Icma.az
close
up
RU
Başqasının həyatı niyə maraq doğurur?

Başqasının həyatı niyə maraq doğurur?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İnsanların bir-birinin həyatına maraq göstərməsi cəmiyyətin təbii xüsusiyyətlərindən biri hesab olunur.

Lakin bəzən bu maraq sadə diqqətdən çıxaraq şəxsi sərhədləri aşan müdaxiləyə çevrilir. Kiminsə evlilik qərarı, geyimi, övlad böyütmə tərzi və ya həyat seçimi haqqında davamlı fikir bildirmək bir çox insan üçün adi davranış kimi görünsə də, bunun arxasında müxtəlif psixoloji və sosial səbəblər dayanır.

Bəzi insanlar başqalarının həyatını müzakirə etməklə özlərini daha güvənli hiss edir, bəziləri isə nəzarət etmə ehtiyacı səbəbindən başqalarının qərarlarına təsir göstərməyə çalışır.

Cəmiyyətin gözləntiləri, ailə dəyərləri və “hamı belə etməlidir” düşüncəsi də insanların bir-birinə müdaxilə etməsində rol oynaya bilər.

Bəs insanlar niyə başqalarının şəxsi seçimlərini özlərinə aid məsələ kimi qəbul edir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanların başqalarının həyatına qarışması çox vaxt maraq deyil, daxili boşluğun simptomudur:


“İnsan öz həyatında qərar verməkdən, məsuliyyət daşımaqdan, nəticələrlə üzləşməkdən çəkinəndə diqqətini başqasına yönəldir. Başqasının həyatını düşünmək rahatdır. Çünki orada səhv etmək riski yoxdur. Orada insan özünü hakim kimi hiss edir, amma heç bir yük daşımır. Bu, passiv qaçış formasıdır. Bu davranışın arxasında güclü nəzarət ehtiyacı dayanır. İnsan öz həyatını idarə edə bilməyəndə başqasının həyatına müdaxilə edərək bu boşluğu doldurmağa çalışır.

Bu zaman o, özünü daha düzgün, daha ağıllı, daha təcrübəli kimi görmək istəyir. Başqasının qərarlarına qiymət vermək əslində özünü təsdiqləmək cəhdidir. Bu, açıq şəkildə psixoloji kompensasiyadır. Başqalarının şəxsi qərarlarına qarışmaq bir növ sahiblənmədir. İnsan qarşı tərəfi müstəqil fərd kimi yox, yönləndirilməli obyekt kimi görür. Bu yanaşma çox vaxt ailədən gələn köhnə modellərin davamıdır. 

İnsanlar öyrəşib ki, başqasının həyatına müdaxilə etmək normaldır. Evlilik, geyim, həyat tərzi kimi mövzular üzərində bu nəzarət daha sərt şəkildə özünü göstərir. Bu, qayğı deyil, sərhəd pozuntusudur.

İnsan icazə verdiyi qədər onun həyatına daxil olurlar. Sərhədi olmayan insan həmişə müdaxiləyə açıq olur. Sərhəd qoymaq bacarmayan insan ya idarə olunur, ya da başqasını idarə etməyə çalışır.

Çünki hər iki halda məsuliyyət paylaşılır və ya ötürülür. Azadlıq isə məsuliyyət tələb edir və hamı buna hazır deyil. Bəzi insanlar idarə olunmağı seçir. Bu seçim rahatlıq gətirir, çünki qərar vermək yükündən azad edir. Digərləri isə müdaxiləni qəbul etmir və sərhədlərini qoruyur. Bu artıq psixoloji yetkinlik məsələsidir”.

Psixoloq qeyd edib ki, insan ya öz həyatını qurur, ya da başqasının həyatında rol oynayır.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri