Icma.az
close
up
RU
Sosial müqayisə bəlası: Başqasının həyatı ilə yaşayanlar AÇIQLAMA

Sosial müqayisə bəlası: Başqasının həyatı ilə yaşayanlar AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələr artıq sadəcə ünsiyyət və paylaşım platforması deyil, həm də insanların özlərini təqdim etdiyi “virtual vitrin”ə çevrilib. Burada çox vaxt real həyatdakı imkanlardan daha parlaq, daha ideal və bəzən də reallıqdan uzaq obraz yaradılır. İnsanlar gündəlik həyatlarını olduğu kimi yox, daha çox diqqət çəkəcək, bəyənmə və reaksiyalar qazandıracaq formada göstərməyə üstünlük verirlər. Bu isə zamanla “hype” deyilən sosial təzyiq və müqayisə mühitini formalaşdırır.
Bu barədə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, rəqəmsal kimliklər formalaşıb, reallıq isə getdikcə arxa plana keçir:
“İnsanlar virtual mühitdə emosional təcrübə yaşayır, özlərini rasional və idarəolunan kimi qavrayırlar. Real həyatda formalaşan illüziyalar rəqəmsal mühitdə daha da dərinləşir. Sosial şəbəkələrdə məqsəd artıq mövcud olmaq deyil, ideal və üstün görünməkdir. Xoşbəxt və firavan həyat görüntüsü təqdim etməklə insan çox vaxt bu görüntünü real məmnunluq kimi qəbul etməyə başlayır. Sosial təsdiq ehtiyacı davranışları müəyyənləşdirir. İnsan qəbul olunmaq və dəyər görmək üçün özünü xarici reaksiyalara uyğunlaşdırır. Sosial şəbəkələrdə alınan bəyənmə və reaksiyalar beynin mükafat sistemini aktivləşdirir, qısa müddətli məmnunluq hissi yaradır. Bu mexanizm zamanla vərdişə çevrilir və emosional asılılıq formalaşdırır. İnsan öz dəyərini daxili meyarlara deyil, xarici təsdiqlərə bağlayır. Müqayisə instinkti güclənir, həyat başqalarının seçilmiş və idealizə olunmuş görüntüləri ilə ölçülməyə başlayır. Real həyatla təqdim olunan obraz arasındakı məsafə artır. İnsan həm başqalarına, həm də özünə daha ideal bir versiya göstərməyə çalışır. Daxildə yaranan boşluq qalır, sadəcə gizlədilir. Rəqəmsal xoşbəxtlik insanı real həyatdan uzaqlaşdırır. Daxili sabitsizlik, gərginlik və davamlı narazılıq artır. Başqalarının gözləntilərinə uyğun yaşayan, öz həyatını sosial müqayisə ilə quran insanlar zamanla öz reallıq hissini itirir və psixoloji dayanıqlılıq zəifləyir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Aprel 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri