Sosial Xidmətlər Agentliyinin əməkdaşları Rusiyada təcrübə səfərində olublar AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Rusiya Federasiyasında təcrübə səfərində olublar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər Moskvada yerləşən “Ailə tərbiyəsinə yardım mərkəzi - Naş dom”da təcrübə mübadiləsi aparmaq məqsədi daşıyıb.
Sosial Xidmətlər Agentliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə məlumat verilib ki, dövlət büdcə təşkilatı olan "Ailə tərbiyəsinə yardım mərkəzi - Naş dom" 2004-cü ildən fəaliyyət göstərir. Mərkəzdə 0-23 yaş arası sağlam, o cümlədən əlilliyi müəyyən edilmiş ağır və çoxsaylı inkişaf pozğunluğu olan valideyn himayəsindən məhrum uşaqların yaşaması üçün ailə mühitinə yaxın şərait yaradılıb.
Görüş zamanı qonaqlar mərkəzdə göstərilən xidmətlərlə yaxından tanış olub, müxtəlif suallar ətrafında müzakirələr aparıblar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















