Icma.az
close
up
RU
Sosial xidmətlərdə keyfiyyətcə yeni mərhələ: DOST mərkəzləri

Sosial xidmətlərdə keyfiyyətcə yeni mərhələ: DOST mərkəzləri

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "İnnovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir"

Azərbaycanda uğurlu sosial siyasət insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu gün vətəndaşlar mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin, sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlanır və bundan razı qalırlar. Mərkəz vətəndaşların bütün xidmətlərdən "bir pəncərə"yə müraciət etməsinə və "bir pəncərə"dən faydalanmasına imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu mərkəzlərin fəaliyyəti həm insanlara rahatlıq verəcək, eyni zamanda, şəffaflıq istiqamətində önəmli addım artıq özünü doğruldub: "Eyni zamanda, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

DOST XİDMƏTLƏRİNDƏN VƏTƏNDAŞ MƏMNUNLUĞU 98,5 FAİZDİR

Bu ilin birinci yarımilində DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib. 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir. İnsanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və "DOST" mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını almaqla yanaşı, vətəndaşların vaxta qənaət etmələri baxımından da təqdirələayiqdir.

161 XİDMƏTİN ƏHALİYƏ VAHİD PLATFORMADAN TƏQDİMİ

Xatırladaq ki, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı olub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə 161 xidmətin əhaliyə vahid platformadan, "bir pəncərə"dən, şəffaf və operativ, vətəndaş məmnunluğu və rahatlığı prinsipi əsasında təqdim olunmasına imkan verib.

DOST infrastrukturunun ölkə boyu genişləndirilməsi işləri davam edir. Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

Azərbaycanın yeni brendi olan DOST modeli beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir və ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox "Avropa üçün yaxşı təcrübə mükafatı"na layiq görülüb.

Eyni zamanda, DOST mərkəzləri "Aİ Biznes Mühiti Hesabatı 2021"-də Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib, DOST xidmətləri modeli BMT tərəfindən "İnnovativ ictimai xidmət həlləri" statusunda tanınıb. DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərən ölkələrin sayı da getdikcə artır.

ŞƏFFAFLIQ VƏ OPERATİVLİKDƏ VƏTƏNDAŞ MƏMNUNLUĞU

"Könüllü DOST" proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır. Proqramda ötən dövrdə 6 mindən çox könüllü iştirak edib. "Könüllü DOST" proqramına cari ilin 5 ayı ərzində 15 min müraciət olub, 604 şəxs proqrama cəlb olunub.

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın "Gənc DOST", "Gümüşü DOST" (yaşlılar üçün), "Distant DOST", "Korporativ DOST"", "İnklüziv DOST" kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir. Onlar dövlət sosial xidmətlərinin "bir pəncərə"dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni bir mərhələ açan "DOST" mərkəzləri qısa bir zamanda şəffaflığı, operativliyi ilə vətəndaş məmnunluğuna səbəb olub.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri