Sosial Xidmət Agentliyi: Benefisiarların valideynləri üçün təlimlər təşkil edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət mərkəzlərində göstərilən xidmətlərdən yararlanan valideynlər üçün təlimlər keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimlər ev şəraitində terapevtik mühitin yaradılması, davranış və ünsiyyət bacarıqlarının inkişafı mövzularını əhatə edib, sosial-psixoloji və loqopedik xarakter daşıyıb.
Təlimlər zamanı mütəxəssislər sosial-psixoloji və loqopedik xidmətlərin uşaqların inkişafındakı rolu barədə ətraflı məlumat veriblər. Valideynlərə ev şəraitində uşaqlarla məşğul olmaq üçün psixoloji-loqopedik oyun və texnikalar öyrədilib. Eləcə də, uşaqların psixoemosional inkişafı, ailə münasibətlərində qarşılıqlı dəstəyin və sağlam ünsiyyətin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















