Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

U 17 millisi Gəncədə

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Sosial şəbəkələrdəki ideal ailə modelləri

Sosial şəbəkələrdəki ideal ailə modelləri

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İnsan həyatının ən müxtəlif sahələrinə ciddi təsir göstərən sosial şəbəkələr ailə münasibətlərindən də yan keçmir. Blogerlik fəaliyyəti ilə məşğul olan bir çox şəxs öz "ideal ailə münasibətlərinin" videogörüntülərini yaymaq diqqət çəkməyə çalışır, bu yolla pul qazanırlar. Həmin görüntülərdə  təqdim edilənlərin nə dərəcədə səmimi olub-olmadığından isə izləyicilər xəbərsiz qalırlar. Buna baxmayaraq, bir çoxları təqdim olunan həmin "ideal ailə modellərinə" həsəd aparır və saxta görüntülərə aldanaraq həyatda öz partnyorları ilə münaqişə yaşayırlar.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən psixoloq Rövşən Nəcəfov bildirir ki, sosial şəbəkələrdə özlərini xoşbəxt göstərmək istəyən insanlar bəzən başqaları üçün yaşamağa başlayırlar: "İnsanın sosial mühitdə təsdiqlənmək və qəbul edilmək ehtiyacı var, lakin bu ehtiyac real həyatdan uzaqlaşaraq yalnız virtual mühitdə təmin olunmağa başlayanda ciddi problemlər yarana bilir. Davamlı olaraq sosial şəbəkələr üçün yaşamaq, öz həyatını reallıqdan kənar şəkildə təqdim etmək və başqalarına süni xoşbəxtlik nümayiş etdirmək fərdin emosional sağlamlığını zədələyir. Xoşbəxtlik vizual görüntülərdən və sosial şəbəkələrdə təsdiqlənməkdən deyil, səmimi münasibətlərdən, sağlam ünsiyyətdən və qarşılıqlı anlayışdan qaynaqlanır. Rəqəmsal dövrün ən mühüm əlamətlərindən biri sosial şəbəkələrin gündəlik həyatımıza dərin inteqrasiyasıdır. Bu platformalar insanlara ünsiyyət qurmaq, məlumat paylaşmaq və hətta öz fərdi həyatlarını nümayiş etdirmək imkanı yaradır. Lakin sosial şəbəkələrdə təqdim edilən obrazlar reallıqdan çox vaxt uzaq olur. Xüsusilə ictimai şəxslər, influencerlər və blogerlər öz həyatlarını ideallaşdıraraq təqdim edirlər ki, bu da izləyicilərdə qeyri-real gözləntilər formalaşdırır. İnsanlar öz həyatlarını başqalarının həyatları ilə müqayisə etməyə meyillidirlər. Sosial şəbəkələrdə paylaşılan "mükəmməl" və "xoşbəxt" ailə şəkilləri, romantik anlar, bahalı səyahətlər və təmtəraqlı tədbirlər fərdlərdə öz həyatlarının kifayət qədər maraqlı və ya dəyərli olmadığı təəssüratı yarada bilir. Bu isə insanlarda öz ailə münasibətlərini, partnyorlarını və həyat tərzlərini sorğulamağa səbəb olur və nəticədə məyusluq və narazılıq hissi artır. Xoşbəxtlik yarışı sanki sosial şəbəkələrdə aparılan gizli bir müsabiqəyə çevrilir və insanlar öz həyatlarını reallıqdan kənar şəkildə təqdim etməyə başlayırlar".

Psixoloq Vəfa Əkbərin fikrincə, sosial şəbəkələrdəki saxta ailə modelləri partnyorlar arasındakı problemlərin ortaya çıxmasında bəhanə rolunu oynayır: "İnsan psixososial varlıqdır - həm bioloji, həm psixoloji, həm də sosial. İnsanın təkcə bioloji və psixoloji sağlamlığı bəs eləmir, o həm də sosial sağlam olmalıdır, özünü sübut etməlidir. Bunlar alınmayanda insan digər iki tərəfdən zədə alır. Nəticə etibarilə hər bir insan öz mənliyini aktuallaşdırmaq, cəmiyyətdə yer tutmaq, status əldə etmək üçün çalışır və yaşayır. Dırnaqarası ideal ailələr də bu yolla pul qazanırlar. Əslində, ekran qarşısında olduqları kimi real həyatda elə davranmırlar, onları izləyənlər isə saxta ailə münasibətini izləyir və düşünürlər ki, doğru olan elə budur. Beləcə ailədə hər hansı kiçik bir problem varsa, həmin problem saxta ailə modelinin fonunda qabarmağa başlayır. Əslində bu, bəhanə sayılır, onsuz da həmin problem əvvəl-axır ortaya çıxacaqdı. Partnyorlar arasında bu kimi hallar yaşananda əvvəlcə özlərinə sual verməlidirlər ki, mən nəyi səhv etmişəm, nəyi basdırmışam, cəmiyyətə özümü necə təqdim etmişəm ki, başqa ailələrlə özümü müqayisə edəndə xoşbəxt olmadığımın fərqinə varıram. Artıq elə bir dövrə gəlmişik ki, hər bir cütlüyün ailə terapisti olmalıdır. Hər kəs bu məsələyə ciddi yanaşsa, belə hallarla az rastlaşarıq".

Psixoloq Sevinc Həbibova bildirib ki, sosial şəbəkələr uşaqlara və gənclərə daha çox təsir göstərir: "Gənclərimiz sosial şəbəkələrdə "xoşbəxt" ailə mənzərəsini görüb öz ailə münasibətləri ilə müqayisə edirlər ki, bu da nəticədə münaqişələrə səbəb olur. Amma heç nə göründüyü kimi deyil. Sözsüz ki, filmlərdə, seriallarda gördüyümüz bir çox hadisə real olmadığı kimi sosial şəbəkələrdə də o reallıq tam şəkildə deyil. Əslində, hər şey gənclərin öz əlindədir. Onlar istəsələr, hər gördüklərinə inanmazlar. Münasibətlərin təməli möhkəm qurulsa, özlərini və partnyorlarını başqaları ilə müqayisə etməsələr, belə problemlərlə qarşılaşmazlar".

Ləman İLKİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see257

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see253

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see244

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see236

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see228

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see226

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see219

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see209

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see203

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see200

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see198

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see198

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see193

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see193

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see192

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see189

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see188

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see186

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri