Sosial xidmət müəssisələrində 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 665 uşağa stasionar şəraitdə xidmətlər göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 380 nəfəri əlilliyi olan uşaqlar, digərləri valideyn himayəsindən məhrum, həmçinin çətin həyat şəraiti ilə qarşılaşan uşaqlardır.
Uşaqlar xidmətə qəbul olunduqdan sonra mütəxəssislər tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi inkişaf planı hazırlanır. Plan əsasında onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Həmçinin uşaqlar üçün inklüziv tədbirlər, görüşlər, ekskursiyalar və s. də təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 18 May 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















