Icma.az
close
up
RU
Sosial şəbəkələr uşaqların koqnitiv bacarıqlarını azaldır? Alimlərdən açıqlama

Sosial şəbəkələr uşaqların koqnitiv bacarıqlarını azaldır? Alimlərdən açıqlama

Icma.az, Oxu.az saytına istinadən bildirir.

9-13 yaş arası uşaqların sosial şəbəkələrdə keçirdiyi vaxtın artması, yaddaş, lüğət ehtiyatı və oxuma bacarıqları daxil olmaqla koqnitiv bacarıqların pisləşməsi ilə əlaqələndirilir.

Oxu.Az bildirir ki, bu barədə "Medical Xpress" jurnalında məlumat verilib.

ABŞ-nin Tibb Assosiasiyasının jurnalının (JAMA) 6554 yeniyetmənin iştirakı ilə aparılan araşdırması nəticəsində sosial şəbəkələrdə ən çox vaxt keçirən uşaqların daha pis nəticələr göstərdiyi müəyyən olub.

Orta statistik 9-13 yaşlı yeniyetmə gündə təxminən beş yarım saat ekran qarşısında keçirir və bu vaxtın əhəmiyyətli hissəsi sosial şəbəkələrdə keçirilir. Passiv video izləməkdən fərqli olaraq, sosial şəbəkələr daimi qarşılıqlı əlaqə tələb edir: lenti sürüşdürmək, bildirişləri yoxlamaq, digər istifadəçilərlə ünsiyyət qurmaq. Belə hərəkətlər beynin məlumatların emalı və qərar vermə üçün məsul olan hissələrini aktiv şəkildə cəlb edir və sosial şəbəkələrdə olmağı zehni cəhətdən daha yükləyici edir.

Alim komandası 21 tədqiqat mərkəzində uşaqların beyin inkişafını və koqnitiv bacarıqlarını müşahidə edən "Adolescent Brain Cognitive Development" (ABCD) proqramının məlumatlarından istifadə edib. Təhlil üçün 6554 yeniyetmə - 51.1% oğlan və 48.9% qız seçilib. Məlumatlar üç mərhələdə toplanıb: baza səviyyəsi (2016-2018, 9-10 yaş), birinci il (2017-2019) və ikinci il (2018-2020).

Yeniyetmələrin sosial vərdişləri qrup trayektoriya modelləşdirməsi ilə tədqiq edilib, bu da üç kateqoriya istifadəçini müəyyənləşdirməyə imkan verib: əksəriyyət (57.6%) demək olar ki, sosial şəbəkələrdən istifadə etməyib, təxminən üçdə bir (36.6%) tədricən onlayn vaxtını artırıb, 5.8% isə yüksək və artan aktivlik səviyyəsi göstərib.

Koqnitiv bacarıqlar şifahi oxuma, yaddaş, nümunələri müqayisə etmə sürəti və lüğət ehtiyatı testlərini əhatə edən "NIH Toolbox Cognition Battery" vasitəsilə qiymətləndirilib. Nəticələr göstərib ki, sosial şəbəkələrdə yüksək və artan aktivlik göstərən qrupdan olan yeniyetmələr, xüsusilə, dil və yaddaş testlərində daha pis göstəricilər nümayiş etdiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri