Sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr yaradır RƏY
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib.
Bu fikirləri "Report"a açıqlamasında deputat Müşfiq Cəfərli deyib.
O bildirib ki, uşaqlar da sosial şəbəkələrdə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur, müxtəlif məlumatlar əldə edirlər:
"Bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır. Təəssüf ki, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi yanları da az deyil. Xüsusən, uşaqların psixoloji olaraq həssas dövrləri sayılan yaşlarda belə platformalardan istifadə etməsi qətiyyən tövsiyə edilmir. Düzdür, artıq müxtəlif platformalarda yaş məhdudiyyəti tətbiq olunsa da, hələ də bir çox sosial şəbəkələrdə açıq şəkildə həssas və qeyri-etik məzmunlu paylaşımların yayımlanması özünü göstərir".
Deputat xatırladıb ki, uşaqları qorumaq üçün müəyyən proqramlar var və valideynlər bu cür proqramlarla öz telefonlarından uşaqların mobil cihazlarını idarə edə bilirlər:
"Uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq mümkün deyil, amma bu sahədə tərbiyəvi söhbətlərin, seminarların təşkili çox gözəl olardı".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 06 Avqust 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















