Sosial məzuniyyətin hesablanması qaydası necədir?
Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bundan əvvəlki məqalədə Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nda edilmiş dəyişikliklərdən sonra hamiləliyə və doğuşa görə müavinətin ödənilməsi tələbləri izah edilib.
Bu dəfə isə iqtisadçı ekspert Anar Bayramov həmin müavinətin necə hesablanması ilə bağlı yeni yanaşmaları şərh edib.
Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni Qayda ilə əvvəl qüvvədə olmuş Әsasnamə üzrə hamiləliyə və doğuma görə müavinətin hesablanma düsturunu müqayisə edək:
Misal 1: İşçi 1.000 manat əməkhaqqı alır. Qaydadan əvvəl və sonrakı dövrlərdə hesablanan sosial məzuniyyət üzrə haqqı müqayisə edək.
Göstərici Әvvəl İndi Nəzərə alınacaq qazanc 12.000 manat(1.000 manat x 12 ay)
12.000 x 25 faiz (aylıq gəlir 8.000 manatdan az olduqda) x 4 misli(hesablanmış məcburi dövlət sosial sığorta məbləği tam ödənildiyi halda)
Günlərin sayı 260 iş günü(təqribi)
365 təqvim günü 1 günlük qazanc 46,15 manat (bir iş gününə) 32,87 manat Məzuniyyət dövrünətəsadüf edən günlərin sayı
90 iş günü(təqribi)
126 təqvim günü Məzuniyyət haqqı 4.153,84 manat 4.142,47 manatNümunəyə uyğun olaraq, əvvəlki qayda üzrə məbləğ 4.153,84 manat təşkil etsə də indiki qayda üzrə hesablanan məzuniyyət haqqı məbləği 4.142,47 manat təşkil edir. Göründüyü kimi, məbləğlər bir-birinə yaxın olsa da hesablama mexanizmi tamamilə fərqlidir.
İndi isə 126 günlük sosial məzuniyyətdən istifadə edən işçiyə hesablanacaq müavinətin məbləğini müəyyən edək.
Misal 2: İşçi 5 aprel 2026-cı il tarixinə 126 günlük sosial məzuniyyət hüququndan istifadə edir. İşçinin əvvəlki ardıcıl 4 rüb üzrə (2025-ci ilin II–IV rübü və 2026-cı ilin I rübü üzrə) hesablanmış qazancı 8.000 manat təşkil edib. İşəgötürən tərəfindən 100.000 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da faktiki olaraq 80.000 manat (yəni 80 faiz) ödənilib.
Bu zaman müavinət üçün baza məbləği belə müəyyən edilir:
8.000 x 80% = 6.400 manat.
Qeyd edək ki, sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar üzrə hesablanmış məbləğə münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeyd edilir (“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun).
Hesablama mərhələlərini təqdim edək:
1. Həmin məbləğin 4 misli tapılır: 6.400 x 4 = 25.600 manat;
2. Әvvəlki 4 rüb üzrə təqvim günlərinin sayı müəyyən edilir: 365 gün;
3. Bir təqvim gününə düşən qazanc hesablanır: 25.600 : 365 = 70,136 manat;
4. Müavinət məbləği hesablanır: 70,136 x 126 gün = 8.837,26 manat.
İşçiyə 126 günlük sosial məzuniyyət dövrü üçün hesablanmış hamiləliyə və doğuma görə müavinət məbləği 8.837,26 manat təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















