Icma.az
close
up
RU
Sosial media həyatın bir parçası olsa da,... PSİXOLOQ FİKRİ

Sosial media həyatın bir parçası olsa da,... PSİXOLOQ FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və xüsusilə gənc nəsil bu platformalardan çox fəal istifadə edir. Lakin bu aktivlik bəzən real sosial münasibətlərin zəifləməsinə səbəb olur və bu məsələ cəmiyyət üçün narahatlıq doğuran tendensiyalardan biridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, sosial medianın gənclər üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Müsbət tərəfdən baxdıqda, bu platformalar gənclərə öz fikirlərini ifadə etmək, müxtəlif maraq dairələrinə uyğun qruplara qoşulmaq və dünyanın fərqli yerlərindən olan insanlarla ünsiyyət qurmaq imkanı yaradır: "Bəzi hallarda bu, gənclərin dünyagörüşünün formalaşmasına, yaradıcı qabiliyyətlərinin inkişafına və özlərini ifadə etmək bacarıqlarının güclənməsinə səbəb ola bilər. Lakin digər tərəfdən, sosial mediaya həddindən artıq bağlılıq real həyatdakı sosial bacarıqların zəifləməsinə gətirib çıxarır. Gənclər üz-üzə ünsiyyətdən uzaqlaşır, münasibət qurmaqda və davam etdirməkdə çətinlik çəkirlər. Bundan əlavə, sosial mediada yayılan “mükəmməl həyat” obrazları ilə öz həyatlarını müqayisə edən gənclərdə depressiya, özgüvən çatışmazlığı və sosial təcrid halları artmaqdadır".

Psixoloq fikrlərinə davam edərək qeyd edir ki, bu hal davamlı xarakter alarsa, gələcəkdə daha çox emosional baxımdan uzaqlaşmış, empatiya və sosial məsuliyyət hissi zəif olan bir nəsil formalaşa bilər: "Belə bir cəmiyyət isə ailə, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət kimi dəyərlər baxımından ciddi çətinliklərlə üzləşə bilər. Buna görə də həm ailələrin, həm müəllimlərin, həm də ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Gənclərə sosial medianın düzgün istifadəsi öyrədilməli, onlara real həyatda sosial bacarıqları inkişaf etdirmək üçün mühit yaradılmalıdır. Sosial media həyatın bir parçası olsa da, onun bütün həyatı əvəz etməsinə imkan verilməməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri