Sosial müavinət düzəldənlər nəyə arxalanırlar? Yardım təklif edən şəxslər kifayət qədər çoxdur
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ünvanlı sosial yardımla bağlı vətəndaşlara köməklik göstərəcəklərini vəd edən bəzi dələduzlar onların vəsaitlərini mənimsəməyə çalışırlar.
Sosial şəbəkələrdə saxta səhifələr açıb, bu kimi "yardım" təklif edən şəxslər kifayət qədər çoxdur.
Baku TV məsələni araşdırmaq məqsədilə həmin şəxslərlə əlaqə saxlamağa çalışıb.
"Instagram" üzərindən başlayan söhbət "WhatsApp"da başa çatıb və üzbəüz görüşməyi qəbul etməyən "yardımsevər" əvvəlcədən onun kart hesabına 50 manat köçürülməsini tələb edib.
Müavinət düzələndən sonra isə bir aylıq məbləğin ona çatacağını bildirib.
Müavinət düzəldəcəyini iddia edən digər bir şəxs isə daha böyük vədlər verib:
"Yüz faiz alınacaq. Sosial yardım düzəldə bilməsək, insanları yalan vədlə aldatmarıq. Sizə hansı sualların veriləcəyini bilirik və nə cavab verməli olduğunuz haqqında məlumat verəcəyik".
Ətraflı süjetdə:
Sosial müavinət "düzəldən"lər nəyə arxalanırlar? - "Yardım" təklif edən şəxslər kifayət qədər çoxdur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Dekabr 2024 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















