Icma.az
close
up
RU
Arzu Nağıyev: Sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükəyə çevrilib

Arzu Nağıyev: Sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükəyə çevrilib

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəqəmsal texnologiyalar və süni intellektin inkişafı uşaqların internet təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, bu sahədə risklərin azaldılması üçün dövlət, ailə və təhsil müəssisələrinin birgə fəaliyyəti vacibdir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün rəqəmsal risklərə ən həssas qrup hesab olunurlar:

"Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial şəbəkələrdə keçirir. Lakin sosial şəbəkələrin faydaları ilə yanaşı, ciddi təhlükələri də mövcuddur."

Arzu Nağıyev bildirib ki, kibertəzyiq, təhqir və təhdidlər uşaqlarda özünəinamın azalmasına, sosial təcridə və depressiyaya səbəb ola bilər. O, həmçinin şiddət, nifrət nitqi, dezinformasiya və manipulyativ məzmunun uşaqların psixoloji inkişafına mənfi təsir göstərdiyini vurğulayıb.

Deputat qeyd edib ki, uşaqların şəxsi məlumatlarını düşünmədən paylaşması onları kiberdələduzluq və saxta hesablar kimi təhlükələrlə üz-üzə qoyur. O əlavə edib ki, süni intellekt vasitəsilə hazırlanan saxta foto, video və səslər də uşaqların doğru məlumatı saxtadan ayırmasını çətinləşdirir.

Arzu Nağıyevin sözlərinə görə, problemin həlli üçün dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir. Valideynlər uşaqların rəqəmsal həyatına daha çox diqqət yetirməli, məktəblərdə isə kibertəhlükəsizlik və rəqəmsal savadlılıq mövzularına geniş yer ayrılmalıdır.

Sonda komitə sədri bildirib ki, uşaqların təhlükəsizliyi cəmiyyət üçün ən vacib məsələlərdən biridir:

"Gələcəyimizi bugünkü uşaqlar formalaşdıracaqlar. Onlara təhlükəsiz, sağlam və məsuliyyətli rəqəmsal mühit yaratmaq hər birimizin ortaq vəzifəsidir."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri