Icma.az
close
up
RU
Sosial şəbəkədə soyunanların cərimələnməsi başladı DİN dən xəbərdarlıq

Sosial şəbəkədə soyunanların cərimələnməsi başladı DİN dən xəbərdarlıq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər sosial şəbəkələrdə əxlaq normalarının pozulması ilə bağlı müzakirələr daha da intensivləşib. Xüsusilə açıq-saçıq paylaşımlar, bədənin nümayişi üzərindən qurulan reklam kampaniyaları və müxtəlif platformalarda yayımlanan məzmun cəmiyyətin müəyyən hissəsində narahatlıq doğurur. Bədənini açıq şəkildə nümayiş etdirən paylaşımlar və paltar, kosmetika kimi məhsulların reklamları əvvəlki qaydada davam edir. Qanunvericilikdə ictimai əxlaqın qorunması ilə bağlı müəyyən müddəalar və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulsa da, real praktikada bu normaların hansı səviyyədə tətbiq edilməsi barədə DİN-ə müraciət ünvanladıq.
DİN-in Mətbuat Xidmətindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə ictimai əxlaq normalarına zidd, cəmiyyətə mənfi təsir göstərən və qanunla yayılması qadağan olunan informasiyaların paylaşılması halları nəzarətdə saxlanılır: "Bu istiqamətdə polis əməkdaşları tərəfindən mütəmadi işlər aparılır, hüquqazidd məzmun yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Belə hallara yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı maddəsi üzrə inzibati protokollar tərtib olunur və qanunvericiliyə uyğun tədbirlər görülür.
Məlumatda bir daha vurğulanır ki, sosial şəbəkə anonimlik mühiti deyil, paylaşılan hər foto, video və ya yazı hüquqi qiymətləndirilə bilər. Qanunu pozan məzmun təkcə silinmir, məsuliyyət yaradır.
İstifadəçilərə tövsiyə olunur ki, paylaşdıqları materialların məzmununa ciddi və məsuliyyətlə yanaşsınlar, qanunvericiliyin tələblərini və ictimai əxlaq normalarını pozan informasiyaların yayımından çəkin­sinlər.
Yəni, ekran qarşısında olan anonimlik hissi aldadıcıdır. Paylaşılan hər bir foto və ya video hüquqi müstəvidə qiymətləndirilir. İstifadəçilərə tövsiyə olunur ki, reklam və ya şəxsi paylaşım adı altında qanunvericiliyin və əxlaq normalarının sərhədlərini sınağa çəkməsinlər. Görünən odur ki, virtual aləmdəki "sərbəstlik" artıq real hüquqi nəticələrlə üz-üzədir.
Leyla Turan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri