Sosial Xidmətlər Agentliyində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində Dünya Bankının sosial müdafiə və əmək üzrə komandasının üzvləri ilə görüş olub.
Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş komanda üzvlərinin Azərbaycanda "Qafqazda Layiqli İş Yerlərinin Dəstəklənməsi üzrə Məsləhət və Analitik Fəaliyyətləri" çərçivəsində təşkil olunub.
Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri və Dünya Bankının müvafiq missiyasının üzvlərinin iştirak etdiyi görüşdə sosial reabilitasiya proqramları və icrası, ölkədə sosial xidmət sahəsində həyata keçirilən islahatlar, o cümlədən nəzarət mexanizmi və digər mühüm istiqamətlərdə məlumatlar verilib.
Görüş çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, sosial xidmət sahəsində uzunmüddətli tərəfdaşlığa dair məsələlər müzakirə edilib, növbəti addımlardan danışılıb və məsləhətləşmələr aparılıb.
Sonra qonaqlar agentliyin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edərək burada yaradılan şəraitlə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















