Icma.az
close
up
RU
Sosial şəbəkə fenomenləri Əbülfəz Süleymanlı Sosioloji baxış

Sosial şəbəkə fenomenləri Əbülfəz Süleymanlı Sosioloji baxış

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əbülfəz SÜLEYMANLI
Professor
[email protected]

Müasir dövrdə ictimai diskursun formalaşmasında Azərbaycanda daha çox blogerlər kimi tanınan şəxslərin əhəmiyyətli rol oynadığı müşahidə olunur. Akademik müstəvidə bu proses mikro miqyaslı fərdi təcrübələrin makro səviyyəli ictimai rəy istehsalına çevrilməsi kimi dəyərləndirilə bilər; bədii-metaforik baxımdan isə, bəzən bir telefon kamerası bütöv bir televiziya kanalı qədər təsir gücünə malik olur.

Son illərdə bu təsirin təkcə daxili ictimai mühitlə məhdudlaşmadığı, eyni zamanda ölkələrarası münasibətlərin emosional iqliminə də sirayət etdiyi aydın şəkildə ortaya çıxır. Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri kimi tarixi, mədəni və mənəvi bağlarla möhkəmlənmiş bir xətdə sosial media fenomenlərinin yaratdığı təsir bəzən münasibətlərin daha da möhkəmlənməsinə, bəzən isə lüzumsuz yanlış anlaşılmalara zəmin yaradır.

Bu kontekstdə müsbət və aktual nümunə kimi, qısa zamanda məşhurlaşaraq sevilən və geniş auditoriya tərəfindən diqqətlə izlənilən “yırtıq pantalon” rumuzlu türkiyəli bloger Oğuzhan Tıraşın Türkiyədən Monqolustana piyada səyahəti ayrıca vurğulanmalıdır. Onun Azərbaycan ərazisindən keçərkən demək olar ki, hər addımbaşı insanlarımızın xoş münasibəti, səmimi davranışı və qonaqpərvərliyi ilə qarşılaşması şəxsi müşahidə olmaqdan çıxaraq geniş auditoriyaya yayılan bir hekayəyə çevrildi. Videolarda uşaqlardan böyüklərə qədər Türkiyəyə olan sevginin gündəlik davranışlarda necə təbii şəkildə ifadə olunduğu açıq görünürdü. Nəticədə bu blogeri izləyən türkiyəli vətəndaşlar arasında Azərbaycan və xalqımız haqqında yazılan rəylər müsbət emosiyalarla zənginləşdi; bir-birini yaxından tanımayanlar belə müsbət bir tanışlıq və yaxınlıq hissi qazandı. Hətta bu paylaşımlar azərbaycanlı sosial şəbəkə istifadəçilərində də öz xalqına qarşı haqlı bir qürur hissinin formalaşmasına səbəb oldu. Bu, sosial şəbəkələrin münasibətləri yaxınlaşdıran, empatiya yaradan potensialının real təzahürüdür.

Bu məqamda, yol boyu nümayiş etdirdiyi səmimiyyətə, dürüst müşahidələrə və iki qardaş xalq arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edən bu fədakar əməyinə görə Oğuzhan bəyə xüsusi təşəkkürümü ifadə etmək istərdim. Təbii ki, iki qardaş xalq arasında münasibətlərin möhkəmlənməsinə və qarşılıqlı anlayışın dərinləşməsinə töhfə verən, həm Azərbaycanda, həm də Türkiyədə Oğuzhan kimi çox sayda bloger mövcuddur. Onların hər biri, öz imkanları və təsir dairələri çərçivəsində iki qardaş dövlət və xalq arasında qarşılıqlı anlayışın, hörmətin və mənəvi yaxınlığın möhkəmlənməsi, həmçinin ölkələrimizin turizm potensialının artması istiqamətində gördükləri işlərlə təşəkkürə layiqdir.

Lakin təəssüf ki, eyni platformalarda bunun əksi olan məzmunlara və fəaliyyətlərə də rast gəlinir. Xüsusilə son dövrlərdə Türkiyədə əlində mikrofonla böyük şəhərləri gəzən, özünü azərbaycanlı kimi təqdim edən bəzi “bloger”lərin – istər məlumatsızlıqdan, istər reytinq naminə, istərsə də məqsədyönlü şəkildə - mövzuya bələd olmayan, bəlkə də əvvəlcədən yönləndirilmiş bir-iki şəxsdən Azərbaycan haqqında səthi suallar soruşaraq “tanımıram” və ya “sevmirəm” kimi mənfi məzmunlu cavabları ön plana çıxarması son dərəcə problemli və qərəzli bir yanaşma kimi qiymətləndirilməlidir. Daha da problemli olan isə bu cür seçilmiş cavabların bütöv cəmiyyətin mövqeyi kimi təqdim edilməyə çalışılmasıdır. Ardınca sosial şəbəkələrdə, xüsusilə Azərbaycan mənşəli emosional reaksiyalarla yazılan, “bizdə ən balaca uşaq da Türkiyə haqqında məlumatlıdır, bunlar isə heç bizi tanımırlar” və ya “Türkiyə sevənlər baxıb düşünsünlər” kimi ifadələrlə müşayiət olunan mənfi məzmunlu şərhlər iki ölkə arasında heç bir real əsası olmayan, mənasız və lüzumsuz anlaşılmazlıqlar yarada bilir. Bu yanaşma yalnız bir tərəfə deyil, mənfi rəy bildirən türkiyəli sosial şəbəkə istifadəçiləri üçün də eyni dərəcədə keçərlidir. Hətta bu tip paylaşımları edən bəzi “blogerlərin” geostrateji mövzuların daha da aktuallaşdığı dövrlərdə daha fəal görünməsi, bu fəaliyyətlərin təsadüfi xarakter daşımadığı və müəyyən xoşniyyətli olmayan məqsədlərə xidmət edə biləcəyi ehtimalını gücləndirir.

Təbii ki, Azərbaycanla Türkiyə dövlətləri və xalqları arasında əsrlərə söykənən qardaşlıq münasibətləri bir neçə “bloger”in məsuliyyətsiz və ya mənfi paylaşımı ilə zədələnəcək deyil. Bu bağlar ortaq tarix, ortaq yaddaş və ortaq taleyin məhsuludur. Lakin bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə mənfi məzmunlu bu cür paylaşımların normal və ya məqbul hesab edilməsi mümkün deyil. Çünki problem münasibətlərin möhkəmliyində deyil, ictimai məkanda məsuliyyətsiz və nəzarətsiz dilin sürətlə yayılmasındadır.

Bu baxımdan bir neçə təklif xüsusilə önə çıxır:

1. Rəqəmsal etik məsuliyyətin gücləndirilməsi: Blogerlər bilməlidirlər ki, seçilmiş bir kadr və ya cavab bütöv bir xalqı təmsil etmir və bu cür təqdimatlar ictimai zərər yarada bilər.

2. Müsbət hekayələrin sistemli təşviqi: Azərbaycan-Türkiyə münasibətlərini gündəlik həyat, real təmaslar və səmimi təcrübələr üzərindən göstərən məzmun istehsalçıları daha görünən hala gətirilməlidir.

3. Sosial şəbəkə savadlılığının artırılması: İzləyicilərdə - xüsusilə gənc nəsildə - manipulyativ məzmunu ayırd etmə, konteksti oxuma və emosional reaksiyaları süzgəcdən keçirmə bacarıqları gücləndirilməlidir.

4. Hüquqi mexanizmlərin tətbiqi: İki qardaş xalq arasında nifaq yaratmağa yönəlmiş, bilərəkdən təhrifedici və təxribat xarakterli paylaşımlar edən sosial media hesablarının təsbit olunması və mövcud qanunvericilik çərçivəsində məsuliyyətə cəlb edilməsi zəruridir. Rəqəmsal azadlıq məsuliyyətsizlik anlamına gəlməməlidir.

Nəticə etibarilə, günümüzün populyar simaları sayılan sosial şəbəkə fenomenləri (blogerlər) yaydıqları paylaşımlar və verdikləri mesajlar vasitəsilə təqibçilər üzərində əhəmiyyətli təsir gücünə malikdirlər. Bu təsirin hansı istiqamətdə formalaşması həm məzmun istehsalçılarının, həm də onları izləyən auditoriyanın məsuliyyətli mövqeyindən asılıdır. Xüsusilə Azərbaycan-Türkiyə kimi dərin tarixi, mədəni və mənəvi bağlara sahib olan münasibətlər kontekstində bu təsirin məsuliyyətli şəkildə idarə olunması daha da önəm kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri