Prezident Qarabağda və Şərqi Zəngəzurda aparılan işləri birbaşa öz nəzarətində saxlayır, əks halda Əlaqələndirmə Mərkəzinə operativ rəhbərliyi belə yüksək nomenklatur səviyyədə formalaşdırmazdı. İkincisi, Samir Nuriyevin baza təhsili, aldığı ixtisas ("mühəndis-iqtisadçı"), eləcə də, xaricdəki təhsili və eyni zamanda təcrübəsi belə bir təyinatın məntiqi əsaslı olduğunu deməyə əsas verir. Samir Nuriyev 2019-cu il noyabrın 1-dək, yəni Prezident Administrasiyasının rəhbəri təyin olunana qədər Dövlət Şəhərsalma və Arxitektura Komitısinin sədri idi. Belə qənaətə gəlmək olar: Prezident İlham Əliyev çox qısa müddətdə torpaqların işğaldan azad olunacağına əvvəlcədən daxilən əmin və hazır imiş ki, öz Administrasiyasına rəhbərliyi yüksək ixtisaslı mühəndisə, biznes idarəçiliyi üzrə beynəlxalq səviyyəli mütəxəssisə həvalə edib. Bugünkü nəticələr də dövlət başçısının yanılmadığını göstərir.

Belə bir seçimin əsas səbəbinə gəlincə, qarşıya qoyulan vəzifə də çox böyükdü: Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış və demək olar, tamamilə dağıdılmış ərazilərini yenidən bərpa etmək, ölkənin iqtisadi və ictimai həyatına reinteqrasiyasını həyata keçirmək!

Ancaq əvvəlcə həmin ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, infrastrukturun (ən azı ilkin variantda) qurulması lazım idi. Axı yollar, körpülər, başqa nəqliyyat-kommunikasiya infrastrukturu da dağıdılmışdı. Bir işin dalınca getmək üçün gərək yol açasan, körpü salasan...

Məhz Prezidentin daimi rəhbərliyi və Əlaqələndirmə Mərkəzinin cari təşkilatçılığı sayəsində çox qısa (müasir texnoloji imkanları çərçivəsində ən qısa) müddətdə Qarabağda və Şərqi Zəngəzurda yollar çəkildi, körpülər salındı, azad olunmuş (çoxu dağıdılmış) mühüm yaşayış məntəqələrinə nəqliyyat bağlantısı quruldu. Yenə də heyrətamiz dərəcədə qısa müddətdə Füzuli, Zəngilan və Laçın hava limanları tikikib istifadəyə verildi. Tarixi Zəfərin qazanılmasından bir neçə ay sonra Şuşada mühüm dövlət tədbirləri keçirilirdi. Hər iki bölgədə misli görünməmiş sürətli inkişaf başlandı və artıq əminliklə (konkret və real statistik göstəricilərə əsaslanaraq) demək olar ki, "Böyük Qayıdış" proqramının birinci fazası uğurla yerinə yetirilib. Başqa sözlə, indiyə qədər - 2021-2025-ci illərdə "Böyük qayıdış" proqramına sərf olunmuş 22 milyard manatdan bir qədər çox vəsait hədər getməyib. Hazırda bu ərazilərdə 62 min nəfər yaşayır və işləyir.

Təfərrüatlara varmaq, faktları sadalamaq uzun çəkər. Həm də buna ehtoyac görmürəm: "Böyük qayıdış" proqramının birinci mərhələsinin yekunlarına dair APA geniş təhlil dərc edib (https://apa.az/infrastruktur/isgaldan-azad-edilmis-erazilerde-tereqqi-ve-reinteqrasiya-azerbaycanda-yeni-iqtisadi-guc-merkezi-yaranir-tehlil-929115). Mən bu əhatəli analitik materialdan yalnız bəzi faktarı diqqətə çatdırmaq istərdim.

Həmin materialda yazılır: "Rəsmi məlumatlara görə, 2024-cü ildə bölgədə 2 575 yeni iş yeri açılıb. Ötən il azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. 2023-cü illə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.6 dəfə, fərdi sahibkarların sayı isə 43.3% artıb.

Qarabağda 2030-cu ilə qədər 150 minə yaxın iş yerinin açılması proqnozlaşdırılır".

Tək elə bu fakt - 150 minə yaxın yeni iş yerinin açılması bu qədər insanın qarşıdakı 5 ildə Qarabağ və Şərqi Zəngəzur bölgələrində məskunlaşacağı deməkdir. Ancaq bura həmin şəxslərin ailə üzvlərini də əlavə etsək, bu rəqəmin iki-üç qatı qədər insanın azad olunmuş torpaqlara qayıdışı təmin olunacaq.

Bilirsiniz, bu məsələyə iki cür yanaşma müşahidə olunur. Bunlardan biri emosional yanaşmadır, biri isə rasional yanaşmadır.

Bəli, keçmiş köçkünlər, eləcə də, bütövlükdə cəmiyyətimiz işğaldan azad olunmuş ərazilərə tarixi qayıdışın tez baş tutmasını istəyir. Bu, təbii və hətta qürurverici istəkdir. Mən keçmiş köçkün olmasam da, əslən Qarabağlıyam; mənə doğma, yaxın insanların tezliklə öz yurdlarına qayıtmaq arzularını eşidirəm, bu canatıma yaxından bələdəm. Bakı şəhərinin sakini olsam da, hətta özümün də belə bir arzum var. Bu hisslər anlaşılandır. Ancaq məsələyə rasional yanaşma da qaçılmazdır: dövlətin bu ərazilərlə, bərpa-quruculuq prosesi ilə bağlı öz strategiyası var. Yəni Qarabağda və Şərqi Zəngəzurda görülən və görüləcək bütün işlər vahid dövlət strategiyasına uyğun və mərhələli şəkildə aparılır.

...Yazımın əvvəlinə qayıdıram. Yaxşı işlər yavaş-yavaş görülmür, elə öz vaxtında görülür.

Həm də nəzərə alaq ki, Azərbaycan Qarabağda bərpa-quruculuq işlərini təkbaşına görür. Bu yaxınlarda Prezidentin köməkçisi Hikmət Hacıyev regionda dayanıqlı sülhün təsisinə beynəlxalq medianın, beynəlxalq birliyin dəstək verməsinin vacibliyindən danışdı. Bu, haqlı və təbii bir gözləntidir. Eyni qaydada beynəlxalq birlik Qarabağda və Şərqi Zəngəzurda gedən bərpa və qurucuçuq prosesinə də dəstək göstərməli idi, göstərmədi. Ancaq Azərbaycan da dayanıb, gözləmədi, öz işini öz gördü və görür də. Beş ilin uğurlu nəticələri də ki göz qabağındadır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri