Icma.az
close
up
RU
Dini sosial şəbəkədə şəbəkələşmiş din mülahizəçilərindən deyil, həqiqi din alimlərindən öyrənməli...

Dini sosial şəbəkədə şəbəkələşmiş din mülahizəçilərindən deyil, həqiqi din alimlərindən öyrənməli...

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir müddət öncə deputat Fazil Mustafa vacib bir məsələyə toxundu. Deputat deyir ki, Azərbaycanda dini təhsilə diqqəti artırmaq lazımdır. Onun fikrincə, keyfiyyətsiz dini təhsil həm də mili təhlükəsizlik üçün təhdiddir.

Xatırlayırsınızsa, 30 il öncə Azərbaycanı ələ keçirmək istəyən qüvvələr daxildən dini siyasət aparır, kurslar açır, ölkənin gənclərini kurslara yığır və xaricdə dini təhsil adı altında ölkədən aparırdılar. Həmin gənclər ölkəyə dini təhsilli gənc kimi deyil, radikal düşüncəli və beyni yuyulmuş, açıq şəkildə desək "Azərbaycan düşməni" olan şəxs kimi qayıdırdı.

Ümumiyyətlə, belə bir siyasət var: Toplumu, kütləni ələ keçirmək üçün ya ac saxlamalısan, ya da dini savadsızlığından istifadə etməlisən. O dövrlərdə yeni müstəqillik əldə etmiş Azərbaycan əhalisi onsuz da aclıq çəkirdi. Bu siyasət də bu məqsəd üçün istifadə edilə bilməzdi. Amma dini baxımdan cahil kütləni idarə etmək çox asan idi. Sovet əsarətindən çıxmış ölkədə dini savadlılıq "ara mollaları"nın bildiyi qədər idi.

Elə özümdən danışım. Şiə ailəsində böyüyürdüm. Məhərrəm ayları xüsusi diqqətli davranılırdı. İki ay televiziyaya baxmaq, musiqi dinləmək, toy etmək, saç kəsdirmək və ya boyamaq olmazdı. Bizə din, imamlar, peyğəmbərlər və 1000 ilin hadisələri haqqında danışıb, deyirdilər ki, “sənin bir yaxının ölsə, yas saxlamazsanmı?”.

Susurduq. Çünki bilmirdik, cahil idik. Amma düşünürdüm ki, bu baş verənlərin bir pərdəarxası var. Uşaq olduğum üçün heç bir addım atacaq imkanda deyildim və bu, heç ağlıma da gəlmirdi o zamanlar. Kor-koranə inanırdıq. Nəyə, kimə, niyə və s. kimi suallara cavab tapmadan...

Ətrafımızdkı insanlar da bizim kimi idi, türklər demişkən aldanmağa “müsait”. Məhz elə o dövrdə gənclər sözün əsl mənasında Azərbaycandan "aparılırdı". Qonşumuz vardı, ucaboylu, yaraşıqlı. Model işləyirdi. Sonra saqqal saxlamağa başladı və bir gün "yox" oldu. Dedilər ki, hansısa din adı altında fəaliyyət göstərən terror qruplaşmasına qoşulub, Azərbaycandan kənardadır. Arxasınca qardaşı da getdi. İllər sonra eşitdim ki. Hər iki qardaş Vətəndən uzaqda, başqalarının "vətən"i uğrunda gedən hansısa döyüşdə öldürülüb...

Yəni 20-30 il əvvəl Azərbaycanda vəziyyət bu idi. Aradan keçən müddətdə ölkədə dinin inkişafı da heyrətamiz oldu. Artıq hər kəs etiqadını gizlətmədən deyə bilir. Çünki başımızın üstündə dini yumruq yoxdur. Azadıq, sərbəstik. Amma yenə ciddi bir problem var. Bizi sevməyən, bizə başqa şəkildə müdaxilə etməyə cəsarəti çatmayan və dini baxımdan vurmağa çalışan radikal qüvvələr var. Düzdür, Dövlət Təıhükəsizlik Xidməti bu sahədə ciddi tədbirlər görür. Amma bununla yanaşı, dini təhsilin də böyük önəmi var. Çalışmalıyıq ki, gənclərimiz dinlə bağlı məlumatları hansısa YouTube "dindar"ından deyil, dini fəlsəfə üzrə elm adamlarından öyrənsin. Bəlkə də din bir elm kimi tədris edilməlidir. Çünki dini oxuyan, dərindən öyrənən hər bir gənc sonradan azad şəkildə öz istiqamətini seçə bilir. Amma din ağızdan ağıza ötürüləndə və yaxud “mollalar”, sosial şəbəkənin "şəbəkələşmiş" din "söhbətcil"ləri tərəfindən öyrədiləndə radikal şəkildə aşılanır. Sonra da cəmiyyətimizdə dövlət düşməni, qadın düşməni varlıqlar yetişir. Bunun üçün dövlət ciddi addımlar atmalıdır.

Gənclərin beyinlərinin axmaq düşüncələrlə, din adı altında dindən kənar düşüncələrlə doldurulması cəmiyyətimizi sözün əsl mənasında çöküşə sürükləyə bilər. Biz bu gün dini cəhətdən cahil millət deyilik, amma cəmiyyət olaraq aldanmağa meylliyik. Fazil Mustafanın düşüncələrində böyük bir həqiqət var. Bəlkə Bakıda deyil, amma regionlarda - xüsusilə cənub zonasında, dövlət tərəfindən xüsusi dini təhsil müəssisələrinin açılmasına böyük ehtiyac var.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri