Icma.az
close
up
RU
Yeni dövrün modern perspektivləri

Yeni dövrün modern perspektivləri

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan–Çin münasibətlərində rəqəmsal texnologiyalar ön plana çıxır

2025-ci il aprelin 22-dən 24-dək Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri yalnız ənənəvi diplomatik münasibətlərin möhkəmləndirilməsi deyil, eyni zamanda, gələcək yönlü strateji sahələrdə, xüsusilə də rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın yeni mərhələyə keçidi baxımından mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilməlidir.

Çinin son onilliklərdə texnologiya sahəsində əldə etdiyi nailiyyətlər artıq onun qlobal miqyasda rəqəmsal transformasiyanın əsas lokomotivlərindən biri olması ilə ölçülür. Huawei, Alibaba, Tencent, Baidu kimi nəhəng texnologiya şirkətləri Asiya bazarları ilə yanaşı, dünya səhnəsində də texnoloji yeniliklərin öncülləridir. Çinin “Rəqəmsal İpək Yolu” təşəbbüsü isə ölkənin rəqəmsal sferada geosiyasi iddialarını açıq şəkildə ortaya qoyur. Bu təşəbbüs ÇXRin rəqəmsal infrastruktura və texnoloji sistemlərə dair gücünü digər ölkələrlə paylaşmaq istəyini nəzərdə tutur. Çinin “Rəqəmsal İpək Yolu” təşəbbüsü ticarətin müasir versiyası kimi rəqəmsal texnologiyalar sahəsində inkişaf edən ölkələrə – xüsusilə, inkişaf etməkdə olan bazarlara – texnoloji yardımlar təklif edir. Çin bu layihə vasitəsilə öz texnoloji gücünü beynəlxalq səviyyədə artırmaqla bu ölkələrlə siyasi və iqtisadi əlaqələrini möhkəmləndirir.

Azərbaycan son illərdə rəqəmsallaşmanı sadəcə texnoloji inkişaf vasitəsi deyil, strateji dövlət prioriteti kimi qəbul etmiş və bu istiqamətdə ardıcıl və çevik siyasət yürütməyə başlamışdır. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan bu yanaşma ölkənin gələcəyinin konturlarını müəyyən edir. Çünki müasir dövrdə rəqəmsallaşma artıq iqtisadi və sosial inkişafdan kənar bir element deyil – bu, milli təhlükəsizlik, beynəlxalq rəqabət və diplomatik gücün əsas dayaqlarından biri hesab olunur.

Azərbaycanın qəbul etdiyi milli inkişaf strategiyalarında “rəqəmsal transformasiya”, “elektron hökumət”, “ağıllı şəhər və kənd” konsepsiyaları idarəetmədə şəffaflıq, vətəndaşməmur münasibətlərində etimad mühiti və iqtisadiyyatın rəqəmsal əsaslar üzərində diversifikasiyasını nəzərdə tutur. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən “ağıllı kənd” modeli Azərbaycanın rəqəmsal gələcəyinin “yerli nümunə üzərindən qlobal modelə” keçid strategiyasıdır və postmüharibə dövründə Azərbaycanın texnoloji yenidənqurma və dayanıqlı inkişaf vizyonunun bariz göstəricisidir.

Lakin belə iddialı planların gerçəkləşməsi yalnız daxili resurslarla məhdudlaşa bilməz. Müasir dünyada rəqəmsal suverenlik yalnız texnologiyaya sahib olmaqla deyil, həm də onu davamlı inkişaf etdirmək və xarici təsirlərə qarşı dayanıqlı hala gətirməklə mümkündür ki, bu da dövlətləri beynəlxalq tərəfdaşlarla – xüsusilə Çin, Koreya, Yaponiya, Avropa İttifaqı ölkələri və ABŞ kimi texnoloji güc mərkəzləri ilə qurulacaq strateji əməkdaşlığı zəruri edir. Məhz bu nöqtədə Çinlə əməkdaşlıq Azərbaycanın qarşısında tamamilə yeni mənzərələr açır və bu, gələcəyi birgə dizayn etmək üçün yaradılan strateji imkanlar platformasıdır. Çin artıq sadəcə iri texnologiya istehsalçısı olmaqla yanaşı, bu texnologiyaları qlobal güc balansının formalaşdırılmasında istifadə edən bir güc kimi tanınır. Azərbaycanın isə bu dinamikanın fəal iştirakçısı olmaq niyyəti getdikcə daha aydın görünür.

Bu əməkdaşlıq özünü xüsusilə Qarabağ bölgəsində hiss etdirə bilər. Əgər Çin texnologiyası ilə bu ərazi “ağıllı bölgə”yə çevrilərsə, nəticədə bu amil informasiya axınlarının idarə olunması, təhlükəsizlik sistemlərinin rəqəmsallaşması və idarəetmədə çevikliyin artırılması demək olacaq. Bununla yanaşı, iqtisadi inkişaf və siyasi dayanıqlığın möhkəmlənməsi üçün güclü zəmin də məhz Çin texnologiyalarının istifadəsi ilə ola bilər.

Rəqəmsal tərəfdaşlığın ən önəmli aspektlərindən biri də insan kapitalına yönəlik strategiyadır. Texnologiya alqoritmlərlə deyil, insanlarla işləyir. Azərbaycanın gələcək texnoloji yönümlü kadrlarının Çin təcrübəsindən faydalanması, bu sahədə ortaq tədqiqatların aparılması və bilik transferinin sistemli şəkildə təşkili yeni bir texnoloji mədəniyyətin formalaşmasına səbəb ola bilər. Fikrimizcə, bu amil strateji düşüncə və qlobal texnoloji rəqabətdə yer tutmaq üçün gərəkli olan dünyagörüşüdür.

Bu kontekstdə Prezident İlham Əliyevin Çinə dövlət səfəri xüsusilə əhəmiyyətlidir. Rəqəmsal sahədə dünyanın aparıcı dövlətlərindən biri olan Çinlə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın rəqəmsallaşma siyasətinə beynəlxalq dəstəyin cəlb olunması baxımından əhəmiyyətli mərhələdir. Prezident İlham Əliyev rəqəmsal diplomatiyanın yeni formalarının təşəkkül tapmasına və Azərbaycanın bu transformasiyanın öncül oyunçularından birinə çevrilməsinə şərait yaradır. Onun təşəbbüsü ilə həyata keçirilən siyasətlər Azərbaycanın beynəlxalq imicində də mühüm dəyişikliklər yaradır. İndi Azərbaycan yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də rəqəmsal həllər və innovativ yanaşmalar ixrac edə biləcək bir mərkəz kimi tanınır. Azərbaycan üçün bu əməkdaşlıq rəqəmsal gələcək üçün qurulan körpüdür. Çinlə birgə bu körpünü inşa etmək isə siyasi baxımdan ağıllı bir yanaşmadır. Çünki gələcək təkcə kim daha çox enerji və ya əraziyə sahibdir sualına deyil, kim informasiyanı daha yaxşı idarə edə bilir – sualına cavab axtaracaqdır.

Rəqəmsal texnologiyaların qlobal güc strukturunu yenidən formalaşdırdığı bir dövrdə Azərbaycan və Çin arasında baş verən əməkdaşlıq həm də siyasi və strateji məna daşıyır. Artıq beynəlxalq münasibətlərdə sərhədlər informasiya axınlarında, süni intellekt alqoritmlərində və rəqəmsal suverenlik anlayışında çəkilir. Bu mənada 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində imzalanan razılaşmalar gələcəyin yeni siyasi nizamına atılmış strateji addımlardır.

Çin və Azərbaycan arasında rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq artıq ikitərəfli münasibətlərdən kənara çıxır və regionlararası güc münasibətlərinə təsir göstərə biləcək bir “rəqəmsal diplomatiya oxu”nun formalaşmasına xidmət edir. Mərkəzi Asiyadan Qafqaza, oradan Yaxın Şərqə qədər uzanan bu texnoloji dəhliz – Çinlə Azərbaycanın ortaq rəqəmsal təşəbbüsləri – həm regional sabitliyə töhfə verər, həm də bu bölgələrdəki rəqəmsal boşluqları dolduraraq yeni güc mərkəzi yarada bilər. Bakı ilə Pekin arasında imzalanan 20dən çox sənəd – o cümlədən, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələr üzrə əməkdaşlıq razılaşmaları – Azərbaycanın bu vizyonunun real konturlarını cızır və bu sənədlər Azərbaycanın texnoloji istehsal və innovasiya məkanına çevrilməsini hədəfləyir.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan Çinin “Rəqəmsal İpək Yolu” təşəbbüsünün vacib qovşağına çevrilməkdədir. Bu isə ölkənin regional statusunu dəyişmək, onu yalnız tranzit ölkə deyil, texnoloji və intellektual məhsul istehsalçısı kimi təqdim etmək gücünə malikdir. Bu, həmd ə Rəqəmsal xidmətlərin inkişafı, kiber təhlükəsizlik və süni intellekt sahəsindəki ortaq layihələr, həmçinin Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə yönəlib.

Azərbaycan Prezidentinin Çinə səfəri bu əməkdaşlıq üçün siyasi iradənin və strateji baxışın mövcudluğunu təsdiqlədi. İndi bu baxışın konkret layihələrə, ortaq platformalara və qarşılıqlı faydalı əməkdaşlığa çevrilməsi üçün münbit zəmin yaranıb. Azərbaycanın bu prosesə fəal və təşəbbüskar şəkildə qoşulması onun regionda rəqəmsal diplomatiya və texnoloji tərəfdaşlıq sahəsində lider mövqeyini gücləndirə bilər.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri