Sosial şəbəkələrdə vaxt keçirmək buna görə insanı yorur Nevroloq açıqladı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sosial şəbəkələrdə vaxt keçirmək bəzən boşluq və ruh düşkünlüyü hissinə səbəb olur.
Milli.Az xəbər verir ki, bu barədə nevroloq Ksenya Arifcqanova "gazeta.ru"ya açıqlamasında söyləyib.
Nevroloq bildirib ki, sosial şəbəkələrdəki məlumat axını və ani mükafat sistemi ("like", paylaşım, xəbərdarlıq) dopamin sistemi vasitəsilə beyinə təsir edir və beynin mükafat mərkəzini aktivləşdirir. Bu, istifadəçini daha uzun müddət onlayn saxlamağa və davamlı məlumat istehlakına yönəldir, nəticədə diqqət, yaddaş və əhval-ruhiyyə zəifləyir.
Həkim "mediabulimiya" termini ilə məlumatın kompulsiv istehlakını izah edir. Bu vəziyyətdə sinir sistemi yüklənir, insan informasiya filtrləməkdə çətinlik çəkir, diqqət və konsentrasiyada problem yaranır, yorğunluq və baş ağrıları müşahidə olunur. Həmçinin, hətta pozitiv kontent də özünü digərləri ilə müqayisə etmək və özünü aşağı qiymətləndirmək kimi nəticələrə səbəb ola bilər.
Arifcqanova tövsiyə edir ki, sosial şəbəkələrdən istifadə zamanı fasilələr verilsin, bildirişlər yalnız vacib məlumatlarla məhdudlaşdırılsın və diqqəti qoruyacaq, pozitiv və dəstəkləyici kontentə üstünlük verilsin. Bu yanaşma beynin işləməsini yaxşılaşdırır, diqqət və emosional balansı qoruyur.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Sentyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















