Icma.az
close
up
RU
Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Sosial Xidmətlər Agentliyində nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində (SXA) nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərlə aparılan sosial iş, onlara göstərilən sosial xidmətlər, eləcə də həyata keçirilən layihələr barədə məlumat verib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edilib. Qeyd edilib ki, xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın bir sıra bölgələrində müxtəlif tədbirlər həyata keçirilir.

İmtiyazlı şəxslərin mənzil təminatı, sanatoriya-kurort yollayışları, eləcə də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və digər mövzular barədə ətraflı məlumat verilib. Hədəflər, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aparılan işlərdən bəhs olunub. Agentliyin fəaliyyət istiqamətlərinə aid mövzularda qonaqları maraqlandıran suallar cavablandırılıb.

İctimai şuranın sədri Elşad Məmmədovun, şuranın digər üzvlərinin fikirləri və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri