Icma.az
close
up
RU
Sosial şəbəkələrdəki biabırçılığa son qoyulur AÇIQLAMA

Sosial şəbəkələrdəki biabırçılığa son qoyulur AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə son zamanlar artan bədən nümayişi və etik sərhədləri aşan paylaşımlar cəmiyyətdə ciddi narazılıq doğurub. Xüsusilə açıq məzmunlu reklamlar və gənclərin mənəviyyatına təsir edən görüntülərin sürətlə yayılması müvafiq qurumları hərəkətə keçirib. Artıq virtual məkanda etik normaların qorunması üçün nəzarət mexanizmlərinin gücləndirilməsi gündəmdədir. Qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək yeni tədbirlər sosial media istifadəçilərinin məsuliyyətini artırmağı hədəfləyir.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, internet resursları da ictimai məkan hesab olunur. Onun sözlərinə görə bu platformalarda baş verən rəzalətə və təhlükəli çağırışlara qarşı inzibati yollarla mübarizə aparmaq artıq zərurətə çevrilib.
"Bu addımlar həm inzibati, həm də ictimai qınaq vasitəsilə həyata keçirilməlidir. Lakin ictimai qınaq kifayət etmədiyi üçün dövlət məsələni inzibati yollarla həll etməyə məcbur qalır. Ən təsirli vasitə cərimədir, çünki praktikada bunun nəticə verdiyi görünür. Dövlət son dövrlərdə vəziyyəti nizamlamağa çalışır və milli-mənəvi dəyərləri qorumaq üçün müəyyən normalar və etik qaydalar tətbiq edir. Qanunvericiliyə əsasən, cəmiyyətin mənəvi dəyərlərinə, xüsusilə uşaqlara zərər vuran materialların yayılması qadağandır".
Ekspert qeyd edir ki, bəzi şəxslər internetin verdiyi azadlıqdan sui-istifadə edərək şantaj, təhqir və dezinformasiya yaymaqla məşğul olurlar. Bu isə nəinki etik normaların, həm də qanunların birbaşa pozulması deməkdir. Virtual məkanın sağlamlaşdırılması üçün nəzarət mexanizmləri elə qurulmalıdır ki, hər bir istifadəçi qanun qarşısında məsuliyyətini hiss etsin.
"Vətəndaşlar zərərli materiallar barədə aidiyyəti qurumlara məlumat verə bilərlər. Bunun üçün sadə və işlək nəzarət mexanizmi yaradılmalı, həm ictimai, həm də dövlət nəzarəti təmin olunmalıdır. Azadlıq anarxiya demək deyil, hər şeyin öz qaydası və norması var. Sosial şəbəkələrdə istifadə qaydaları da açıq şəkildə göstərilir və istifadəçilər bu şərtlərlə razılaşaraq platformalara qoşulurlar".
Görünən odur ki, yaxın gələcəkdə sosial media profilləri daha ciddi monitorinq ediləcək. Bu prosesdə həm dövlət qurumlarının sərt inzibati tədbirləri, həm də vətəndaşların fəallığı əsas rol oynayacaq. Çünki virtual mühitdəki "xaos" yalnız cəza tədbirləri və sistemli nəzarətlə cilovlana bilər.
Həmçinin oxu:
Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar
Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü
Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri