Icma.az
close
up
RU
Doğum xəritələrinə kor inamın fəsadları PSİXOLOQ FİKRİ

Doğum xəritələrinə kor inamın fəsadları PSİXOLOQ FİKRİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

Son dövrlərdə cəmiyyətimizdə doğum xəritələrinə, yəni astroloji xəritələrə olan maraq və inam xeyli artıb. İnsanlar həyatlarında qarşılaşdıqları çətinlikləri, uğurları və hətta şəxsi münasibətlərdəki problemləri bu xəritələrlə izah etməyə çalışırlar. Halbuki elmi cəhətdən bu xəritələrin heç bir əsaslı sübutu yoxdur. Astronomiya və digər elmi sahələr bu cür iddiaları təsdiqləmir. Amma buna baxmayaraq, astroloji inanclar bir çox insanlar üçün artıq bir növ "həyat bələdçisi"nə çevrilib.

Bəs insanlar niyə elmi əsaslara deyil, məntiqsiz görünən bu cür inanc sistemlərinə bu qədər bağlı olurlar?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri psixoloji ehtiyaclarla bağlıdır:

Onun sözlərinə görə, insanlar həyatlarında nəzarətsiz, izahı çətin və bəzən qorxulu hadisələrlə qarşılaşdıqda, bunları anlamaq və nəzarət altına almaq istəyirlər: "Doğum xəritələri, bürclər və digər astroloji sistemlər bu ehtiyac üçün sadə, cəlbedici və guya “fərdi” cavablar təqdim edir. İnsan öz taleyini əvvəlcədən öyrənmək istəyir və bu yolla bir növ rahatlıq tapır. Təəssüflər olsun ki, bəzi insanlar bu kor-təbii inanc sistemlərini ifrat səviyyədə qəbul edərək şəxsi qərarlarını da bu əsasda verirlər. Məsələn, haranı bitirdiyi, hansı ixtisasa sahib olduğu bilinməyən şəxslər “astroloq” adı ilə çıxış edərək 16-17 illik bir ailəyə “sizin doğum xəritələriniz uyğun deyil, siz heç vaxt xoşbəxt ola bilməyəcəksiniz” kimi ifadələr söyləyirlər. Bu kimi açıqlamalar ailələrin dağılmasına, uzun illik münasibətlərin bitməsinə, insanlarda dərin psixoloji travmaların yaranmasına səbəb ola bilər”.

Psixoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bəzi insanlar isə düşüncə qabiliyyəti yetərincə inkişaf etmədiyi üçün hər hansı bir uğuru da astroloji sistemlərlə əlaqələndirirlər: “Məsələn, kiminsə işində və ya şəxsi həyatında bir irəliləyiş olduqda, bu uğurun arxasında öz zəhmətini, əməyini deyil, hansısa astroloqun dediyi vaxtda atılmış addımı görür. Halbuki bu cür “uğur”lar ya təsadüf nəticəsində baş verir, ya da insanın öz çalışqanlığının nəticəsidir. Nəticə olaraq, insanlar düşüncələrini daha tənqidi, daha elmi əsaslarla formalaşdırmalı, şəxsi həyatlarında mühüm qərarlar verərkən reallığa əsaslanmalıdırlar. Doğum xəritələri kimi sübut olunmamış sistemlərə həddindən artıq bağlanmaq, insanları səhv yollara, yanlış qərarlara və hətta ciddi həyat problemlərinə sürükləyə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri