Icma.az
close
up
RU
Sosial müavinət və təqaüd alanlara MÜHÜM XƏBƏR

Sosial müavinət və təqaüd alanlara MÜHÜM XƏBƏR

News24 saytına istinadən Icma.az xəbər verir.

2019-cu ildən etibarən həyata keçirilən beş sosial paket nəticəsində ölkədə sosial rifahın yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 

News24.az xəbər verir ki, bu dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya isə 3 dəfəyə yaxın artıb.

Müavinət və təqaüdlərin məbləğində isə ötən ilədək 5 dəfəyə qədər artım müşahidə olunub.

Dövlət büdcəsində sosialyönümlü xərclər də əhəmiyyətli dərəcədə artaraq 2019-cu ildəki 7.8 milyard manatdan bu il üçün 16.9 milyard manata çatıb.

Lakin Prezidentin sərəncamı ilə nəzərdə tutulan və Nazirlər Kabinetinə icrası üçün martın 23-dək verilmiş müddət başa çatmasına baxmayaraq, bəzi sosial ödənişlərin – o cümlədən dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən təqaüdlər, hərbi qulluqçuların uşaqları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr, çoxuşaqlı analar, övladlığa götürülən və ya himayədar ailəyə verilən uşaqlarla bağlı müavinətlər üzrə artımlar hələ də həyata keçirilməyib. Bu istiqamətdə təqribən 13 növ təqaüdü əhatə edən ödənişlərin gecikməsi ictimai müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, ötən il büdcə qəbul edilərəkən və sonradan cəmiyyətə mesaj ötürüldü ki, sosial ödnişlər və təqaüdlər artacaq:

"Bu mesaj verildi və büdcədə də bunun üçün 1 milyard manat pul vəsaiti ayrıldı. Amma verilmiş qərar hələ ki gecikir. Bununla bağlı hər hansı açıqlama de verilmir ki, gecikmənin səbəbi bilinsin. Görünən odur ki, hökumət xərcləri artımağa ehtiyat edir. Çünki son aylarda neft və enerji qiymətlərinin aşağı düşməsi dövləti xərcləri artımağa və hətta cəmiyyətə verdiyi vədləri yerinə yetirməkdə tərəddüdə səbəb olur. Amma artımların olacağı açıq şəkildə cəmiyyətə bildirilirdi. Hətta güman edirdik ki, yanvarda artım olacaq. Artıq ikinci rübə keçmişik, amma hələki bir xəbər yoxdur. Artım mütləqdir, sadəcə görünür ki, bu bir qədər çəkəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Avqust 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri