Hazırda minə yaxın uşağa sosial xidmətlər göstərilir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 983 uşağa sosial xidmətlər göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 676 nəfəri stasionar, 307 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.
Həmin xidmətlərə Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.
Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə uşaqlarla bağlı fərdi inkişaf planı tərtib edilir, onlarla sosial iş aparılır və sosial dəstək tədbirlərinə cəlb olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















