Icma.az
close
up
RU
Sosial şəbəkələrdə “modern” dilənçilik: Yeni üsullar kəşf olunur RÜSVAYÇILIQ

Sosial şəbəkələrdə “modern” dilənçilik: Yeni üsullar kəşf olunur RÜSVAYÇILIQ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə sosial mediada “mədəni dilənçilik” anlayışı getdikcə daha çox müzakirə olunur. Xüsusən də TikTok kimi platformalarda bəzi şəxslər işləmək əvəzinə, izləyicilərdən pul yığaraq, bədənlərini və ya görünüşlərini dəyişdirməyə, yaxud şəxsi ehtiyaclarını qarşılamağa çalışırlar. Bu isə həm etik, həm də sosial ədalət baxımından ciddi suallar doğurur.

Bəzi istifadəçilər iş təklif edildikdə “400-500 manata işləyə bilmərəm” deyə, cavab verirlər. Halbuki gündəlik çörək pulu üçün zəhmət çəkən insanlar, ailəsini dolandırmaq üçün çalışan valideynlər cüzi əməkhaqqı ilə yaşamağa məcburdurlar. Bu ziddiyyət ictimai qınağa səbəb olur.

Ekspertlərin fikrincə, sosial şəbəkələrdə yardımların əsas hədəfi həqiqi ehtiyacı olan şəxslər – xəstələr, aztəminatlı ailələr və çarəsiz durumda qalan insanlar olmalıdır. Əməliyyat və gözəllik məqsədilə dəstək toplamaq isə “mədəni dilənçilik” adlandırılır, çünki bu yardımlar real ehtiyaca deyil, şəxsi arzulara xidmət edir.

Təhlilçilər vurğulayırlar ki, sosial media vasitəsilə yardımlar düzgün istiqamətə yönəldildikdə, insanların həyatı dəyişə bilər. Xəstə uşaqların müalicəsi, dərman çatışmazlığı və sosial çətinliklərlə mübarizə aparan ailələr üçün edilən dəstək həmrəylik duyğusunu gücləndirir, həm də cəmiyyətin dəyərlərini möhkəmləndirir.

Lakin narahatedici məqam odur ki, şəxsi arzular üçün “canlı yayım” açaraq, pul yığanlara dəstək verənlərin sayı az deyil. Bu, ictimai şüurun zəiflədiyini, yardımlaşma mədəniyyətinin isə yanlış istiqamətə yönəldiyini göstərir.

Nəticə etibarilə, “mədəni dilənçilik” fenomeni cəmiyyətin sosial media davranışlarını, etik dəyərlərini və yardımlaşma mədəniyyətini yenidən düşünməyə vadar edir.

Həqiqi ehtiyacla şəxsi zövq arasındakı fərqi ayırd etmək və dəstəyi doğru ünvanlara yönəltmək həm sosial ədalət, həm də ictimai həmrəylik baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri